• Loading...
Sign in to follow this  
TΛNNΞЯ

Modem ilə Router arasındakı fərq və ya əlaqə MƏQALƏ:

Recommended Posts

Salam əziz dostlar, bu gün sizlərə Modem ilə Router arasındakı fərq və ya əlaqəni anlatacam:


 


 


Router'a Modem, Modem'ə Router deyirik əslində.

 

Modem ilə Router arasındakı fərq nədir?

 

Internet Service Provider firmalar Internet bağlantısı satarkən kampaniyalarının yanında "modem" deyə routerlar'da 

 

verməyə başladılar. Yəni günümüzün modemləri, router içərisinə modem qoyulmuş Router / Modem məhsullarıdır.

 

Router, bir çox kompyuteri eyni şəbəkəyə bağlayan bir qutudur. Əvvəllər üzərində yalnız kabel girişi olan bu məhsullar 

 

sonradan kabelsiz məhsulların çoxalması ilə birlikdə kabelsiz əlaqə dəstəyi də verməyə başladılar. Bu "simsiz router" 

 

ların üzərlərində ümumiyyətlə bir yada iki antena olur və bu sayədə əhatə sahələri genişlənir və siqnal gücləri artır.

 

Bu kabelsiz əlaqədən indiki vaxtda dizüstü kompyuterlər, mobil telefonlar, tablet, konsollar, televiziyalar kimi bir çox 

 

məhsul faydalanır.

 

Router, Lokal Şəbəkəyə yetişməyə nail olmasına qarşı Internet bağlantısı təmin etməz. Daha doğrusu vəzifə etibarilə bunu 

 

təmin etmək məcburiyyətində deyil. (dediyi budur ki router'la qoşulan cihazların ana şəbəkəyə daxil olmasına icazə vermir, yəni sizə verdiyi IP ünvanı ana şəbəkəyə girməyə icazəli deyil)

 

Router'ın İnternet təmin etməsi üçün bir modem'ə bağlı olması lazımdır. Buna görə bir çox router'ın üzərində modem'lə 

 

əlaqə təmin edən xüsusi bir ethernet yuvası mövcuddur.

 

Router, şəbəkəyə bağlı olan hər kompyuterə bir IP nömrəsi versədə, bu nömrə yerli şəbəkə üçün etibarlıdır. O şəbəkəyə 

 

bağlı bütün kompyuterlər Internetə modem üzərindəki IP nömrəsindən çıxarlar.

 

 

0T35IrE.jpg

 

 

Modem, sizi Internetə qoşulmağa imkan verir.

 

İrəlidə texnologiya nə gətirər bilmərik, ona görə məqalənin aktual qalması baxımından modemi telefon xətti və ya kabel və 

 

s. interfeyslərlə məhdudlaşdırmaq istəmirik. Amma xülasəylə Internet Servis təminatçınız sizə verdiyi xidmətə uyğun 

 

fiziki interfeys üzərindən Internetə qoşulmağınızı bu qutucuq təmin edir.

 

Modemlərin birdən çox kompyuteri eyni şəbəkə içərisində kabelli və ya kabelsiz olaraq bir-birinə bağlamaq kimi bir 

 

məcburiyyəti yoxdur.

 

Xülasəylə məhsulların bağlanma sırası tam olaraq belədir.

 

1- PC və ya kabelsiz cihazınız

2- Router

3- Modem

4- ISS (Internet Service Provider)

5- Internet

 

Bu məqaləni çoxdan bir xarici mənbəədən alıb tərcümə etmişdim.

 

Xarici mənbəədən tərcümə TANNER. Məqaləni digər saytlarda dərc edərkən xahiş edirəm müəllifin adına istinad gətirəsiz.

Share this post


Link to post
Share on other sites

Ətraflı məlumat üçün təşəkkürlər. Bir-iki əlavəni də mən edim. Belə ki,

Router (Marşrutlaşdırıcı) şəbəkələrdə aparat-proqram təminatlı qurğudur. Router xüsusi proqram təminatının köməyilə paketləri bir şəbəkədən digərinə göndərməklə fiziki olaraq iki və daha çox kompüter şəbəkəsini birləşdirir (O, paketi özünün giriş kanallarından biri ilə buferə qəbul edərək özünün çıxış rabitə (əlaqə) kanallarından biri ilə göndərir). Marşrutlaşdırıcı müxtəlif topologiyalı və protokollu şəbəkələri birləşdirə bilir. Yalnız birləşdirilmiş şəbəkəyə çatacaq paketləri göndərməklə şəbəkə trafikini azaldır.

