• Loading...
Sign in to follow this  
Elmir_Hamidi

Sərt disk piktoqramının dəyişdirilməsi

Recommended Posts

Мой компьютер (My computer) pəncərəsini açdıqda C diskinin standart piktoqramını

143_clip_image002.jpg
görməkdən artıq bezmisinizsə onu dəyişdirməyin çox asan yolu var. Bu üsulla siz həmin piktoqramı hər hansı bir hərf, söz və ya düzəltdiyiniz iconla əvəz edə bilərsiniz.

Bu dərsimizdə mən həmin piktoqramı sadəcə "C" hərfi ilə əvəz etməklə kifayətlənəcəyəm. Bunun üçün bizə ilk növbədə C (C:\\) diskinin içərisində AUTORUN.INF və c.ico (32*32 ölçüsündə) adlı fayl yaratmaq lazımdır. Bunları yaratmaq üçün aşağıdakı ardıcılıqları diqqətlə yerinə yetirin:

1)İlk öncə C diski (C:\\) içərisində bir AUTORUN.INF adlı bir fayl yaradaq. Həmin faylı biz Блокнот (Notepad) mətn redaktoru ilə yaradacağıq. Bunun üçün Блокнот (Notepad) açılmış pəncərəsinə aşağıdakı əmrləri daxil edirik:

[autorun]

icon=c.ico

143_clip_image004.jpg

Daha sonra Файл (File) menyusuna daxil olaraq Сохранить как (Save as) bölümündən etdiyimiz dəyişiklikləri AUTORUN.INF adı altında C diskimizin (C:\\) içərisində saxlayırıq.

Artıq AUTORUN.INF faylını yaratdıq. İndi isə 32*32 ölçüsündə bir c.ico adlı bir icon hazırlayaq.

2)c.ico adlı iconu siz Photoshop, Windows-un Paint və digər rəsm redaktorları ilə vasitəsilə hazırlaya bilərsiniz. Aşağıda gördüyünüz iconu mən Photoshopda hazırlamışam.

143_clip_image006.jpg

Sonra hazırladığımız iconu C diski (C:\\) içərisində saxlamalıyıq.

Daha sonra C (C:\\) diski içərisinə daxil olub hər 2 yeni hazırladığımız faylı orada görürük. İndi isə Мой компьютер (My computer) pəncərəsinin içindəykən mausun sağ düyməsi ilə (və ya klavyaturada F5 ilə) Обновить edirik. C diskinin piktoqramının dəyişəcəyini görəcəksiniz. Əgər alınmasa onda kompüterinizi yenidən söndürüb yandırmalısınız. Eyni əməliyyatı D diski üzərində etsəniz eyni nəticəni əldə edəcəksiniz. Əldə etdiyiniz nəticə sizi qane etməsə əvvəlki vəziyyətinə qaytarmaq üçün yaratdığınız yeni faylları silib kompüterinizi RESTART etməlisiniz.

143_clip_image008.jpg

Əgər hazırladığınız AUTORUN.INF faylının görünməsini istəmirsinizsə onda həmin faylı qeyd edib mausun sağ düyməsi ilə Свойства (Properties) daxil olub Атрибуты/Attributes bölümündən Скрытый/Hidden seçmək lazımdır:

143_clip_image010.jpg

Daha sonra Сервис (Tools)> Свойства папки (Folder Options)> Вид (View) bölümündən Не показывать скрытые файлы и папки (Do not show hidden files and folders) seçilmiş olmasına diqqət yetirməyiniz lazımdır.

143_clip_image011.jpg

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...
Sign in to follow this  

  • loading...