serverus 0 Report post Posted January 23, 2011 Ermənilərin etirafları Türk əsgərləri ilə ermənilər arasında ilk iğtişaşı hınçakçılar təşkil etmişdilər . “ Hnçak “ partiyası liderlərindən olan Ruben Xanzad ümiddəydi ki, Avropa konsulları həyəcan siqnalı verərək “erməni məsələsi” meydana atılaraq həll ediləcək . Lakin , bu ağılsız dəli bir qəsd idi . Hacı-ağa sosialistlərinin (hınçakçıların) özləri də bu cəhdin erməni əhalisinin başına nə kimi dəhşətlərin gətirəcəyini bilirdilər . Bütöv bir xalqın taleyini belələrinə tapşırmaq gerçək bədbəxtlikdən başqa bir şey deyildi . Leo . “Türkiyə ermənilərinin inqilabi idealogiyası” . Paris , 1943 . 1 cild . səh 170 Daşnak höküməti qonşularla ümumi dil tapmağa , onlarla yanaşı əmin-amanlıqda yaşayıb-yaratmaq yolunu tutmağa qadir olmadı . Yumruğunu düyünləyərək aləmə meydan oxuyurdu...cılız millətçilik psixologiyasından əsla əl çəkmək istəmirdi . Arşavir Melikyan “Karmir Astığ” (Qızıl ulduz ). 1922 , N 74. Azərbaycanla qonşu olmaq Ermənistan üçün başdan-başa bədbəxtlik idi . O ölkə öz milli və siyasi istəklərinə çatmaq , öz tələbləri baxımından Ermənistan respublikası üçün ölümcül təhlükə idi . Zaqafqaziyada erməni və tatar xalqları mənafeyini barışdırmaq mümkün deyil , çünki bu xalqlar öz daxili və xarici siyasətləri ilə barışmaz düşmənlər kimi qarşı-qarşıya durmuşlar . A.Astvasatryan “ Hayrenik “ , Boston 1966 , N 5 , səh 35 . İfrata varmadan demək olar ki , bütün millətimizlə birlikdə qəbul etdiyimiz rus təmayülü real siyasi təfəkkürün və ya hesablamaların nəticəsi deyil , qarşısı alınmaz bir ictimai psixoz , kütləvi xəstəlik , kütləvi sərsəmlik idi . R. Darbinyan “Haraç” 1920 , N 119 . Daşnaksütyunun bu təhlükəli xəstəliyi və sərsəmliyi çarəsiz dərd idi . Müəyyən qədər güc topladıqdan sonra daşnaksütyun var qüvvəsilə meydana atıldı və Qafqaz xalqlarını yandırmaqda olan alovun üzərinə neft tökməyə başladı . B. Ananikyan . “Daşnaksütyunun ideyası iflası “ , səh 28 . Daşnaklar Şərqi işğal etməklə qabağa düşüb rus burjuaziyasına yol açır , onun proqramını həyata keçirir , onun yanında əsl buyruqqul rolunda çıxış edirdilər . M. Vardanyan “Həyat səhifələri” . 1927 . səh 18 . 24 aprel Beyrutdakı erməni kilsəsi tərəfindən genosid günü kimi elan edilməsi hamımızı dərin kədərə qərq etdi . Çox yaxın bir keçmişdə Türkiyənin xarici işlər naziri Qabriel Noradunkyan deyildimi ? İmperiya dövründə maliyyə və xəzinə naziri Hakop paşa deyildimi ? Poçt və teleqraf naziri Oskan əfəndi deyildimi ?... Ey qafillər , siz hansı keçmişdən danışırsınız ? Biz hansı keçmişi unutmuşuq ? Keçmişdə heç bir soyqırım hadisəsi olmayıb . Dövlətin qanunlarına qarşı çıxan bütün vətəndaşlar kimi ermənilərə o zaman qanunlara uyğun olaraq bəzi cəzalar verilmişdir , vəssalam ! Hakop Keşişyan , tacir . Biz ermənilər din qardaşlarımız olan xristianların zəhərli vədlərinə inanaraq böyük türk düvlətinə qarşı üsyan etdik , daha doğrusu vətənə xəyanət etdik ..Unutmayaq ki , türklərin düşmənləri bizim də düşmənimizdir . Levon Dobbağyan , jurnalist Dünya ictimaiyyəti qarşısında məmnunluqla ifadə edə bilərik ki , biz ermənilər yüz illər boyunca türklərlə qardaş kimi yaşamışıq . Adət-ənənələrimiz , yeməklərimiz ,mahnılarımız baxımından bir-birimizə o qədər qaynayıb qarışmışıq ki, sanki bir cəmiyyət olmuşduq . Türk-erməni qardaşlığı XI əsrdən başlanır.1064-cü ildə bizanslılar erməniləri qırıb çatmaq istəyəndə biz türklərin himayəsinə sığındıq , türklər bizi qorudular ..Reallıq budur ki , biz burada Türkiyədə kilsə və məktəblərimizdə hər cür mənasız kinlərdən uzaq,azad bir cəmiyyətdə yaşayırdıq .. Torqom Stepanyan , yazıçı Quote Share this post Link to post Share on other sites
=== 0 Report post Posted February 26, 2012 Təşəkkürlər Quote Share this post Link to post Share on other sites
Hacker-8km 0 Report post Posted February 26, 2012 xebere gore tsk Quote Share this post Link to post Share on other sites
zeus 0 Report post Posted February 26, 2012 Təşəkkürlər... Quote Share this post Link to post Share on other sites
My-Comp yek 0 Report post Posted February 26, 2012 Təşəkkürlər... Quote Share this post Link to post Share on other sites
nurik111 0 Report post Posted February 26, 2012 Təşəkkürlər xəbərə görə Quote Share this post Link to post Share on other sites
Mubariz_bmw 0 Report post Posted February 26, 2012 InwAllah torpaqlarimizi alaciq bir gun... serverus,xebere gore sagol Quote Share this post Link to post Share on other sites
farid.93 0 Report post Posted February 26, 2012 xəbərə görə təşəkkür Quote Share this post Link to post Share on other sites
serverus 0 Report post Posted February 26, 2012 Dostlaru buyurun... Ermənilər özləri real dünyada yaşamırlar səf etdiklərini bilirlər amma düz siyasətdə aparmıllar Quote Share this post Link to post Share on other sites
ZAUR_033 0 Report post Posted February 26, 2012 serverus paylaşıma görə sağ ol Quote Share this post Link to post Share on other sites