• Loading...
Sign in to follow this  
Noname_445

Google Adsense haqqında

Recommended Posts

715a3fcefb.gif


Adsense dünyaca məşhur Google İnc şirkətinin Adwords əsaslı reklam sistemidir.Adwords-ün qısaca nə olduğunu açıqlayaraq bunu söyləyə bilərəmki,Adwords müştərilərinin reklamlarını müəyyən miqdar qarşılığında yayınlayan bir sistemdir.Yəni Adensenin qazancı Adwords-dən qaynaqlanır.
Buradan belə bir nəticəyə gəlirik ki,biz web saytımızda Adsense reklamlarını yayımlayaraq qazanc əldə edə bilərik.Bunun üçün ilk öncə Adsensedə qeydiyyatdan keçmək lazımdır.Adsense azəri dilində olan saytlardan başqa bütün müxtəlif ölkələrin web saytlarını qəbul edir.Bəs biz belə düşünəcəyik.Əğər Adsense azəri dilində olan saytları qəbul etmirsə mən nə edəcəm?Heç narahat olmayın əlbətdəki bununda yolu vardır.Bunu xəbərin sonunda sizlərə anladacam.Adsensedə əsasən qeydiyyatdan keçdikdən sonra sizin saytınızın qəbul olub olmaması haqqında məktub maximum 1 həftədən 21 günə kimi davam edir.Əbətdəki Adsensenin özünündə qaydaları vardır.Bunlardan ən əsası Adsense heç bir zaman adult,porno,mp3,forum və.s kimi saytları heç bir zaman qəbul etmir.Əgər sizin mp3 tipli saytınız varsa və burada Adsense reklamlarını yayımlamaq istəyirsinizsə bununda yolu vardır.Bunuda xəbərin sonunda sizlərə anladacam.Hələlik sizlərə Adsense haqqında məlumat verəcəm.
Bunuda unudmaq olmaz ki,əgər biz saytımızda yayımlanan reklamlardan 1 qazanırıqsa adsense 5 qazanacaq.Adsense reklamlari əsasən sizin saytınızın içinə görə dəyişilir.Əgər sizin saytınız xəbər saytıdırsa sizin saytınızda, xəbər saytlarının reklamı,müxtəlif informasiya kütlələrinin reklamı yayımlanacaq.Bu reklamlarda sizin saytınızdakı açar sözlər,yəni taglara görə dəyişəcək.Adsensede yayımlanan reklamların click dəyərlərini Adwordsdə reklam verən müştərilər tərəfindən təyin olunur.Bir clickin dəyəri 0.01 cent-dən başlayıb 50-60 dollara qədər olmaqdadır.Adsensedən ən çox otel,turizm saytları qazanır.Yəni oteller haqqında məlumat verən saytlar,hansı otelin gecəliyi nə qədərdir,ən bahalı otel hansıdır və.s otel haqqında xəbərləri yayımlayan web saytlar qazanır.Otel reklamlarının 1 click dəyəri 0.60-0.70 cent-dən başlayıb 50 dollara kimi dəyişməkdədir.Yəni sizdə otel saytları haqqında məlumat verən bir web sayt açaraq,içinə məqalalər qoyaraq və sonda otel tipli açar sözlərdən istifadə edərək Adsensedən yaxşı qazanc əldə edə bilərsiniz.Adsensedə ən çox qazandıran açar sözlər hansıdır? haqqında məqaləni yaxında sizlər üçün yazacam.
İndi isə sizlərə Adsense-dən gələn pin kod ilə hesab təsdiqləmə və ödənişlər haqqında yazacam.Deməli belə,siz Adsensedə qeydiyyatdan keçərkən ən əsas poçt indexinə və ünvana diqqət yetirməlisiniz.Çünki Adsensedə qeydiyyatdan keçdikdən və saytınız təsdiqləndikdən sonra sizə ilk öncə poçt vasitəsi ilə yaşadığınız ünvana məktub göndərirlər.Bunun içində pin kod yazılır.Bu pin kodu hesabınıza daxil olaraq yazırsınız və hesabiniz aktiv hala gəlir.Bu pin kod yerləşən məktub 2-3 həftə ərzində əlinizə keçir.Hesabınız aktiv hala gəlir dedikdə yəni sizin saytınız təsdiqləndikdən sonra,siz saytınızdan qazanmağa başlayırsınız.Sadəcə ödəməni almaq üçün sizə ilk öncə pin kod göndərilir.
