TΛNNΞЯ

Administrator
  • Content Count

    5,129
  • Joined

  • Last visited

  • Days Won

    27

Everything posted by TΛNNΞЯ

  1. Aleykum SALAM, bu mavi ekrandır, kompyuterlərin bir zaman düşmanı olmuş, Windows XP əməliyyat sistemiylə gələn bir xətadır, böyük ehtimalla sizin əməliyyat sisteminiz Windows XP-dir, əməliyyat sistemini dəyişib yeni versiya Windows sistemlərdən yazaraq bu problemdən qurtula bilərsiniz, məsələn Windows 7,8,10 kimi əməliyyat sistemlərini nəzərdə tuturam, uğurlar.
  2. Aleykum SALAM, böyük ehtimalla oyun geri qayıtmalıdır, ama qayıtmadısa deməli nədəsə səhv etmisiniz, mənim farmville 2 oyunum PC dəstəyindən format zamanı silinmişdi, formatdan sonta storedən oyunu yüklədim və face hesabıyla daxil olan kimi əvvəlki səviyyəsinə qayıtdı, ola bilsin oyunu faceyə bağladığınız zaman səhvə yol vermisiniz ki, bu səhv bir çox oyunda özünü göstərir, məsələn Looney Tunes Dash oyununu faceyə bağladığınız zaman siz oyunun faceyə bağlandığını zənn edirisniz ama əslində facebook oyunu qeydə almır, çox güman ki, bu hal sizində oyununuzda baş verib beləki facebook sizin oyununuzu qeydə almayıb.
  3. Aleykum SALAM, bu hal WI-FI adapterinin zədələndiyini göstərir, driverini yeniləyin güman ki, düzəlməlidir, düzəlməzsə bir format bunun çarəsidir.
  4. Aleykum SALAM, bu halı bir neçə il öncə məndə yaşamışam, düzələr deyib dahada pisləşdiyini görmüşəm, diskovodunuz bir müddət sonra tamamən sıradan çıxacaqdır, dəyişməyiniz məsləhtdir.
  5. Qaqaş dedim axı 1-ci üsul işə yaramasa ikinci üsula keçin, ikinci üsul şəkillərdəki üsuldur və linkdə vermişəm.
  6. Aleykum SALAM, deməli belə MKVToolNix programına altyazını əlavə etməmişdən öncə, altyazını hər hansısa bir editor programıyla açın, əgər yazılar normaldırsa əfrqli adla yadda saxla dedikdən sonra UTF-8 unicode dəstəyini seçin beləliklə altyazı artıq problemsiz yaddaşa veriləcəkdir, daha sonra filmə əlavə edin, əgər yox dediyim kimi olmadısa ozaman bünü yükləyin qurun, http://gedit.en.softonic.com/download ,ardınıda şəkillərlə izah etmişəm...
  7. Aleykum SALAM, menim saytım 1 gündə çıxdı axtarışda həmdə ən başta, təbiiki mənim saytım Filmlər üçün Türkçə Səs faylları verən bir sayt olduğu üçün elə oldu, türkiyədə ən çox axtarılan fayl filmlər üçün türkcə dublyaj səs fayllarıdır.
  8. Bəs deyirdin rus dilinidə bilmirəm öyrəndin ? ispanca işlət Şəbəkəniz gizləndi hazırda
  9. qaqaş vBulletinde eyni ile dediyin forum scriptidir, ama sən bizim saytdakı kimi istiyrssənsə DLE sistemi qur, və DLE üçün aktual forum scripti yoxdur, sadəcə bu Forumdan qura bilərsən onuda mütləq koder lazımdı kodlasın DLEyə.
  10. Telefon üçün yalan deyərəm Faiq qardaş.
  11. Yox sadəcə belə məlumatlar məndə həmişə olub.
  12. qaqaş vBulletin forum scriptiir, məsələn bax bu mənim saytımdır səs saytıdır, http://www.sadeceses.com/ vBulletin üzərində qurmuşam, ana səhifədə mövzuların görsənməsi üçün əlavə olaraq vBadvanced CMPS sistemini inteqrə etməlisiz, bunuda Azərbaycanda inteqrə edə bilən tək tük adam var, əgər siz vBulletin üzəində forum qursanız dediyim sistemi mən sizin üçün inteqrə dərəm nəticədə ana səhifə belə olacaq http://sadecebluray.com/