Marşrutlaşdırıcı OSİ modelinin şəbəkə səviyyəsində işləyir. Körpülərdən fərqli olaraq, marşrutlaşdırıcılar bir neçə konturlu, daha çox rabitə kanallarına malik böyük şəbəkələrə uyğun gəlir. Marşrutlaşdırıcılar protokol yönümlüdür, statik və dinamik olur. Statiklərdə şəbəkə administratoru marşrut cədvəllərini özü daxil edir, dinamiklərdə isə marşrutlaşdırıcı onu özü yaradır. Dinamik marşrutlaşdırıcı özünün marşrut cədvəllərini müəyyən etmək, yeni işçi stansiyaların və düyünlərin (ünvanların) yaranmasını izləməkdən ötrü fasiləsiz olaraq digər marşrutlaşdırıcılarla paket mübadiləsi aparır. Dinamik marşrutlaşdırıcılar şəbəkələrdə yaranan yararsız əlaqələri (zəncirləri) və yüklənmələri aşkar edə bilir.

 

Modem- Kompüterlər arasında, bir qayda olaraq, əlaqənin təşkili qurğusudur. İnformasiya siqnallarının modulyasiya və demodulyasiya (MOdulyasiya-DEModulyasiya) funksiyalarını yerinə yetirir. Yəni, telefon xəttinin giriş analoq siqnallarını bitlərə və tərsinə çevirir. Sürəti bod-la (bit/san) ölçülür. Xarici və daxili formaları var.

Modemlər modulyasiya metodlarına görə fərqlənirlər: tezlik, faza modulyasiya yə ya onlara birləşməsi. Modemin əsas xarakteristikası saniyədə bitlə ölçülən (bit/san) korreksiya olunmadan (düzəldilmədən) sıxlaşdırılmamış verilənlərin ötürmə sürətidir. Verilənlərin ötürülmə sürətini artırmaq üçün modem onların sıxlaşdırılmasmı həyata keçirir.

 

Mənbə: İformatika Bakı 2015 TQDK

Share this post


Link to post
Share on other sites

İndi baxdım təkrar yarsını kitabda özləri də elə yazıblar. Bir qismini də VVord-ün qrammatika düzəltmə funksiyası  korlayıb. Şərhi köçürəndə xırda olduğu üçün görməmişdim. Dediyiniz üçün təşəkkür edirəm.

 

Rica edirəm :) nəticə etibarı ilə biz Azərbaycanda yaşayırıq, kitablarda belə hallara yol vermələri uzun zamandır görülən bir haldır.

Share this post


Link to post
Share on other sites
Əvvəla Bu məqalə üçün Tanner qardaşımıza öz təşəkkürümü bildirirəm.

Və əlavə olaraq 

Router, Lokal Şəbəkəyə yetişməyə nail olmasına qarşı Internet bağlantısı təmin etməz. Daha doğrusu vəzifə etibarilə bunu təmin etmək məcburiyyətində deyil.

 

Bu cümlənə də nə demək istədiyini tam olaraq anlamadım.

Share this post


Link to post
Share on other sites

Rica edirəm, sualına gəlincə anlamışdım başa düşməyəcəyinizi, odur ki açıq cavab verim, yəni dediyi budur ki router'la qoşulan cihazların ana şəbəkəyə daxil olmasına icazə vermir, yəni sənə verdiyi IP ünvanı ana şəbəkəyə girməyə icazəli deyil anlamında.

Share this post


Link to post
Share on other sites

...mən  istərdim ki,öz təcrübəmə əsaslanaraq qısa olaraq bu məsələyə elə aydınlıq gətirim ki,nisbətən təcrübəsiz istifadəçilərimiz üçün də anlaşıqlı olsun...

