-
Content Count
5,129 -
Joined
-
Last visited
-
Days Won
27
Reputation Activity
-
TΛNNΞЯ got a reaction from AQIL_ISMAYIL in WINDOWS 10. Yenilənməsi ilə əlaqəli, Çox Verilən Suallar. (VACİB)
1 - Sual: Orijinal (lisenziyalı) windows 7 və ya Windows 8 istifadə edirəm. Sıfırdan quraşdırma edə bilərəmmi?
Cavab: Xeyr. Windows 10 update (yeniləmə) vasitəsi ilə ilk olaraq yenilənmə prosesi etməniz lazımdır. Upgrade vasitəsi ilə sisteminizi windows 10-a yeniləyə bilərsiniz. Upgrade əməliyyatı əsnasında hər hansı bir key daxil etmirsiniz. Eynilə bir yeniləmə yüklər kimi windows 10-u yükləyirsiniz. Yeniləmə sonrası internet bağlantısı aktiv olar-olmaz, lisenziyanız aktiv olur. Lisenziyanıza baxdığınız zaman dəyişdiyini görəcəksiniz. Bu linkdən script.rar serial key'inizi görə biləcəyiniz kiçik scripti endirib işlədin. Bu scripti həm köhnə sistemdə, həmdə yeni sistemdə işlədin. Hər 2 sistemə aid keyleridə qeyd edib saxlamağa laqeyd yanaşmayın. Nə olar, nə olmaz. Daha sonra istəsəniz 0'dan quraşdırma edə bilərsiniz.
Bu yeniləməni etmək üçün windows 7 və Windows 8 istifadəçiləri;
a - Control Panel > Security > Check for Updates dediyiniz zaman windows 10 yeniləməsini görməniz lazımdır (əgər yeniləmə çıxmırsa sonrakı mərhələyə keçin)
b - Start > Run > cmd yazırıq və sağ klik edib idarəçi olaraq işlədirik. Gələn konsola (qara ekran)
wuauclt.exe / updatenow
yazıb enter düyməsinə basırıq. Təkrar yeniliklərə nəzər yetiririk. Yeniləmə sahəsindən windows 10 yeniləməsini seçib kompyuterinizi windows 10-a yeniləyirsiniz. Orjinal lisenziya sahiblərinin bu şəkildə yeniləməsi lazımdır. Orjinal lisenziyası olmayan istifadəçilərin təmiz yəni format şəklində quraşdırması məsləhətdir.
2 - Sual: Yenilənmə əsnasında fayllarım qalır ? Driverlər ? Programlar ?
Cavab: Yeniləmə sonrası fayllarınız və ya proqramlarınız eynilə qalır. Hər hansı bir məlumat itkisi yaşanmır. Windows 7 və Windows 8'də olduğu kimi bir çox driver Windows 10 tərəfindən yüklənir. Windows 10'un tapa bilmədiklərini sizin yükləməniz lazımdır. Windows 10 bir çox proqramla uyğun olaraq çalışır ancaq antivirus proqramları ilə hazırda problemləri var. Antivirus firmaları yeni versiyaları çıxartmağa başladı. Yenə uyğunlaşmadığı proqramlar təbiiki olacaq. Lütfən bunları gözardı etməyin. Ən əhəmiyyətlisi, istifadə etdiyiniz təchizatların Windows 10 ilə uyğun olduğuna, driver dəstəyinin olduğuna əmin olun.
3 - Windows 10 versiyaları haqqında məlumatlar.
Windows 10 Home
Son istifadəçiyə yəni ev istifadəçisinə xitab edən versiyadır. Masaüstü, notebook, tablet və ya ikisi bir arada sistemlərdə istifadə ediləcək olan versiyadır. Əlaqədar sistem, Cortana, Microsoft Edge və Continuum dəstəkli olacaq, bundan əlavə xbox cihazlar ilə sinxronizasiya ola biləcək. (Single language'də bu qrupa daxildir)
Windows 10 Pro
Windows 8 ilə birlikdə pro versiyalar sanılanın əksinə ev istifadəçilərinə deyil orta ölçülü müəssisələrə xitab edən versiyadır. Pro versiyası bu məzmunda bəzi esktralardan ibarətdir. Firmaların öz yazdığı tətbiqləri də işlətmə icazəsini rəhbərliyinə icazə verəcək bu versiya, Windows Update for Business proqramını da dəstəkliyəcəktir.
