Jump to content
Forum Windows-az.com

Windows 7 güclənir


Recommended Posts

Belə təxmin edilirdi ki, “Windows 10” əməliyyat sisteminin çıxarılması köhnə ƏS-nin populyarlığının azalması ilə nəticələnəcək. Ancaq hazırda bu tendensiya müşahidə olunmur.

 

Windows 7 güclənir

 

Bundan başqa, ötən ay “Windows 7” ƏS-i, demək olar, dünyada mövcud olan və “Windows” ilə işləyən kompüterlərin 2/3-də quraşdırılıb. “NetMarketShare” xidməti yeni statistikasını təqdim edib.

 

2015-ci ilin martına əsasən, “Microsoft”un ƏS-i ilə işləyən fərdi kompüter (FK) bazarında “Windows 7” platformasının bazar payı 63,7 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 2,6 faiz yüksəkdir.

 

Bu halda “Windows 8/8.1” platformalarında durğunluq müşahidə olunur: ötən dörd ayda bu məhsulların bazar payı yalnız 0,6 faiz yüksələrək 15,4 faizə çatıb. Halbuki müvafiq dövrdə “Windows 7” platformasında 2,2 faizlik artım qeydə alınıb.

 

13 yanvar 2015-ci il tarixində “Microsoft” şirkəti “Windows 7” platformasının əsas ödənişsiz dəstəyini dayandırıb, ancaq o andan etibarən 2020-ci ilin əvvəlinədək davam edəcək genişləndirilmiş dəstək mərhələsi start götürüb.

 

“Windows” əməliyyatlar sisteminin payı 91,22 faiz təşkil edib. “Mac OS X” platformasının bazar payı 7,28 faiz təşkil edib ki, bu da 2014-cü ilin mayından ən böyük göstəricidir. “Linux” əməliyyat sistemi bazarının 1,5 faizinə nəzarət edir.

Link to comment
Share on other sites

Proqramlar telegramda
  • 2 hafta sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...