  13. Yox lazım olarsa qonşunun şəbəkəsini hacklədin deyək, gizlənmək üçün yaxşı üsuldur, Qardaşlar bu wi-fi gizlətmək üçün deyil kiminsə şəbəkəsini istifadə etdikdə heç kim sizə görməməsi üçündür, yəni Elvin qaqaş bu üsuldan istifadə edib sənin şəbəkənə girən qonşunu sən heç vaxt görə bilmərsən
  14. SALAM, forum üçün əön ideal sistemlər vBulletin və IPBoard sistemləridir, MyBB sistemdə ən ideal sistemlərdəndir, ama sizə vBulletini məsləhət bilirəm, biu sistemlərin hamısında syat qurmuşam, forum üçün ən idealını vBulletin deyə bilərəm.
  15. Dediyim kimi? bunu bilmikdən sonra gizlənmənin nə mənası qaldı ? işdə burasındadır ki, bunu sizin şəbəkəyə edən adamı görə bilmərsiz, o sizin şəbəkədən istifadə edib kef edəcək
  16. Qaqaşım neyi necə görəcəksiz ? gizli olduğunuzu bilmək üçün yazmışam diqqətli oxuyun.
  17. Salam dostlar, yaxşı və ya pis bi wi-fi qırdıq deyək (bu qonşununda şəbəkəsi ola bilər ) amma gizlənməmiz lazımdır, nə edək ? sualına cavab olaraq ! İlk olaraq cmd-ni idarəçi (administrator) olaraq işlə salırıq. net config server /hidden:yes yazın Enter vurun. təsdiq alındıqdan sonra net config server yazın Enter vurun və gizli serverin qarşısında bəli (Yes, Да) yazırsa əməliyyat tamamdır ! Artıq gizli bir wi-fi istifadəçisisiniz.
  18. Logonu və ya şəkili videolara müxtəlif programlarla əlavə edə bilərsiz, Sony Vegas, Adobe Premiere, Camtasia Studio, Pinnacle Studio, ancaq təkcə logo düşməsi üçün .png formatlı arxası transparent olan şəkillərdən istifadə edin, .əkil üzərinədə bir çox programla vura bilərsiz ən imkanları geniş olanı Adobe Photoshopdur.
  19. Aleykum SALAM, programın xarab versiyası sistemdən tam silinmədikdə siz nə edirsiz edin yeni versiya yüklənsə belə eyni xətanı verəcək, və sistemdən silmək istədiyinizdə və sildiyinizdən sonra qalmış qalıqlar üçün siz CCleaner programından istifadə edərək qalıqları və açar keçidlərini silib təmizləyin və yenədə qalıq qalacaq bunun üçündə siz, Windows + R düyməsini basın, regedit yazıb ENTER vurun, HKEY_LOCAL_MACHIN / SOFTWARE bölməsinə girin, əlaqəli programın adı burda varsa silin, və daha sonra HKEY_CURRENT_USER / SOFTWARE bölməsinə girin, burdada əlaqəli programın adı varsa silin, daha sonra CTRL + F və ya F3 düyməsini basın, silmək istədiyiniz programın adını yazıb axtarış edin, çıxan nəticələri sağ düyməni basaraq Delete və ya Udalit deyərək silin, bu əməliyyatı bir neçə dəfə təkrar edin, taa ki, axtarış heç bir nəticə vermiyənə qədər, daha sonra sistemə restart verin və yeni versiyanı yazın, problem böyük ehtimalla həllin tapacaqdır.
  20. Aleykum SALAM, APPLE əlbəttəki ümid verici sözlər deməzlər, bütün istifadəçilərin məxfiliyi qorunmaqdadır.
  21. MrGamerExpert maraqlı zarafat idi, məlumat üçün təşəkkürlər, təxmini 4-5 ildir antivirus işlətmirəm
  22. SALAM Ülvi, mən neçə dəfə şəxsiyyət vəsiqəsinin məlumatlarını və hətta şəxsiyyətin üzərindəki şəkili belə scanerdən alıb tam məlumatı göndərdimsədə qəbul etmədi, səbəbi zənnimcə Azərbaycan şiriftləridir, və ya mən elə düçünürəm, ama məlumatların tam dəqiqliyinə adım kimi əminəm.
  23. Artıq düzəlim dostlar, mövzunu bağlayım artıq.
  24. SALAM millət, AzerSpace kanalları bugün göstərmir, hamısında No Siglan yazılıb, Region xaric, kimdə belədi , və ya yeni kodları varsa yazardız xahiş edirəm. Aydındı, belə bir məlumat var, http://vk.com/peykxeber