Windows 10 Enterprise
Böyük müəssisələrə xitab edən versiyadır. Enterprise məhsulu daha çox təhlükəsizlik mərkəzli bir sistemdir. Firmaların ehtiyac duyduğu təhlükəsizlik mövzusunda inkişaf etdirilmiş və 3. partiya təhlükəsizlik proqramı olmadan etibarlı bir sistemi vəd etməkdədir.
VL Yazan məhsullar
VL, Volume License qısaltmasıdır. Kollektiv lisenziyalamağa uyğundur. Məsələn Pro və Pro VL versiyaları eynidir ancaq lisenziyalaşdırma strukturları fərqlidir. Pro'nun serialı VL'yə, VL'nin serialı Pro'ya daxil edilməz. VL məhsulları ümumiyyətlə birdən çox sistem istifadə edən firmalar alır.
LTSB Məhsulu
LTSB uzadılması bu şəkildədir: Long Term servicing Branch. Kollektiv lisenziyalamağa uyğun firmalara, razılaşmalı təşkilatlara xitab etməkdədir. İli məlum olmaması ilə birlikdə uzun müddət texniki dəstək alacağı söylənməkdədir.
Windows 10 Education
Məktəblərə, müəllimlərə, şagirdlərə xitab edən, enterprise ilə bənzər xüsusiyyətlər daşıyan versiyadır.
Windows 10 IoT Core
Windows Embedded yerinə gələcək olan versiya. Yüngül bir versiya olub daha çox aşağı təchizata sahib cihazları hədəfləməkdədir. Məsələn poçt filialları kimi. (Poçt filiallarında hələdə XP istifadə edilməkdədir )
4 - Sual: İstifadə etdiyim versiya hansı Windows 10 versiyasına aktuallaşdırılacaq ?
Cavab: Aşağıdakı şəkildə açıq aydın göstərilmişdir.
-
TΛNNΞЯ got a reaction from Seva in Fayl upload edərək pul qazan 1000 yükləmə 21$
Mövzuya görə təşəkkür edirəm, ama zamanla belə şeylərlə çox baş ağrıtmışam nəticə etibarı ilə heç bir şey əldə etməmişəm, həm belə eylər bekar adamlar üçün yaxşıdır, o bekarçılıqda bizdə yoxdur.
-
TΛNNΞЯ got a reaction from Faiq Əhədov in WI-Fi Şəbəkədə Gizləbmə
Telefon üçün yalan deyərəm Faiq qardaş.
-
TΛNNΞЯ got a reaction from Gülnar Abdullayeva in WI-Fi Şəbəkədə Gizləbmə
Bəs deyirdin rus dilinidə bilmirəm öyrəndin ? ispanca işlət Şəbəkəniz gizləndi hazırda
-
TΛNNΞЯ reacted to Faiq Əhədov in WI-Fi Şəbəkədə Gizləbmə
Tanner, Təşəkkür məlumat üçün, bəs bunu telefonda necə etmək olar görünməsin.
-
TΛNNΞЯ got a reaction from Faiq Əhədov in WI-Fi Şəbəkədə Gizləbmə
Salam dostlar, yaxşı və ya pis bi wi-fi qırdıq deyək (bu qonşununda şəbəkəsi ola bilər ) amma gizlənməmiz lazımdır, nə edək ? sualına cavab olaraq !
İlk olaraq cmd-ni idarəçi (administrator) olaraq işlə salırıq.
net config server /hidden:yes yazın Enter vurun.
təsdiq alındıqdan sonra net config server yazın Enter vurun və gizli serverin qarşısında bəli (Yes, Да) yazırsa əməliyyat tamamdır !
Artıq gizli bir wi-fi istifadəçisisiniz.
-
TΛNNΞЯ reacted to DAEMON in HDD Vəziyyəti
hd sentinel ilə yoxla, healt ın % nı bax gör neçədir, bir müddət sonra işləməyəcək o hdd
-
-
TΛNNΞЯ got a reaction from Elvin Məlikov in WI-Fi Şəbəkədə Gizləbmə
Yox lazım olarsa qonşunun şəbəkəsini hacklədin deyək, gizlənmək üçün yaxşı üsuldur,
Qardaşlar bu wi-fi gizlətmək üçün deyil kiminsə şəbəkəsini istifadə etdikdə heç kim sizə görməməsi üçündür, yəni Elvin qaqaş bu üsuldan istifadə edib sənin şəbəkənə girən qonşunu sən heç vaxt görə bilmərsən
-
TΛNNΞЯ got a reaction from goldmobile2 in Forum Admini səs vermə yolu ilə Müsabiqə
Mən bitərəfəm burda heç kimə səs verməmişəm istəyən profilimin hesabın verim baxsın məncə bu yol ən ideal yoldur yəni səsverməni deyirəm haqqı olan qazansın
-
TΛNNΞЯ got a reaction from DAEMON in proqram silmək
Aleykum SALAM, bu yazılımı bir neçə ay öncəsinə kimi tam silmək olurdu, ama 2 həftə öncə mənimdə kompyuterimə təsadüfən bulaşdı vər hər nə qədər etdimsə kökü gizli olaraq qaldı, hər səhər saat 8:00 da kompyuterimə müxtəlif programlar tapıb yükləyirdi nəticəni formatda gördüm, bu hansısa bir programın quraşdırılması zamanı əlavə seçim kimi çıxır mən tələsik səhvən next next vurduğum üçün yəni gözləmədim ondan sonra düşdü və nəticəsi 2 həftə məni bezdirdi, ola bilsin sən bunu siləsən məndə əvvəlləri belə yazılımı kökdən silirdim ama indi bu yazılımın gizli faylı yaradılıb və heç cür silmək mümkün deyil dərəcədədir.
