Maksim_252

İstifadəçi
  • Content Count

    2,265
  • Joined

  • Last visited

  • Days Won

    2

Maksim_252 last won the day on March 16 2017

Maksim_252 had the most liked content!

About Maksim_252

  • Rank
    Rəhbər
  • Birthday 08/15/1993

Contact Methods

  • Website URL
    http://windows-az.net/

Profile Information

  • Gender
    Male
  1. goldmobile2, əgər HDD-də lazımlı məlumat olmasa, format zamanı həmin o GPT bildirişi çıxanda siz disklərin hamısını silib yenidən bölməklə formatı davam edə bilərsiniz. Probleminizin həll olunduğuna sevindim.
  2. Salam aleykum. BİOS-da Legacy Support seçimini disable edin və yenidən əməliyyat sistemini yazmağı yoxlayın. Anladığım qədər kompyuteriniz HP markasıdır. F9-la daxil olanda UEFI seçimi görünməlidir. Yadımda qaldığı qədər, yanlış xatırlamıramsa hazırki rejimlə də F9-la boot menyuya daxil olanda Həm legacy, həm də UEFI seçimi ayrılıqda görünür. Əməliyyat sistemini isə UltraIso proqramıyla yazmağı yoxlayın. QEYD: Windows Vista x32-x64 versiyalar təqdim olunduqdan sonra Ana plata istehsalçıları UEFI boot üçün x32 dəstəyi dayandırdılar. Bu səbəbdən Windows 8.1 x64 yazmağınız tövsiyyə olunur. Ultra iso ilə flashkarta sistem yazmaq: 1. Proqramı quraşdırırıq və ekranda yerləşən ikonun üzərində mausun sağ düyməsini sıxıb Administrator olaraq açırıq. 2. Proqram açılanda aşağıda göstərilən bölmədən Open əmrini seçirik. 3. Açılan pəncərədə kompyuterin yaddaşından windows 7 və yaxud windows 8 sistemini seçirik (mən windows 7 seçmişəm). 4. Sistemi seçdikdən sonra proqram sistemi aşağıdakı kimi göstərəcək. 5. Sistemi yazmağa başlayaq. Bunun üçün "Bootable" bölməsindən "Write disk image" seçilir.. 6. "Write disk image" əmrini seçdikdə aşağıdakı pəncərə açılacaq. Burada USB qurğunuz avtomatik olaraq tanınır. İstəsəniz USB-ni formatlaya bilərsiniz və sistemi yazmağa başlaya bilərsiniz. Gördüyünüz kimi 1 ilə işarə olunan yerdə USB qurğunun adı və yaddaş tutumu görünür. Yazmağa başlamaq üçün 2 ilə işarələnmiş "Write" əmrini verməliyik. 7. "Write" əmrini verdikdən sonra aşağıdakı sorğu pəncərəsi görünəcək və sizə bildiriləcək ki, bu əməliyyat zamanı USB qurğunun yaddaşındakı fayllar silinəcək. Burada bu istəyi təstiqləmək lazımdır. Bundan sonra yazma prosesi başlayacaq. 8. Yazma prosesi başlayıb. 9. Yazma prosesi bitdi. Qırmızı ilə işarələnmiş yazıdan göründüyü kimi proses uğurla başa çatıb.
  3. Aleykum salam. CMOS xətası göstərir. Kompyuter servislərində bios batareyası satılır. onu dəyişib yoxlaya bilərsiniz. Qeyd: Bios batareyasını dəyişdikdən sonra biosdan saat və tarixi düzəltmək lazım gəlir. Bundan sonra normal istifadəyə davam edə bilərsiniz. Özünüz etməyə ehtiyat edərsinizsə servisin özündə dəyişə bilərlər. Uğurlar.
