===

İstifadəçi
  • Content Count

    1,619
  • Joined

  • Last visited

    Never

About ===

  • Rank
    Professional istifadəçi
  1. Əvvəllər bir videoya baxmışdım. Bir nəfərin profilinə girirdi. Bir düyməyə basdı və adamın bütün statuslarını bəyəndi. Mənə bu proqram lazımdı.
  2. Readon TV RADİO Player yaxşı proqramdı.
  3. ===

    Dil paneli itib

    Start >>> Run >>> ctfmon.exe
  4. Dönməzlik Stalin qatarda M.Ə.Rəsulzadə ilə gedərkən. -Emin oyaqsan? -Buyurun, Koba. Stalin kupeyə daxil olur. Məhəmmədəminin alt köynəyin üstündən üçrən parçanı bədəninə sarıdığını görüb, bir anlıq yerində donub qalıb. -Emin, bu nədir, bayrağı köynək əvəzi edirsən? -Koba, bu bayraq dünyanın qövsü-qüzehidir. Onun rəngləri varlığıma hopmuşdur. Lahıcda da, Bayılda da o mənimlə olmuşdur. Yalnız və yalnız vücuduma ağ kəfən sarınanda onu məndən ayırmaq olar. Pıçıltı ilə deyir: "Bir kərə yüksələn bayraq, bir daha enməz" Stalin qətiyyətlə cavab verir: -Emin, bil ki, o bayrağın ancaq qırmızı parçası yüksələcəkdir! -Koba, dedim ki, bu bayraq mənim üçün qövsü- qüzehdir. Göy qurşağının rənglərini bir-birindən ayırmaq olarmı? Bir də, atalar demişkən, cücəni payızda sayarlar. Stalin stol-süfrədəki bişmiş toyuğa işarə edərək: -Sənin sayılan cücələrinin aqibəti məlumdur. Əsəblərini ələ al. Sinfi mübarizəyə başlamayaq. Sənin indi məndən başqa müdafiəçin yoxdur, Emin. Bu həqiqətdir. Ondan qaça bilməzsən. Stalin bu dəfə süfrədəki püstə, innab, əncir qurusu, şəkərbura, paxlava və nəlbəkidəki boşaba göz gəzdirir: -Yəqin, Novruz bayramından qalıb, Novruz, bayrağının yaşıl rəngini yaşadır, İslam deməkdir. -Səhv edirsən, Koba. Novruz - Azərbaycan türklərinin islamdan çox-çox qabaqlar yaranmış bahar bayramıdır. Yaşamış, yaşayır, yaşayacaqdır. -Yox, Emin, yaşamayacaqdır. Bolşeviklərin bir bayramı olacaqdır-Oktyabr! Yeri gəlmişkən, Azərbaycan türkü də, yəqinki, azərbaycanlı oalcaqdır. Müxtəsəri, daşı ətəyindən tök. Nərimanov Leninə qulaq asır. Sən də mənimlə ol, onda bizə heç kəs bir düşmən partiya bata bilməz. Açığını, biz əl-ələ versək, gələcəkdə azərbaycanlıların qeyri kommunist hissəsidə, ilk növbədə, panislamist və pantürkistlər təqib olunmaz. -Kob, bizim yolumuz dəmir yolu kimi paralel xətt tək uzanır. Bir qatarla getsək də, yolumuz ayrıdır. Stalin söhbətdən bezmiş kimi: -Di yaxşı. Bir az şirniyyatdan-zaddan götürüb gəl mənim kupemə çay içək.