Jump to content
Forum Windows-az.com

Assembler dilinin konstantları


===

Recommended Posts

Assembler dilində müxtəlif tip konstantalardan (sabitlərdən) istifadə olunur:

 

1. Üç say sistemindən birində verilmiş tam ədədlər:

 

- İkilik konstantalar- bunlar B və b hərfləri ilə qurtaran 0 və ya 1 ikilik ədədlər ardıcıllığıdır. Məsələn, 11000111b və ya 0001000B (ikilik sabitin təsviri).

 

- Onluq konstantalar-bunlar D və ya d hərfləri ilə qurtaran 0- dan 9–a qədər onluq rəqəmlər ardıcıllığıdır. Məsələn: 234,234D, 546d. Sadəlik üçün D və ya d simvollarından istifadə etməmək də olar.

 

- Onaltılıq konstantalar-bunlar H və ya h hərfləri ilə qurtaran 0-dan F–ə qədər onaltılıq rəqəmlər ardıcıllığıdır (0123456789ABCDEF).

 

Məsələn: 0BAH, 06AEh.

 

Birinci simvol mütləq 0-dan 9–a qədər olan rəqəmlərdən birisi olmalıdır ki, o identifikatordan fərqlənsin. Məsələn: 0BAH, 0A6AEh yazılışındakı birinci 0 simvolu verilənlərin identifikotor deyil, onaltılıq ədəd olduğunu göstərir.

 

Qeyd edək ki, mənfi onluq ədədlər proqramda adi qaydada (məsələn –56), mənfi ikilik və onaltılıq ədədlər isə tamamlayıcı kodda göstərilir.

 

Məsələn: - 89 ədədi tamalayıcı kodda 10100111b və 0A7h kimi yazılır.

 

2. Simvol və ya sətr (literal və ya sətr) konstantları - apostrof və ya dırnaq işarələri arasında yazılan istənilən simvollar ardıcıllığıdır.

 

3. Sürüşkən nöqtəli ədədlər. Intel prosessorlarında sürüşkən nöqtəli bütün əməliyyatlar, özünün məxsusi registrləri və əmrləri olan xüsusi FPU (Floating Point Unit) qurğusunun köməyi ilə aparılır. Bu qurğu əsas prosessor ilə aftonom işləyə bilir və sistemə (8087,80287,80387,80487) həmprosessor kimi qoşulur. 80486DX – dən başlayaraq bütün modellərdə həmprosessorlar əsas prosessorla birlikdə bir kristalda yerləşdirilirlər.

Link to comment
Share on other sites

Proqramlar telegramda
  • 5 ay sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...