Tural Ağayev

Administrator
  • Content Count

    327
  • Joined

  • Last visited

  • Days Won

    5

Posts posted by Tural Ağayev


  1. Əsasən sayt sahiblərini maraqlandıracaq və təzə saytlar üçün məsləhətli bi məqalə yazmaq qərarına gəldim. Əvvəlcə saytın reytinqindən danışaq. Hnası reytinqlər var? Hazırda ən vacib 2 reytinq böyük rol oynayır.

     

    Google PR və Yandex TİC, Alex Rating

    Bunlar nə məna verir və bunların çox olmasının xeyri varmı? Əlbətdə bu göstəricilər böyük rol oynayır. Əgər sizin saytınızın göstəriciləri yüksəkdirsə bu o deməkdir ki saytınız axtarış sistemlərində çox indekslənir və axtarış sistemlərində sizin saytın səhifləri çoxdur və axtarışlarda saytınız öndəki cərgələrdə çıxır,təkcə axtarış sistemləri yox həmçinin digər saytlar, forumlarda vs yerlərdə sizin saytın adı yazılırsa belə bu axtarış sistemlərində sizin xeyrinizə işləyir.

     

    Yandex TİC, yandex sisteminin hazırladığı bir reytinq sistemi, deyə bilərəm ki Azərbaycan saytları və bizim dildə olan saytlar üçün elədə əlverişli deyil, indeksləmə çox aşağı səviyyədə həyata keçir, bəzən bir saytın əsas səhifəsini belə indeksləməkdə çətinlik çəkir. Əsasən rus dilli saytlar üçün nəzərdə tutulub. Buna baxmayaraq yandex Türk bazarına təzəlikcə girib, lakin bu çətinlikləri və mənfi cəhətləri aradan qaldırmayıblar.

     

    Google PR, bütün dünyada ən məşhur saytların reytinq sistemi. Ölkəmizdə PR 4-5-6 olan saytlar ən reytinqli saytlar sayıla bilər. Nəzərə alsaq ki ölkəmizdə internet istifadəçilərinin 90%-dən çoxu google.az, google.ru, google.com (eyni şeydi hamısı) axtarış sistemindən istifadə edirlər o zaman google-nin saytlar üçün nə qədər vacib olduğunu anlamaq olar.

     

    Bəs sayt təzə yaranıbsa yaxud da reytinqi çox aşağıdırsa o zaman nə etməli ki saytın səviyyəsi qalsın. Əvvəlcə onu qeyd edim ki saytınızda heç kimi maraqlandıracaq bir şey yoxdursa, bir sözlə saytınız ziblidirsə o zaman heç nə etməyə ehtiyac yoxdur, bağlayın saytı getsin)

     

    Yox əgər düşünürsünüz ki saytınız faydalı resusurla zəngindir. O zaman aşağıdakıları etmək məqsədə uyğundur.

     

    1. Başqa saytlara banner və RSS mübadiləsi edin.

    2. Saytınıza sosial şəbəkələrdə səhifələr açın və mütamadi səhifələrə nəzarət edin və yeniləyin.

    3. Mütamadi öz saytınızın adını başqa saytlarda və forumlarda yaymağa çalışın.

    4. Kataloqlarda və reytinqlərdə qeydiyyatdan keçin.

     

    5. Ən vacibi isə saytın rekalm olunmasıdır. Reklam bütün sahələrdə vacibdir o cümlədən də saytların inkişafında. Reklamın çox növü var, siz ödəniş müqabilində başqa saytlarda reklamlarınızı yerləşdirə bilərsiniz. Hər nə gəldi saytda yox, elə saytlarda yerləşdirməlisiniz ki həmin saytlar axtarış sistemləri tərəfindən ban olunmamış olsun və reytinqləri nə qədər yüksək olsa sizə də xeyirdi.

    Digər yönü isə reklam şirkətlərinin təqdim etdiyi bir reklamdır. Sizə bu rekalm haqqında danışmaq istəyirəm və tariflər haqqında. Belə ki

     

    1. İstənilən ölkələrin internet saytlarında reklam imkanı (Azərbaycan da daxil)

    - Geoip seçirsiniz (misal: Yalnız Azərbaycanda)

    - Gündəlik büdcə seçirsiniz və ya gündəlik keçid sayı (misal: 250 host)

    - Günün müəyən vaxtını seçmək imkanınız var. (misal: axşam 18:00-24:00 arası)

    - Sayta hər 1000 keçidə görə 2AZN.

     

    2. Digər bir xidmətdə isə isə ölkə seçimi olmasada qiymət daha münasibdir.

    - 1AZN - 1000 Saytda baxış sayı.

    - Sayta 30san yada 1 dəq ərzində müxtəlif şəxslər baxacaq.