-
TΛNNΞЯ got a reaction from Faiq Əhədov in Fləşkart TV problemi
Aleykum SALAM, Faiq qardaş problemini yazsaydın baxardıq.
-
TΛNNΞЯ got a reaction from Novruz Məmmədov in TP_LINK
Aleykum SALAM, mövzu bağlıdır ama son fikiri mən bildirim dedim, modemi söndürüb yandırdıqdan sonra avtomatik 192.168.1.1 adresinə daxil olur, bu problemlə mən hər gün qarşılaşırm deyə bilərəm, nəticəni modemi söndürüb yandırdıqdan sonra əldə etmişəm.
-
TΛNNΞЯ got a reaction from Novruz Məmmədov in Hard disk format olunub
Aleykum SALAM, bəli, Azərbaycan şiriftlərindən istifadə etmirsiz, biz dilimizə hörmət əlaməti olaraq artıq 3 ildir ki, saytımızda Azərbaycan şiriftlərindən istifadəni təmin etmişik. Probleminizə gəlincə bunun üçün bir çox program mövcuddur, mən hələki recuva programından istifadə etmişəm, nəticə 70%
-
TΛNNΞЯ got a reaction from ACCOUNTANT in Mp3 baza skripti
Aleykum SALAM, bekarçılıqdı de görək özüm öz referalım ilə qeyd ola bilərəm ? və neçə dəfə ?
-
TΛNNΞЯ got a reaction from ACCOUNTANT in Gamer Video recorder
Aleykum SALAM, mən audio masterəm yəni Türkiyənin bir çox Blu-ray film şirkətləri ilə əməkdaşlıq edirəm, Audacity səsi tamamiylə məhv edir və səsin keyfiyyətini 70 fazil aşağı salır, səsi təmizləmə və restore etmək üçün biz ən ideal program olan MAGIX Audio Cleaning Lab programını istifadə edirik, məndə hazırda MAGIX Audio Cleaning Lab 2013 19.0.1.12 bu versiya nettə mövcuddur və məndə birdə MAGIX Audio Cleaning Lab 2016 v21.0.1.28 AMPED-Premium versiyası var ki nettə tapmaq biraz qəlizdir, biz bu programla VHS kasetdən belə aldığımız xışıltılı dublajları təmizləyib restore edirik, əgər bu işlərdə bir bacarığınız varsa Audio Cleaning Lab 2013 19.0.1.12 programından istifadə edərək dilədiyiniz şəkildə ən pis vəziyyətdə və xışıltıda olan səsləri belə təmizləyib ideal vəziyyətində saxlaya bilərsiniz, əks halda ypoutubedə programın istifadəsi yoxdur, yəni 100 dən yuxarı orijinal filer daxil olduğu üçün hər filterin də, çıxarışı 20-60 dəq çəkdiyi üçün hələki bu haqda izahlar mövcud deyil, ama irəliki zamnada ətraflı izah video dərslik çəkib yaymağı düşünürəm.
-
TΛNNΞЯ got a reaction from ACCOUNTANT in Usenet haqqında ətraflı məlumat və ətraflı istifadə qaydası (SABİT)
USENET NƏDİR ? NECƏ İSTİFADƏ EDİLİR ?
