zeus

İstifadəçi
  • Content Count

    807
  • Joined

  • Last visited

    Never

Everything posted by zeus

  1. Melumata gore cox sagol,amma hec inanasi deyil.
  2. Məlumata görə təşəkkürlər,amma yaxşı xəbər deyil GTA həvəskarları üçün 888
  3. Məlumatdan xəbərim varidi əməyə hörmət olaraq təşəkkürlər
  4. Allah rəhmət eləsin Kamran: Şəhidlərin yeri cenetdir.
  5. Məlumata görə təşəkkürlər
  6. seven_birisi Çox sağol
  7. Herkese salam mene youtubeden videonu silmek haqqda derslik lazimdir
  8. Dünyanın ən böyük və populyar sosial şəbəkəsi olan “Facebook” 2012-ci ildə şəxsi smartfonunu hazırlaya bilər. Bu barədə şirkətdəki mənbələrə istinadən "Nyu-York Tayms" qəzeti yazıb. Qəzetin məlumatına əsasən, “Facebook” rəhbərliyi bununla bağlı işə “Apple”-ın bir sıra keçmiş əməkdaşlarını götürüb. Həmin əməkdaşların hamısı “iPhone” və “iPad” qurğularının hazırlamasında iştirak ediblər. “İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu, artıq şirkətin üçüncü cəhdidir. Şirkətin şəxsi smartfonu yaratmaq ideyası 2010-cu ildə yaranıb, lakin o zaman onu hazırlamaq mümkün olmadı. “Facebook” 1 il sonra bu istiqamətdə yenidən, həm də bu dəfə Tayvanın smartfon istehsalçısı “HTC” şirkəti ilə birgə cəhd etdi. Lakin o zaman “HTC Baffi" smartfonu bir neçə səbəbə görə işıq üzü görmədi. Hazırda sosial şəbəkənin rəhbərliyi bu istiqamətdə aparılmış işlərə yenidən başlayıb. "Nyu-York Tayms" qəzetinin versiyasına görə, şirkətin onun üçün yeni olan sahədə belə fəallıq göstərməsi yeni gəlir mənbələri tapmaq cəhdi ilə bağlıdır.
  9. "Apple" korporasiyasının kapitallaşdırma dəyəri mayın 17-də birjada 500 milyard dollardan aşağı düşüb. Hazırda "Nasdaq" fond bazarında "iPhone" istehsalçısının kapitallaşdırma dəyəri 495,7 milyard dollar həcmində qiymətləndirilir. "İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, buna baxmayaraq, "Apple" korporasiyası dünyanın ən bahalı şirkəti olaraq qalır. "Apple" şirkətinin ən yaxın izləyicisi olan "ExxonMobil" şirkətinin kapitallaşdırma dəyəri 383 milyard dollar təşkil edir.
  10. 1. "Twitter"in həmtəsisçisi Cek Dorsi xidməti ilk əvvəl "Twitch" adlandırmaq istəyirdi, lakin sonra onu daha ahəngdar "Twitter" ilə əvəz edib. Layihənin kod adı isə "twttr" sözü olub. 2. "Twitter"in loqosunu xidmətin həmtəsisçisi, qrafik dizayner Biz Stoun fikirləşib. 3. "Twitter"in baş direktoru Dik Kostolo əvvəllər peşəkar komik aktyor idi. 4. Mesajların qruplaşdırılması üçün populyar alət olan heşteq "Twitter" xidmətinin istifadəyə verilməsindən 1 il sonra təqdim edilmiş və o, istifadəçilərdən biri tərəfindən təklif edilmişdi. 5 .Xidmətin mövcudluğu ərzində ilk "Qızıl tvit" (Golden Tweet Award) mükafatını 2010-cu ildə amerikalı teleaparıcı Stefan Kolbert alıb. 6. "Twitter"də dərc edilmiş istinadlar üzrə maksimal klik sayı əldə etmək üçün ən yaxşı vaxt Nyu-York vaxtı üzrə saat 13:00-dan 15:00-dək olan müddət sayılır. 7. Aktyor Çarli Şinin mikrobloqu 1 sutkadan az bir müddətdə milyon izləyici toplamaqla rekord qırıb. 8. "Twitter"də mesajların 3/4-ü təxminən 5 faiz istifadəçi dərc edilir və xidmətdəki hər beşinci hesab sahibi heç vaxt mesaj dərc etməyib. 9. "Facebook" sosial şəbəkəsinin rəsmi hesabı 3,6 milyon izləyici ilə brend mikrobloqları arasında beşincidir. 10. ABŞ Konqresinin kitabxanası "Twitter" xidmətinin istifadəçiləri tərəfindən dərc edilmiş bütün mesajları arxivləşdirir.