• Loading...
Sign in to follow this  
Delphi7

Armudu stəkan haqqında nə bilirik?

Recommended Posts

Azərbaycanda çay kültürünün əsas və vacib elementi armudu stəkan olaraq qalsada Digər stəkan və fincanlara üstünlük verənlərdə yetəri qədər var. Çox insan armudu stəkanın digər stəkan və fincanlardan üstün olan cəhətini bilmir. Düzdür, çoxları belə xırdalıqlara fikir vermir, amma armudu stəkanın quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq, stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. İri stəkanlarda çay içiləndə isə həddən artıq maye qəbulu şişkinlik və ağırlıq yaradır. Bu, həm də çayın tərkibindəki təzyiqi artıran maddələrin artıq qəbul edilməsi deməkdir ki, nəticədə də sağlamlığa ziyan dəyir.

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...
Sign in to follow this  

  • loading...