• Loading...
Sign in to follow this  
serverus

Ermənilərin etirafları

Recommended Posts

Ermənilərin etirafları


Türk əsgərləri ilə ermənilər arasında ilk iğtişaşı hınçakçılar təşkil etmişdilər . “ Hnçak “ partiyası liderlərindən olan Ruben Xanzad ümiddəydi ki, Avropa konsulları həyəcan siqnalı verərək “erməni məsələsi” meydana atılaraq həll ediləcək . Lakin , bu ağılsız dəli bir qəsd idi . Hacı-ağa sosialistlərinin (hınçakçıların) özləri də bu cəhdin erməni əhalisinin başına nə kimi dəhşətlərin gətirəcəyini bilirdilər . Bütöv bir xalqın taleyini belələrinə tapşırmaq gerçək bədbəxtlikdən başqa bir şey deyildi .

Leo .
“Türkiyə ermənilərinin inqilabi idealogiyası” . Paris , 1943 . 1 cild . səh 170


Daşnak höküməti qonşularla ümumi dil tapmağa , onlarla yanaşı əmin-amanlıqda yaşayıb-yaratmaq yolunu tutmağa qadir olmadı . Yumruğunu düyünləyərək aləmə meydan oxuyurdu...cılız millətçilik psixologiyasından əsla əl çəkmək istəmirdi .

Arşavir Melikyan
“Karmir Astığ” (Qızıl ulduz ). 1922 , N 74.


Azərbaycanla qonşu olmaq Ermənistan üçün başdan-başa bədbəxtlik idi . O ölkə öz milli və siyasi istəklərinə çatmaq , öz tələbləri baxımından Ermənistan respublikası üçün ölümcül təhlükə idi . Zaqafqaziyada erməni və tatar xalqları mənafeyini barışdırmaq mümkün deyil , çünki bu xalqlar öz daxili və xarici siyasətləri ilə barışmaz düşmənlər kimi qarşı-qarşıya durmuşlar .

A.Astvasatryan
“ Hayrenik “ , Boston 1966 , N 5 , səh 35 .



İfrata varmadan demək olar ki , bütün millətimizlə birlikdə qəbul etdiyimiz rus təmayülü real siyasi təfəkkürün və ya hesablamaların nəticəsi deyil , qarşısı alınmaz bir ictimai psixoz , kütləvi xəstəlik , kütləvi sərsəmlik idi .

R. Darbinyan
“Haraç” 1920 , N 119 .


Daşnaksütyunun bu təhlükəli xəstəliyi və sərsəmliyi çarəsiz dərd idi . Müəyyən qədər güc topladıqdan sonra daşnaksütyun var qüvvəsilə meydana atıldı və Qafqaz xalqlarını yandırmaqda olan alovun üzərinə neft tökməyə başladı .

B. Ananikyan .
“Daşnaksütyunun ideyası iflası “ , səh 28 .


Daşnaklar Şərqi işğal etməklə qabağa düşüb rus burjuaziyasına yol açır , onun proqramını həyata keçirir , onun yanında əsl buyruqqul rolunda çıxış edirdilər .

M. Vardanyan
“Həyat səhifələri” . 1927 . səh 18 .


24 aprel Beyrutdakı erməni kilsəsi tərəfindən genosid günü kimi elan edilməsi hamımızı dərin kədərə qərq etdi . Çox yaxın bir keçmişdə Türkiyənin xarici işlər naziri Qabriel Noradunkyan deyildimi ? İmperiya dövründə maliyyə və xəzinə naziri Hakop paşa deyildimi ? Poçt və teleqraf naziri Oskan əfəndi deyildimi ?...
Ey qafillər , siz hansı keçmişdən danışırsınız ? Biz hansı keçmişi unutmuşuq ? Keçmişdə heç bir soyqırım hadisəsi olmayıb . Dövlətin qanunlarına qarşı çıxan bütün vətəndaşlar kimi ermənilərə o zaman qanunlara uyğun olaraq bəzi cəzalar verilmişdir , vəssalam !


Hakop Keşişyan , tacir .

Biz ermənilər din qardaşlarımız olan xristianların zəhərli vədlərinə inanaraq böyük türk düvlətinə qarşı üsyan etdik , daha doğrusu vətənə xəyanət etdik ..Unutmayaq ki , türklərin düşmənləri bizim də düşmənimizdir .

Levon Dobbağyan , jurnalist

Dünya ictimaiyyəti qarşısında məmnunluqla ifadə edə bilərik ki , biz ermənilər yüz illər boyunca türklərlə qardaş kimi yaşamışıq . Adət-ənənələrimiz , yeməklərimiz ,mahnılarımız baxımından bir-birimizə o qədər qaynayıb qarışmışıq ki, sanki bir cəmiyyət olmuşduq . Türk-erməni qardaşlığı XI əsrdən başlanır.1064-cü ildə bizanslılar erməniləri qırıb çatmaq istəyəndə biz türklərin himayəsinə sığındıq , türklər bizi qorudular ..Reallıq budur ki , biz burada Türkiyədə kilsə və məktəblərimizdə hər cür mənasız kinlərdən uzaq,azad bir cəmiyyətdə yaşayırdıq ..

Torqom Stepanyan , yazıçı

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...
Sign in to follow this  

  • loading...