• Loading...
Sign in to follow this  
TΛNNΞЯ

Yeni İliniz Mübarək (2016)

Recommended Posts

11256.gif


 


SALAM əziz dostlar, artıq yeni 2016-cı ilə saatlar qalıb, kimisi üçün xoşbəxt, kimisi üçün bədbəxt keçən bir ili daha geridə qoyuruq, 2015-ci il mənim həyatımda bir sıra əlamətdar il kimi yadda qaldı, və nəhayət sona doğru öz zibilin çıxarttı, 2015-ci ili pis yekunlaşdırıram, səbəbi isə atamın bir ayağını itirmə təhlükəsidir ki, onsuzda buna 99% çarə yoxdur, atam ayağını geci 8 gün sonra itirməlidir, ama ALLAH özü bir möcüzə yaradarsa, həkimin qoyduğu 8 gün ərzində müalicəsi işə yarıyarsa 2016-cı ildə artıq sevinə bilərik :( ümid edirəm sizin üçün 2015-ci il yaxşı keçdi, keçməmişsə belə buna üzülməyə dəyməz, İnşALLAH 2016-cı ildə bütün işlərimizi ulu Tanrı yoluna qoyar, mən 5 ildir bu saytda fəaliyyət göstərirəm, son 4 ildir ki, rəhbərlik vəzifəsində çalışıram, qeydiyyat tarixim ilk dəfə 13.02.2011 tarixində olub, bu mənim ilk profilim, http://windows-az.com/user/TANNER ama serverdə yaranan səhv nəticəsində şifrəm dəyişildi və bir daha qeydiyyatdan keçdikdə artıq 31.09.2011-ci ili göstərdi, yenidən köhnə şifrəmi bərpa etdim ama o bir xatirədir :) bu 5 illik fəaliyyətimdə saytda bir çox yoldaşlarım olub ki, bunların çoxu artıq sayta uzun zaman oldu ki, daxil olmur və bir neçəsidə hələki saytdadır, 2015-ci ildə sayta demək olar girmədim, bu müddətdə dəyərli Tural qardaşım mənim statusumu aldı :) ama almıyada bilərdi, 2011-2014-cü illərin ən aktivlərindən və yardımçı yeyyətin biridə mən olmuşam, hazırda statusum qayıdıb, buna görə Tural qardaşa təşəkkür edirəm, mən bu sayta nə statusa görə nədə başqa bir şeyə görə daxil olmuram, 1 aydır saytda aktivlik göstərirəm, bunun səbəbi nə status nədə başqa bir şey deyil, keçən gün Tural qardaşımızın xeyir işini eşitdik, ALLAH ona və onun timsalında bütün subaylarımıza toy qismət etsin, mən artıq 7 ildir ailəliyəm, baxmayın 24 yaşım var, cəld tərpənmişəm :) sözü çox uzatdım fərqindəyəm, üzürlü sayın, hər birinizin yeni ilini birdaha təbrik edirəm, qoy bu önümüzdən gələn 2016-ci il və neçə belə illər, hər zaman sevinclə gəlsin və bizi sevindirsin, hər birinizin yeni ili mübarək !


 


Sağ qalaramsa 2016-cı ildə görüşənədək :)


 