  4. Salam. Sizin açmaq istədiyiniz fayldan asılıdır. Hər hansı bir quraşdırılmış proqramı açan zaman bu xətanı alırsınızsa həmin proqramı silib yenidən yazmağı yoxlayın. Yox, əgər bir çox proqramlarda bu xəta görürsünüzsə sistemdə yaranmış problemlərdən qaynaqlana bilər. sistemi dəyişməyi (formatlamağı) tövsiyyə edirəm.
  5. Hər kəsə salamlar. Dostlar, android sistemli telefonlarda silinmiş şəkillərin geri gətirilməsini əngəlləmək üçün nə məsləhət görə bilərsiniz? Belə ki, silinmiş faylların (loru dildə desəm) izləri telefonun yaddaşında qalır və nə vaxtsa fayl bərpa proqramıyla geri gətirmək halı mümkün olur. Həmin izləri silmək üçün hər hansı proqram bilirsinizmi? Bilirsinizsə zəhmət olmasa adını yazın. Özüm axtarmışam, normal proqram tapa bilmədim. Secure Wipe adında bir proqram tapdım. onu da playstore-da pisləyən rəylər gördüm. Hard Reset kömək etmir. Öncədən təşəkkürlər. Qeyd: mövzunu yanlış bölmədə açmışamsa zəhmət olmasa düzgün bölməyə keçirin.
  6. Wondershare QuizCreator proqramı sizə bu işdə kömək ola bilər. Proqram dili ingiliscədir. buyurun https://cloud.mail.ru/public/Khbz/275RbCmGt
  7. Rəsmi olaraq win 8.1 üçün webcam driveri paylaşılmayıb. win 8 üçün paylaşılıb. istəsəniz yoxlayın. 2 ədəd link verilib, buyurun http://dlcdnet.asus.com/pub/ASUS/nb/Apps/LifeFrame3/LifeFrame3_Win7_64_Z312.zip?_ga=1.83031894.1199510462.1462458329 http://dlcdnet.asus.com/pub/ASUS/nb/Apps/Virtual_Camera/Virtual_Camera_Win7_64_Z1026.zip?_ga=1.83031894.1199510462.1462458329
  8. Salam, Əgər problem notebook-dadırsa notebook-un rəsmi saytından sistemə uyğun webcam driverini yazın. bu problem əksər hallarda sistem uyğunsuzluğundan yaranır. Yəni, məsələn, siz kompyuterə win 8.1 yazmısınız amma rəsmi sayt sizin kompyuter üçün win 8.1 driver-ləri təqdim etməyib. Bunları dəqiqləşdirin. Bəzi hallarda win 7 ilə işləyən kamera win 8.1 sistemində işləmir. Yox əgər stolüstü kompyuterdə bu problemdirsə yenə də driver yeniləməsi edin. Problemin aradan qalxmadığı təqdirdə başqa kamera yoxlamaq imkanı varsa yoxlayın. Yazdıqlarımın işinizə yaramağı ümidilə, Uğurlar.
  9. Əvvəla hər kəsə salamlar. Yazıları oxuduqca fikir verdim ki Azər elə mənim ürəyimdəkiləri yazıb. Mod olunmuş sistemlər, transformation pack proqramları və s. bu kimi vasitələrin zərərindən başqa bir təsiri yoxdur. Yuxarıda yazılanlarla razıyam.. Praktikamda başıma gələnlərdən bir neçəsini yazım. 1. Kompyuterdə windows 8 sistemi var idi. Bəzi xəbər saytlarına girəndə bu problemi verirdi. bir neçə windows 8 yoxlamışdım, eyni problem qalmaqda idi. windows 7də bu problem qətiyyən olmurdu. Anladım ki, nədirsə windows 8 ilə əlaqəlidir və windows 7yə keçdim. 2. Bunu uzun zaman öncə forumda yazılmış bir mövzuya cavab olaraq da qeyd etmişdim. Bəzi proqramlar var ki, sistemə yazılanda sistem bu proqramı problem çıxara biləcək fayl formasında görür və yenə bu səhifə açılır. Restart gedir və proqram silinir. Daha problem çıxmır. Yuxarıda yazan qardaşların sözlərinə qüvvət olaraq bunları qeyd edim: 3. RAM-da problem olanda bu problem çıxa bilər. 