• Loading...
Sign in to follow this  
♣♣KaRoL♣♣

Sizin Səsiniz Xocalıya kömək ola bilər.

Recommended Posts

Sizin səsiniz, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa kömək ola bilər. Əvvəla qeyd edək ki, burada iki məsələ üzrə səsvermə elan olunub. Yanvarın 23-də ilk dəfə olaraq Azərbaycan vətəndaşı Hüseyn Paşayevin Ağ Evin səhifəsində Qarabağla bağlı diqqətçəkən müraciəti olub. Məqsəd Birləşmiş Ştatların prezidenti Barak Obamanın Qarabağ münaqişəsinin həllində aktiv rol oynamağa cəlb etmək və konfliktin həlli ilə bağlı Ermənistana təzyiqlərini artırmaqdır. Əgər fevralın 23-dək 100 min azərbaycanlı bu səsverməyə qoşularsa o zaman Ağ Ev məsələ ilə bağlı Azərbaycanlı vətəndaşa rəsmi cavab verəcək. Amerika-azərbaycanlıları şəbəkəsinin rəhbəri Adil Bağırovun yaratdığı “Xocalıya səs verək” bloku isə Xocalı soyqırımını dünyaya çatdırmaq üçün bir vasitədir.

 

Amerikada yaşayan azərbaycanlılar Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində petisiya yerləşdirib. Ağ Evin rəsmi səhifəsində yer alan “biz xalqıq” (we the people) bölməsində yerləşdirilmiş petisiya faciəsinin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur. Petisiyanın müzakirəyə çıxarılması üçün ona fevralın 25-ə qədər 100 000 adamın səs verməsi lazımdır.

 

Beləliklə yanvarın 25 start verilmiş səsvermə kompaniyasında iştirak etmək üçün əməl etməli olduğumuz şərtlər bunlardır.

 

İlk öncə Ağ Evin rəsmi saytına www.whitehouse.gov internet səhifəsinə daxil oluruq.

Açılan səhifədə vi ze pipl yəni biz xalqıq yazırıq səhifəsini açırıq... Bu səhifədə isə opn petişin-mövcud petisiyaların siyahısını açırıq. Açılan siyahıdan Xocalı faciəsi ilə bağlı petisiyanı tapırıq. Bundan sonra qeydiyyatdan keçmək üçün qriit ən akaunt yəni hesab yarat düyməsini sıxırıq. Önümüzdə açılan səhifədə tələb olunan məlumatları, yəni elektron poçt ünvanımızı, ad və soyad, o cümlədən ölkə kodunu yazırıq. Bunları etdikdən sonra səsinizin qeydiyyata alınması əməliyyatı tamamlanmır. Bir neçə saniyə sonra sizin poçtanıza imeil ünvanı göndəriləcək. Həmin linkə daxil olub öz imzanızı təsdiqləyirsiniz.

 

Onu da bildirək ki, bir şəxs yalnız bir dəfə səs verə bilər. Bir neçə dəfə hesab yaratmağa və ya imza atmağa cəhd edərsə Ağ Ev qeydiyyatda olan ay pi unvanlarının istifadəsinə məhdudiyyət qoyacaq.

 

 

Videolu izah başa düşməyənlər üçün video link:

 

http://www.youtube.com/watch?v=4shtfIGmZV4

Share this post


Link to post
Share on other sites

Azərbaycan ərazisinin 20%-nin işğal altında olması, 1 milyonluq qaçqın və məcburi köçkün məsələsi Amerika Birləşmiş Ştatlarınında Ağ Evin rəsmi dövlət saytında (https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-

conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt) elektron imza toplamaq üçün səsverməyə çıxarılıb.

 

O, qeyd edib ki, 22 fevral 2013-cü il tarixinədək 100.000 nəfərin elektron imzası toplanmış olsa, Amerika Konqresi bu məsələni müzakirəyə çıxaracaq:

“Ona görə də bu məsələdə hamının aktiv olması və səs verməsi vacibdir. Hamımız çox yaxşı bilirik ki Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan torpaqlarının Ermənistan silahlılarından qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 854, 874, 884) yerinə yetirilməyib”.

 

Bu səsvermə prosesi 3 mərhələdən ibarətdir.

 

İlkin olaraq saytda “Create an account” bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Bundan sonra qeyd etdiyiniz email ünvanına daxil olub sizə göndərilən linki təsdiqləmək, təsdiqlədikdən sonra “SİGN THİS PETİTİON” düyməsini sıxaraq SƏS vermək lazımdır.

https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-r

ecognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx#thank-you=p

 

pay close attention on The Nagorno-Karabakh conflict. 20% of Azerbaijan territory was occupied by A

petitions.whitehouse.gov

The Nagorno Karabakh conflict became as one of the most tragic conflicts in the history of XX century and affected the destiny of millions Azerbaijani. As a result of Nagorno Karabakh Conflict 20% of Azerbaijan lands - Nakorno Karabakh and adjacent 7 regions were occupied by Armenian military forces...

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...
Sign in to follow this  

  • loading...