Net'də ortalama belə bir izahı mövcuddur;
İlk quruluşunda Usenet forum kimi bir yerdi. İstifadəçilər bir biriylə mesajlaşırdı. Sonralar mesajlara fayllar əlavə olunmağa başladı. Lakin faylların müəyyən bir imiti vardı. Artıq bu fayllar elə bir ölçüyə çatdı ki, bunları tək-tək yükləmək mümkünsüz olmağa başladı. Düşünün ki, forumda 700 MB-lıq bir fayl paylaşılır, bu fayl hər biri 128 KB olan kiçik parçalara bölünür, bunları tək-tək endirmənin mümkün olmadığı bir program yazırlar, bu program xəbər qruplarından (Usenet) faylları çəkib birləşdirir.
Bir müddət sonra Usenet artıq böyük bir fayl paylaşma məkanı olur. İş ticari bir sistemə daxil olur. Faylların arxivlənəcəyi serverlər qurulur və bu serverlərə sahib kəslər aylıq sabit bir ödəniş istəyir. Məsələn Astraweb. Ayda 11 dollar verib birbaşa serverdən fayl endirə bilərsiniz. Torrent kimi gözləmədən fayl endirmənin imtiyazlarını yaşayırsınız.
USENET ŞƏBƏKƏSİ NECƏ İSTİFADƏ EDİLİR ?
Torrent: > torrent proqramı + torrentfaylı.torrent uzadılmalı kiçik fayl,
Usenet: > usenet proqramı + usenetfaylı.nzb uzadılmalı kiçik fayl,
Görüldüyü kimi, məntiq eynidir, tək fərq budur ki, torrent əlavə istifadəçilərə bağlanıb (seed) endirər, Usenet isə, şirkət şəbəkələrinə və serverlərinə bağlanıb endirər. Vəziyyət belə olunca, Usenet programını qurduğunuzda, programın bağlana biləcəyi server məlumatlarını daxil etməyiniz gərəkir. Bu serverlərin seedbox kimi fərqli tarif paketləri var. Limitli (məhdud müddətli), limitsiz (həmişəlik). Mən sizə nümunə olaraq həftəlik ödənişsiz server göstərəcəyəm, istəsəniz hər həftə yeni bir mail ünvanı ilə yenidən qeyd olub yeni bir hesab əldə edə bilərsiniz.
Addım 1 > Usenet servisindən qeyd olun.
https://www.eweka.nl/en/usenet_toegang/aanmelden/
keçid linkindən məlumatlarınızı daxil edib “Next” düyməsinə klikləyin,
“1 week trial” seçimini seçin, “Next” düyməsinə klikləyin, e-mail ünvanınıza gələn aktivləşdirmə linkinə klik edib hesabınızı aktivləşdirin.
E-mail ünvanınıza məlumatlarınız göndəriləcəkdir, və ya istifadəçi panelinizdən baxa bilərsiniz,
http://www.eweka.nl/myeweka/?p=account
Məlumatlarınız aşağıdakı kimi olacaq.
Addım 2 > Programı endirib quraşdırın.
http://sabnzbd.org/download/
Nizamları dəyişmədən Next > Next deyib quşadırın, daha sonra masa üstündən programın yaratdığı qısa yola 2 dəfə klik edin, program web səyahətçinizdə açılacaq, http://localhost:8085/wizard/ açılan pəncərədən dil seçimini edib “Start Wizard” düyməsinə klik edin, sizə verilən məlumatları “Port 119” “Connection 8” olacaq şəkildə ardıcıllıqla daxil edin, server adı sizə e-mail vasitəsi ilə göndərilən məlumatlar arasında yer alacaqdır, “Test Server” düyməsinə klikləyin, məlumatlarınız doğru daxil edilmişsə Connection Successful! yazısı çıxacaqdır, nizamlara toxunmadan sıra ilə Next > Next düyməsinə klik edin, bir neçə addımdan sonra Setup is now complete! yazısı çıxarsa əməliyyat səhvsiz yerinə yetirilmişdir deməkdir, program restart edib açılacaqdır.
Program quraşdırılması tamamlandı, hər hansı bir usenet saytından .nzb faylı əlavə etsəniz, endirməyə başlayacaqdır. Bundan sonra əhəmiyyətli olan isə Usenet (nzb) saytları tapmaqdır. Torrent kimi açıq saytlar olduğu kimi, qapalı və ya ödənişli saytlarda var, populyarlığına görə dəyişir. Bir çox nzb index saytları olsada, hamısı eyni şirkət şəbəkələrinə bağlıdır, yəni demək olar bir çoxu bir-birini təqib edir, bir sistemin şəbəkəyə əlavə etdiyini, digər sistemdə paylaşır. Aşağıdakı keçid linkində bir çox nzb saytlarının siyahısı mövcuddur.
https://usenetreviewz.com/nzb-sites/
Addım 3 > Endirilmə.