Adsensedən ödəmə almaq üçün sizin balansınızda 100 dollardan artıq qazanc olmalıdır.Deyək bu ay pin kodunuz gəldi hesabınız aktiv oldu və həmdə balansınız 100 dolları keçdi.Bu halda sizin ödəməniz gələn ay tamam olmadan göndəriləcək.Azərbaycana Adsense yalnız pulu çek ilə göndərir.Çekide iki yolla bir standart çek ilə pulsuz olur və bu 2-3 həftə ərzində əlinizdə olur.Birdə güvənli DHL express ilə,bu zaman isə çekiniz 1 həftə tamam olmadan və qazandığınız puldan 15 euro tutularaq göndərilir.Bu çekidə müxtəlif banklarımıza yaxınlaşaraq pula çevirə bilərsiniz.Burada çeki banka verdiktən sonra 2 həftədən sonra gedib banka yaxınlaşaraq pulunuzu ala bilərsiniz.
Bunuda qeyd edimki Adsensede qeydiyyat zamani sizdən web saytınızın ünvanını soruşur.Burada istənilən saytı yaza bilərsiniz.Çünki sizə yalnız Adsense hesabı lazım olacaq.Saytınız təsdiqləndikdən sonra hesabınıza daxil olaraq,saytınlzdakı banner olçülərini uyğun reklamlar yaradaraq saytınızda yayımlaya bilərsiniz.Əgər sizin 3 saytınız varsa 3 saytınızda bir Adsense hesabınızdakı reklamları yayımlaya bilərsiniz.
İndi isə sizə Adsensedə hesabınız tez təsdiqlənməsi üçün Aznetdə heç kimin bilmədiyi yöntəmləri yazacam.Bəlkədə bilən var :)
1:İlk öncə googledən bir blog axtarırıq.Məs:Wordpres-in pulsuz blog servisi üzərində açılmış bir blog.Həmən blog türkcə olsa daha yaxşı olar.Sonra tapdığmız sayt daxil olaraq orada Adsense reklamınln olub olmadığını yoxlayırıq.Əgər yoxdursa təbriklər birinci mərhələ hazırdır.
2:Çex cumhuriyyətinə aid olan SEZNAM.CZ adlı bir web sayt var.Bu sayt Google ilə rəqabətdədir.Google-də bu saytdan gələn hər bir baş vurunu qəbul edir.Deməli belə,SEZNAM.CZ firmasıının mail xidməti var.İlk öncə buradan SEZNAM firmasının mail servisinə daxil oluruq.Sonra buradakı forumu google chrome girərək tərcümə edib doldura bilərsiniz.Çünki dil çex-cə olacaq.Burada formu doldurduqdan sonra,mailiniz-də bununla bərabər açmış olursunuz.Bu mailin şifrəsini və istifadəçi adını bir tərəfdə qeyd edirsiniz.Məsələn belə bir mailiniz olacaq:[email protected] mərhələni bitirdinizsə keçək əsas və sonuncu mərhələyə.
3:Ilk öncə buradan Adsense ana səhifəsinə daxil oluruq.Buradanda Şimdi kaydolun butonuna clickləyirik.Sonra birinci yerə googledə axtarıb tapdığımız saytı yazırıq.Onun altında site dilini Türkcə seçirik.Digər bölmələridə doldururuq.Sonra mail adresinə isə SEZNAM.CZ-də açdığımız maili yazırıq.Her şeyi tam doldurduqdan sonra,sondakı Bilgileri Gönder butonuna tıklayırıq.Digər gələn yerləri özünüz doldurursunuz və ya seçirsiniz və sonda başvuru forumunu göndərmiş olursunuz.Maximum 7 saat sonra sizə təbrik mesajı gələrək hesabınızın təsdiqləndiyi söylənilir.Bu yolu özüm yoxlamışam və işə yarayır.Bu öyrəttiyim yolları edərsəniz adsense hesabınız dəqiq olacaq.Çünki Adsensedə çoxlu başvurulardan dolayı digər standard yollarla məktub 1 həftəyə kimi gəlir.Budakı ya qəbul olundu yada olunmadı xəbəri ilə.Ama mənim yazdığım,tapdığım yollar isə sizin işinizi asanlaşdıracaq.

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...
Sign in to follow this  

  • loading...