• Loading...
Sign in to follow this  
TΛNNΞЯ

WINDOWS 10. Yenilənməsi ilə əlaqəli, Çox Verilən Suallar. (VACİB)

Recommended Posts

xQewIlE.png

1 - Sual: Orijinal (lisenziyalı) windows 7 və ya Windows 8 istifadə edirəm. Sıfırdan quraşdırma edə bilərəmmi?
 
Cavab: Xeyr. Windows 10 update (yeniləmə) vasitəsi ilə ilk olaraq yenilənmə prosesi etməniz lazımdır. Upgrade vasitəsi ilə sisteminizi windows 10-a yeniləyə bilərsiniz. Upgrade əməliyyatı əsnasında hər hansı bir key daxil etmirsiniz. Eynilə bir yeniləmə yüklər kimi windows 10-u yükləyirsiniz. Yeniləmə sonrası internet bağlantısı aktiv olar-olmaz, lisenziyanız aktiv olur. Lisenziyanıza baxdığınız zaman dəyişdiyini görəcəksiniz. Bu linkdən script.rar serial key'inizi görə biləcəyiniz kiçik scripti endirib işlədin. Bu scripti həm köhnə sistemdə, həmdə yeni sistemdə işlədin. Hər 2 sistemə aid keyleridə qeyd edib saxlamağa laqeyd yanaşmayın. Nə olar, nə olmaz. Daha sonra istəsəniz 0'dan quraşdırma edə bilərsiniz.
 
Bu yeniləməni etmək üçün windows 7 və Windows 8 istifadəçiləri;
 
a -  Control Panel > Security > Check for Updates dediyiniz zaman windows 10 yeniləməsini görməniz lazımdır (əgər yeniləmə çıxmırsa sonrakı mərhələyə keçin)
 
b - Start > Run > cmd yazırıq və sağ klik edib idarəçi olaraq işlədirik. Gələn konsola (qara ekran)
wuauclt.exe / updatenow
yazıb enter düyməsinə basırıq. Təkrar yeniliklərə nəzər yetiririk. Yeniləmə sahəsindən windows 10 yeniləməsini seçib kompyuterinizi windows 10-a yeniləyirsiniz. Orjinal lisenziya sahiblərinin bu şəkildə yeniləməsi lazımdır. Orjinal lisenziyası olmayan istifadəçilərin təmiz yəni format şəklində quraşdırması məsləhətdir.
 
 
2 - Sual: Yenilənmə əsnasında fayllarım qalır ? Driverlər ? Programlar ?
 
Cavab: Yeniləmə sonrası fayllarınız və ya proqramlarınız eynilə qalır. Hər hansı bir məlumat itkisi yaşanmır. Windows 7 və Windows 8'də olduğu kimi bir çox driver Windows 10 tərəfindən yüklənir. Windows 10'un tapa bilmədiklərini sizin yükləməniz lazımdır. Windows 10 bir çox proqramla uyğun olaraq çalışır ancaq antivirus proqramları ilə hazırda problemləri var. Antivirus firmaları yeni versiyaları çıxartmağa başladı. Yenə uyğunlaşmadığı proqramlar təbiiki olacaq. Lütfən bunları gözardı etməyin. Ən əhəmiyyətlisi, istifadə etdiyiniz təchizatların Windows 10 ilə uyğun olduğuna, driver dəstəyinin olduğuna əmin olun.
 
 
3 - Windows 10 versiyaları haqqında məlumatlar.
 
Windows 10 Home
Son istifadəçiyə yəni ev istifadəçisinə xitab edən versiyadır. Masaüstü, notebook, tablet və ya ikisi bir arada sistemlərdə istifadə ediləcək olan versiyadır. Əlaqədar sistem, Cortana, Microsoft Edge və Continuum dəstəkli olacaq, bundan əlavə xbox cihazlar ilə sinxronizasiya ola biləcək. (Single language'də bu qrupa daxildir)
 
Windows 10 Pro
Windows 8 ilə birlikdə pro versiyalar sanılanın əksinə ev istifadəçilərinə deyil orta ölçülü müəssisələrə xitab edən versiyadır. Pro versiyası bu məzmunda bəzi esktralardan ibarətdir. Firmaların öz yazdığı tətbiqləri də işlətmə icazəsini rəhbərliyinə icazə verəcək bu versiya, Windows Update for Business proqramını da dəstəkliyəcəktir.
 
Windows 10 Enterprise
Böyük müəssisələrə xitab edən versiyadır. Enterprise məhsulu daha çox təhlükəsizlik mərkəzli bir sistemdir. Firmaların ehtiyac duyduğu təhlükəsizlik mövzusunda inkişaf etdirilmiş və 3. partiya təhlükəsizlik proqramı olmadan etibarlı bir sistemi vəd etməkdədir.
 
VL Yazan məhsullar
VL, Volume License qısaltmasıdır. Kollektiv lisenziyalamağa uyğundur. Məsələn Pro və Pro VL versiyaları eynidir ancaq lisenziyalaşdırma strukturları fərqlidir. Pro'nun serialı VL'yə, VL'nin serialı Pro'ya daxil edilməz. VL məhsulları ümumiyyətlə birdən çox sistem istifadə edən firmalar alır.
 
LTSB Məhsulu
LTSB uzadılması bu şəkildədir: Long Term servicing Branch. Kollektiv lisenziyalamağa uyğun firmalara, razılaşmalı təşkilatlara xitab etməkdədir. İli məlum olmaması ilə birlikdə uzun müddət texniki dəstək alacağı söylənməkdədir.
 
Windows 10 Education
Məktəblərə, müəllimlərə, şagirdlərə xitab edən, enterprise ilə bənzər xüsusiyyətlər daşıyan versiyadır.
 
Windows 10 IoT Core
Windows Embedded yerinə gələcək olan versiya. Yüngül bir versiya olub daha çox aşağı təchizata sahib cihazları hədəfləməkdədir. Məsələn poçt filialları kimi. (Poçt filiallarında hələdə XP istifadə edilməkdədir  :)

 

4 - Sual: İstifadə etdiyim versiya hansı Windows 10 versiyasına aktuallaşdırılacaq ?
 
Cavab: Aşağıdakı şəkildə açıq aydın göstərilmişdir.
 
jbYvoL8.jpg

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...
Sign in to follow this  

  • loading...