· Hər hansı bir nzb saytına daxil olun, axtarışdan istifadə edib sizə lazım olan .nzb uzantılı faylı yükləyin (.torrent kimi bir fayl olacaq)
· Az öncə qurduğunuz programı açın, sağ üstdən “Add NZB” düyməsinə klik edib .nzb uzantılı faylı seçin, daha sonra “Upload” düyməsinə klik edin.
· Fayl artıq enməyə başladı,
· Endirdiyiniz bütün usenet faylları .rar partlıdır, endirmə bitdiyi zaman program avtomatik faylı rardan çıxardıb, .rar fayllarını silir, endirmə zamanı dəyişiklik etməmisinizsə, endilirən fayllar "C:\Users\**\Documents\Downloads" qovluğuna düşər.
Incomplete (enməkdə olan) Complete (tamamlanan).
Müəllif: Azər Rüstəmov (TANNER) (Bir təşəkkürü çox görməyin)
-
TΛNNΞЯ got a reaction from Cavid Genceliyev in Gamer Video recorder
Aleykum SALAM, mən audio masterəm yəni Türkiyənin bir çox Blu-ray film şirkətləri ilə əməkdaşlıq edirəm, Audacity səsi tamamiylə məhv edir və səsin keyfiyyətini 70 fazil aşağı salır, səsi təmizləmə və restore etmək üçün biz ən ideal program olan MAGIX Audio Cleaning Lab programını istifadə edirik, məndə hazırda MAGIX Audio Cleaning Lab 2013 19.0.1.12 bu versiya nettə mövcuddur və məndə birdə MAGIX Audio Cleaning Lab 2016 v21.0.1.28 AMPED-Premium versiyası var ki nettə tapmaq biraz qəlizdir, biz bu programla VHS kasetdən belə aldığımız xışıltılı dublajları təmizləyib restore edirik, əgər bu işlərdə bir bacarığınız varsa Audio Cleaning Lab 2013 19.0.1.12 programından istifadə edərək dilədiyiniz şəkildə ən pis vəziyyətdə və xışıltıda olan səsləri belə təmizləyib ideal vəziyyətində saxlaya bilərsiniz, əks halda ypoutubedə programın istifadəsi yoxdur, yəni 100 dən yuxarı orijinal filer daxil olduğu üçün hər filterin də, çıxarışı 20-60 dəq çəkdiyi üçün hələki bu haqda izahlar mövcud deyil, ama irəliki zamnada ətraflı izah video dərslik çəkib yaymağı düşünürəm.
-
TΛNNΞЯ got a reaction from ACCOUNTANT in Notbuk donur
Aleykum SALAM, cənab istifadəçi yeni olduğunuza görə xahiş edirik, Forum Nəzarətçisinin verdiyi video dərslikdən istifadə edərək qaydalar və mövzu açmaq barəsində ətraflı tanış olasız.
-
TΛNNΞЯ got a reaction from ACCOUNTANT in A disk read error occuried xətası
Aleykum SALAM, HDD-də olan bütün məlumatlar zədələnib, komyuteri formatlayın düzələcək.
-
TΛNNΞЯ got a reaction from Elvin Məlikov in notebooka kampyuter kassası bağlamaq
Aleykum SALAM dediyin yer RGB kabeli üçündür, o kabel vasitəsiylə ikinci bir monitora görüntü ötürürsən, ama səsi almır monitor, ama HDMI kabel ilə həm görüntünü həmdə səsi ötürə bilirsən ikinci ekrana, məsələn mən hazırda noutbukuma 82 ekran LG HD LCD qoşmuşam əvvəllər şəkildəki işarələdiyin yerə qoşurdum RGB kabeli vasitəsiylə, indi isə HDMI kabellə qoşuram:D
-
-
TΛNNΞЯ got a reaction from Faiq Əhədov in Hp-də səs problemi
Aleykum SALAM, Faiq o problem məndədə var idi, deməli lap birinci şəkildə səs çıxışı olan yerdəki seçimlərə sağ düyməni vurub aktiv etmələri yoxla, əgər aktiv deyilsə aktiv elə lazım olan seçimi.
-
TΛNNΞЯ reacted to ACCOUNTANT in Xarici hard diskin bölünməsi
Həm də bundansa Virtualbox daha yaxşıdır..
-
TΛNNΞЯ got a reaction from ACCOUNTANT in Xarici hard diskin bölünməsi
Aleykum SALAM, bir çox programla HDD-ni bir neçə yerə bölə bilərsiz, ama məsləhət deyil, sektor zədələnmələrinə gətirib çıxardacaq.