4. HDD problemindən dolayı windows bu xətanı verə bilər. 5. Sistem çökmüş ola bilər.. Bütün bunları 1-1 yoxlamaq lazımdır. Ən sadəsindən - proqram təminatından başlayaraq irəliləmək lazımdır. Windows diskiylə sistemi bərpa etmək, alınmadığı halda kompyuteri formatlamağı yoxlamaq lazımdır. İmkan daxilində RAM kimi bəzi kiçik detalları dəyişib yoxlamaq lazımdır. Ən sonda heç bir problemin olmadığı qənaətinə gələndə HDD yoxlamaq lazımdır. QEYD: Çox az hallarda olsa da, videoçipdə yaranmış problemdən dolayı da bu problemin çıxması mümkündür. Bütün bu yazdıqlarım iş həyatımda qazandığım təcrübələrdəndir. Ümid edirəm hər hansı bir fikrin yaranmasında yararlı olar. Uğurlar.
  10. Salam. Bəli bu mümkündür. Kameranın və yaddaş qurğusunun adına uyğun internetdən axtarıb quraşdırmaq üsullarına baxmaq lazımdır.
  11. əvvəla salam. mövzunu düzgün yerdə açmamısınız. həmçinin mövzu haqda ətraflı məlumat da yazmamısınız. bu nədir? flashkartdır, yoxsa yaddaş kartıdır? (ola bilsin mövzu adminlər tərəfindən silindi) yaddaş kartıdırsa və kart reader ilə kompyuterə taxmısınızsa sol tərəfinə baxın, LOCK düyməsi var, aşağıdadırsa yuxarı qaldırın, və yaxud yuxarıdadırsa aşağı endirin, və yenidən format etməyi yoxlayın. flashkartdırsa ola bilər flashkartda texniki zədə var. Uğurlar.
  12. 32 bitlik office 2010 https://cloud.mail.ru/public/ad96c42e487b/ru_office_professional_plus_2010_x86_vl_dg_win_soft.iso 64 bitlik office 2010 https://cloud.mail.ru/public/651081291f92/ru_office_professional_plus_2010_x64_vl_dg_win_soft.iso Office 2010 aktivator https://cloud.mail.ru/public/2813ababc80b/Microsoft_Office_2010_Toolkit_and_EZ-Activator_v2.2.3_Final.rar NetFramework 4.0 (aktivatoru açanda error versə bu proqramı yükləyib quraşdırmaq və yenidən aktivatoru açmaq lazımdır) https://cloud.mail.ru/public/06458d56e092/dotNetFx40_Full_x86_x64.exe Uğurlar!!!
  13. Aleykum salam.. aşağıdakı linkdən baxa bilərsiniz.. https://www.apple.com/tr/icloud/
  14. Əla.. İşlərinizdə uğurlar.. Yorulsanız da axırı yaxşı olsun İnşallah
  15. Maksim_252

    WI-FI

    Salam aleykum.. modemin dalğa radisunu böyütmək olar. normal antenalar 5 db (desibel) olur. radius təxmini 25-30 metr olur. 8 db olan antenalar var ki, onlar daha uzaq məsafəya qədər ötürə bilir (70-80 metr). yazdığım ölçülər açıq ərazi üçündür. qapalı, divarlar olan yerdə divarlar maneə törətdiyinə görə divarların qalınlığını da nəzərə almalısınız.. modemi elə bir yerdə yerləşdirmək lazımdır ki, bütün otaqlara bərabər səviyyədə ötürə bilsin. telefona gəldikdə isə firmada telefona yerləşdirilən wifi qurğusu hansı məsafədən tutursa məncə o məsafəni dəyişib hansısa proqramla tutum qabiliyyətini artırmaq olmaz. Uğurlar.