Jump to content
Forum Windows-az.com

Ultra HD formatı gəlir


Recommended Posts

11111

2222


ABI Research analitik şirkətinin məlumatına əsasən, 2020-ci ilədək artıq 1 milyard abunəçi ödənişli televiziyadan istifadə edəcək.

Analitik şirkətin nümayəndəsi bildirib ki, əsas tendensiya bütün tip platformalarda HD məzmunun nüfuzetmə səviyyəsinin artımıdır. Analitiklərin hesablamasına görə, ötən ilin nəticəsinə görə qlobal ödənişli televiziya sənayesinin ümumi bazasında HD məzmun abunəçilərinin nüfuzetmə səviyyəsi artıq 44 faizə çatıb.

Bizimyol.info ICTnews-a istinadən bildirir ki, HD məzmunun nüfuzetmə səviyyəsi üzrə ən böyük göstərici Qərbi Avropa və Şimali Amerikada qeydə alınıb. ABI Researchin proqnozuna görə, 2020-ci ildə HD məzmunun qlobal abunə bazasındakı nüfuzetmə səviyyəsi 60 faizə çata bilər.

Məntiqli görünən odur ki, ödənişli televiziya sənayesinin inkişafında növbəti mühüm mərhələ 4K/Ultra HD xidmətlərinə keçid olacaq. ABŞ-ın DirecTV peyk provayderi HD DVR əlavəsi əsasında öz abunəçiləri üçün dünyada ilk 4K xidmətini istifadəyə verib. Cari ilin martında DirecTV-nin vitse-prezidenti Filip Qosvits 4K texnologiyasını peyk sənayesi üçün killer application adlandırıb. O hesab edir ki, 2020-ci ilədək onun şirkəti Ultra HD formatında təxminən 50-70 telekanal yayımlayacaq.

Peyk operatorları Ultra HD formatına daha sürətli keçirlər. 2015-ci ilin martında J-Sata məxsus Yaponiyanın SkyPerfecTV operatoru 4K/Ultra HD TV formatında iki kanalın yayımına başlayıb. Bu, ödənişli televiziya sənayesi üçün əlamətdar hadisə olub, çünki hazırda dünyada əlçatan 4K kanalların sayı barmaqla sayılası qədərdir; onların əksəriyyəti sınaq variantında yayımlanır. SkyPerfecTV operatoru kanalların yayımlanmasına təxminən 200 milyon yen (təxminən 1,6 milyon dollar) sərmayə yatırıb.

Yaponiyanın NHK yayım şirkəti cari il ilk 4K formatlı kanalını sınaqdan keçirəcək və 2018-ci ilədək artıq bazara üç belə kommersiya kanalı çıxarmalıdır. Şirkət 2020-ci ilədək 6 belə kanal istifadəyə verməyə hazırlaşır, onlardan biri 8K (Super Hi Vision) formatında yayımlanacaq.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...