2016-new-year.jpg?1


Share this post


Link to post
Share on other sites

Aleykum salam.Allah şəfa versin qardaş.İnşALLAH xoş xəbər eşidərsən.ALLAHA ümüd ol.Elə mənim üçündə yarı yaxşı yarı pis keçib.Allahın izni ilə bu il hamıya düşərli olar.Qoyun ilini yola salıb meymun ilini qarşılayacığ.Məndə saytda 09/09/2009 - 11:26 qeydiyyatdayam.Windows Team statusunnan başlamış bütün statusları qazana qazana bura kimi gəlib çıxmışam.Saytdada özümə bir çox dostar qazanmışam.Bu illər ərzində saytda çox şeylərin şahidi olmuşam.Azər qardaşın dediyi kimi bəziləri artıq demək olar istifadə etmir.Bununda müxtəlif səbəbləri var.Bu saytda status verilən heç bir kəs nəyisə fikirləşmir.Tam olaraq saytdakı istifadəçilərimizə yardım etməyə çalışıllar.Hər kəs öz biliyini ortaya qoyub kömək etməyə çalışıb.İndidə çalışır.Azər doğurdan sən tez tərpənmisən. :D  İnşALLAH məndə daxil bütün subaylar üçün olsun. :)  Turalıda təbrik edirəm. Hər kəsi ALLAH öz ürəyinə görə versin.Bu vaxta kimi saytda nə etmişəmsə hər kəsin halalı olsun.İnşALLAH bunnan sonrada bacardığımı eliyəcəm.Hamının bayramı mübarək olsun.

Share this post


Link to post
Share on other sites

Qardaş üzülmə, Allah şəfasın versin. Bəlkə bu saytda ən yaşlı üzv mənəm, 1978-ci il və 2010-cu ildən bu saytda qeydiyyatım var. Mən özüm də hər iki ayaqdan anadangəlmə qüsurluyam. Amma cox şükr cətin də olsa yeriyirəm. Qardaş bir şeyi hec vaxt unutma Allah təala heç kimi daşiya bilmədiyi yüklə sınağa çəkməz. Cahil vaxtlarımda mən də az qala üsyan edirdim, amma elə bir insanla rastlaşdım ki, özümü bəxtəvər sandım. Qardaşlar mən də təbriklərə qoşuluram. Hər birimizin yeni ili mübarək və uğurlu olsun İnşəAllah. Allah bütün insanların müşgül işlərini avand etsin qarşıdan gələn yeni illərdə. Amin.

Share this post


Link to post
Share on other sites

Salam dostlar. Neçə vaxtdır sayta daxil olmuram üzrlü sayın ;) Hərkəsin bayramını təbrik etməzdən öncə Məhəbbət və Azər qardaşımıza  ALLAH-dan  səbr diləyirəm.

İNŞALLAH bu il hamımız üçün yaxşı keçər. 2015 mənim üçün də heç uğurlu keçmədi. Amma bu mövzunu heç açmaq istəmirəm. :)

​Mən də qısaca öz sayt keçmişimi sizinlə paylaşıram.

 

​08.10.2014 - İstifadəçi

28.10.2014 - Windows Team

31.12.2014 - Forum Admini

 

Amma saytda olmadığım müddətdə statusum alınıb. Bu məsələni o qədər də "vecimə almıram"(yanlış anlamayın). Nə olar ALLAH canlarını sağ eləsin.

 

Sonda isə yenə hərkəsin bayramını təbrik etmək istəyirəm. Ümid varam bu il hər kəs üçün uğurlu və düşərli olar.

Share this post


Link to post
Share on other sites

Salam.Allah şəfa versin.TΛNNΞЯ doğurdan da cəld tərpənmisən).Bu saytda qeydiyyatım 26.11.2012 tarixində olsada bu saytda aktivliyim çox az olduğuna görə hələdə istifadəçi olaraq qalıram.Windows-az.com sayt istifadəçilərini Yeni il və Həmrəylik günü münasibəti ilə təbrik edir və 2016-cı ilin hərkəs üçün uğurlu olmasını arzu edirəm.

 

Bayramınız mübarək olsun!

Share this post


Link to post
Share on other sites

Artıq 2016-cı ildir. Mən də təbriklərə qoşuluram. 2015 saytda əsəslı yeniliklərin olması ilə yadda qaldı. Arzulayıram ki, bu ildə yaddaqalan nə isə olsun..

2015-ci ildə baş verən - hadisələr geridə qalsın və yeni ildə gözəl başlanğıc üçün yeni səhifə açılsın. ALLAH gülüşləri üzlərdən əskik etməsin.

