Jump to content
Forum Windows-az.com

Argentinada Xocalı soyqırımı anılıb


My-Comp yek

Recommended Posts

2300_1.jpg


Argentinada Xocalı soyqırımının 20-ci ildönümü anılıb. Azərbaycanın Argentinadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, Buenos-Ayresdə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirə Argentinanın ictimai-siyasi dairələrinin, qanunvericilik orqanının, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, müxtəlif icma təşkilatlarının nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə Qarabağın tarixi, ermənilərin Azərbaycana köçürülməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökləri, Xocalı soyqırımı, münaqişənin nizamlanması prosesi barədə məlumat verib.

Tədbirdə Buenos-Ayresdə nəşr olunan ispandilli İRS Herencia jurnalının Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycanın ürəyi Qarabağ” adlı çapdan çıxmış xüsusi nömrəsinin təqdimatı da keçirilmişdir. Jurnalın bu nömrəsinə Qarabağın tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Xocalıya ədalət kampaniyası, Qarabağ mədəniyyəti, Qarabağ xalçaçılıq məktəbi, Şuşa zərgərlik məktəbi, Qarabağ muğam məktəbi, Qarabağ mətbəxi ilə bağlı məqalə, yazı və illüstrativ materiallar daxil olub.

Tədbir vaxtı Xocalı soyqırımı, Qarabağın tarixi və mədəniyyətinə dair sərgi və filmlər təqdim olunmuş, habelə iştirakçılara bu mövzular üzrə müxtəlif nəşriyyatlar paylanılıb.


Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...