...əvvəl internet Dial-up üzərindən həyata keçirilirdi...bunun üçün kompyuterə xüsusi şəbəkə kartı yerləşdirilirdi və telefon xəttinə qoşulurdu...yəqin əvvəllər hamınız bundan istifadə eləmisiniz və görmüsünüz...

...sinra ADSL olaraq genişzolaqlı internet meydana gəldi ki,bu da modem dediyimiz qurğu üzərindən həyata keçirildi.modem alınan siqnalları dəyişib hər hansı 1 qurğuya-kompyuterə ötürməklə bizə internet vermiş oldu...yəni modem 1 port vasitəsilə 1 qurğuya birləşdirilirdi və ona internet verirdi.lokal şəbəkə yaratmaq artıq kompyuterlər arasında və ya xab vasitəsilə həyata keçirilirdi...(çoxportlu modemlər sonralar çıxdı)...

...router-in meydana gəlməsi wi-fi texnologiyası ilə əlaqədar oldu.router internet vermək üçün deyil,modemə qoşularaq,wi-fi dalğası ilə 1 neçə kompyuteri birləşdirib lokal şəbəkə yaratmaq üçün nəzərdə tutulmuşdu.və belə də istifadə edilirdi.sadəcə modem qurğusu tez bir zaman təkmilləşdi.həm internet verdi,həm də onu wi-fi dalğası kimi ötürməklə pouteri də əvəz elədi .nəticədə modem-router yarandı.bu elə tez yarandı ki,roterin əvvəl nə üçün olduğunu çox adam bilmədi.çünki çox adam routeri lokal şəbəkə kimi istifadə etməyə macal tapmamış,artıq wi-fi modem dövriyəyə girdi.bu həm əlverişli idi,həm də sərfəli.1 qurğuda 2 funksiya kimi...wi-fi modem həm internet verdi,həm də lokal şəbəkə yarada bildi....

...sonra router də təkmilləşdi.artıq router də daxilində yerləşdirilmiş modemlə həm internet verdi,həm də lokal şəbəkə yarada bildi,yəni roter-modem yarandı...

...yuxarıdakı fərqdən başqa əvvəllər modem ilə router arasında kəskin fərqlər var idi.misal üçün router farewell funksiyası ilə modem üzərindən təhlükəsizliyi təmin edirdi.indi bu modemlərdə də var...indi isə texnologiyanın inkişafı ilə əlaqədar həm modem-router,həm də router-modem funksiya baxımından bir-birinə çox yaxındır...

....amma buna baxmayaraq bəzi fərqlər yenə də qalmaqdadır..

....modem telefon xətti üzəindən çalışır.router optik xətt üzərindən qoşulur...

...router ip adresləri rezevləşdirə bilir...

...router ip adreslərə görə lokal şəbəkədə internet sürətini istədiyi kimi paylaşdıra bilir (sürətə  məhdudiyyət tətbiq edə bilir)

...router lokal şəbəkədə dinamik ip tətbiq edə bilir... və s....

...göründüyü kimi router funksiyalar baxımından modemlərdən daha geniş imkanlara malikdir...

Share this post


Link to post
Share on other sites

..router lokal şəbəkədə dinamik ip tətbiq edə bilir... və s....

Yazını diqqət çəkmək üçün qırmızı rəngdə yazdım sualım kamran qardaşadır.

 yuxarıda yazdığınız  doğrudursa yəni routher lokal şəbəkəyə dinamik ip verə bilirsə onda deməli routherlin qurduğu şəbəkə daha təhlükəsiz və etibarlıdır düzmü anladım?

Share this post


Link to post
Share on other sites

..router lokal şəbəkədə dinamik ip tətbiq edə bilir... və s....

Yazını diqqət çəkmək üçün qırmızı rəngdə yazdım sualım kamran qardaşadır.

 yuxarıda yazdığınız  doğrudursa yəni routher lokal şəbəkəyə dinamik ip verə bilirsə onda deməli routherlin qurduğu şəbəkə daha təhlükəsiz və etibarlıdır düzmü anladım?

...düz fikirləşirsiniz,amma bir az başqa cür desək daha dəqiq alınar...yəni routerlə təhlükəsizliyi daha da yaxşı təmin etmək olar...

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...
Sign in to follow this  

  • loading...