Bütün yaxılarınızla, sevdiklərinizlə birlikdə xoş və yaddaqalan yeni ilin sizlərə nəsib olması diləyi ilə təbrik edir, arzu və istəklərinizin  həyata keçməsini səmimi qəlbdən arzulayıram..

Share this post


Link to post
Share on other sites

Bütün sayt istifadəçilərini yeni il münasibəti ilə təbrik edirəm...

Tural qardaşımız da xoşbəxt olsun...

Azər qardaşımıza belə mövzu açdığı üçün təşəkkür edirəm.Allah atana şəfa versin.Bu mövzunu axşam oxudum.Tədbirlə əlaqədar axşam heç nə yaza bilmədim,evdə də olmamışam.səhərə yaxın gəlmişəm.Biz bayramı evdə bu gün keçirəcəyik..Amma Allah şahiddir ki,axşam atana nə qədər dualar eləmişəm...Kim də bilməsə,mən yaxşı bilirəm ki,evladın gözü qarşısında valideyinin əziyyət çəkməsi nə deməkdir...elə əziyyət ki,özün də heç nə edə bilmirsən....2007-də elə dekabr ayında anam gözümün qarşısında xərçəngdən əriyib nə təhər getdi...nə isə,gedənlərə Allah rəhmət eləsin,qalanlara da Allahdan şəfa diləyirəm.eləcə də sənin Atana...

...özüm haqda yazmaqla aram olmayıb.bunu burda  bəziləri bilir.Elə Azər də bilir.sadəcə bu mövzu mənə çox təsir elədi.ona görə bəzi şeyləri mən də bölüşmək qərarına gəldim...

....1973-cü ildənəm.yanvarın 22-si...orta məktəbi qızıl medalla bitirdim.tibb universitetinə daxil oldum.1997-də universiteti bitirdim...hal hazırda tamam başqa sahədə çalışıram...2010-da mehdi1998 adı ilə qeydiyyatdan keçdim.sonra öz adımla dəyişdim...köhnə istifadəçilərin yadında olar.Azər bilir bunları.Mehdi mənim böyük oğlumdur.bu il Dəyanet Türk lisseyini bitirdi.626 bal yığdı....2 instituta birdıən daxil oldu...Azərbaycanda Prezident yanında idarəetmənin pulsuz fakültəsinə.Türkiyədə,Türkiyə dövlət hesabına (pulsuz fakültəsinə) ,beynalxalq iqtisadiyyat və biznesin idarə olunması instituna ingilis dilində daxil oldu...Türkiyəni seçdi...indi Türkiyədədir,təhsil alır...Onunla fəxr edirəm...

...Yəni ümumi götürəndə bu il mənim və ailəmiz üçün uğurlu il oldu...

...Sizin də 2016-cı ilinizin xoşbəxtlik ili olmasını arzulayıram...

Share this post


Link to post
Share on other sites

SALAM, Kamran qardaşım, duaların üçün minnətdaram ALLAH canını sağ eləsin, ALLAH ananada rəhmət eləsin, yeri və məkanı cənnət olsun, MaşALLAH, qardaşoğlu İnşALLAH böyük insan olar, mən sənin haqqında az çox bilirəm eləcədə səndə mənim, sən yaxşı yoldaşsan, qismət olarsa bir gün həyatdada qarşılaşarıq :) Yeni ilini ailənlə birlikdə təbrik edir, uzun ömür can sağlığı diləyirəm.

Share this post


Link to post
Share on other sites

Aleykum SALAM, Elcan minnətdaram çox saöol qardaşım, ama biz saytda dini, irqi, siyasi mövzulara yol vermirik :) öncələri belə hallar olurdu saytda, ama zamanla bu barədə çox mübahisələr düşürdü səbəbiylə artıq dini, irqi, siyasi fikirləri yığışdırdıq yəni, dəstəyin üçün sağol.

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...
Sign in to follow this  

  • loading...