     

    3. Facebook sistemidədə reklam etmək ümükündür bu zaman Face səhifəyə like-ə görə ödəniş alır. Gündəlik minumum ödəniş 5dollar təşkil edir.

     

    4. Google-də və yandex-də də reklam vermək olar amma orda reklamın səmərəli olması üçün büdcə 500azn-dən az olmamalıdır.

     

    Bir çox sistemlər mövcuddur. Ən vaciblərdindən və sınanmışlardan yazdım. Kiminsə əlavə məlumatı varsa bölüşə bilər


  2. kompüterin sönməsində ya da donmasında ola biləcək səsəblər.

     

    1. Ram-ı toz basıb, açıb pambığı spitlə isladım ramın və videokartanın girişlərini silmək.

    2. Köhnə kompüterlərdə bəzən mərkəzi prosessorda problem olur, belə ki prosessorla üzərindəki almünum blok arasında termopasta quruyur və yaxud prosessorun üstündəki kuller yaxşı soyudmur yada almünum blokun aralarını toz basıb. Qızır deyənə sönə bilər kompüter.


  3. Qeydiyyat o baxımdan demirəm.

     

    1. Orda 3 üsul var proqrama daxil olmaq üçün, sms vasitəsi ilə seçirsən.

     

    e-mail vasitəsi ilə girişdə telefonuna sms gəlir sms-i ora yazırsan.

     

    Əgər şəkildə göstərdiyin kimi problem çıxrsa belə et işləəlidir.

     

    aç kiperi

     

    не можите войте свой аккауунт

     

    раньше парол подходил

     

    далеее

     

    готов


  4. http://www.ibar.az/index.php?in=Section&run=show&id=324

    bu linkə daxil olun.orda göstərəcək necə pulu çıxarmaq lazımdır. əvvəlcə göstəildiyi kimi lazımı bölmələri doldurmalısınız.sonra banka gedib çıxartmaq laızmdı pulu.

     

     

    o ki qaldı kart məsələsinə. Siz dediyiniz netmoney kartlarıdı, azrbaycanda tətbiq olunur, mən əvvəl maraqlanmışdım hətta ofislərinə gedib qeydiyyatdan keçmişdim qiymətləri bahadı.

    50%-ini özlərinə götürürlər.

     

    vebmoney isə tamam başqa şeydi, bu internet puldu, bu pulla bir çox saytda ödəniş edə və nəsə ala bilərsiniz yada pul müqabilində nəsə sata bilərsiniz. Burda hesab sahibi olmaq üçün ilk öncə saytda qeydiyyatdan keçib atestat almaq lazımdır. sonra özünüzə pul hesabları açıb özünün proqramı ilə idarə edirsiniz.


  5. Silmək olar. Amma Bura Azərbaycan olduğu üçün düşünürəm ki 5-10 nəfər konkret paylaşımda qalmalıdır.

     

    Disk problem deyil, indi ki kompüterlərdə kifayət qədər yer var. əlavə hard disk də alıb qoymaq olar. Əsas sənin upload sürətindir ki bizdədə çox provayder uploadi endirmə sürəti ilə bərabər vermir


  6. 2. Varinatda var, bu variant daha yaxşıdır məncə.

     

    1. Torrent sayt (qeydiyyat pullu amma çox ucuz)

    2. Torrent müəlliflər (yerləşdirdikləri torrentlərə görə gəlir qazanmaq)

    3. Əsas məqsəd pulsuz keyfiyyətsiz xidmətdənsə hamının maraqlandıran və maraq dairəsində olan bir torrent saytı.


  7. Yəqin ki çaxlarınız torrent nə olduğunu bilir. Bilməyənlər üçün də deyim ki

    Torrent misal: tutaq ki bir fayldır sən onu internetdə paylaşırsan beləcə istifadəçilər həmin faylı sənin kompüterindən yükləyirlər. Təkcə sənin kompüterindən yox, eyni faylı eyni torrent ilə 100lərcə adam eyni vaxtda paylaşa və endirə bilər.

     

    Torrent, paylaşmaqdır. 1 adamlıq iş deyil, gərək azından 5-10 nəfər paylaşsın ki yükləmə keyfiyyətli və daimi olsun.

     

    Torrent saytı və ya səhifə açmaq problem deyil, nə fikirləşirsiniz windows-az istifadəçiləri. Torrent açsam kim paylaşacaq?)))

    Real dəstək olanlar varsa bu layihəni həyata keçirdək


  8. Bəzən olur ki saytda bir dəfə qeydiyyatdan keçirik və bir daha saytda daxil olmuruq.

    Həmçinində bundan öncə qeydiyyat çox sadə idi bir çox botlar qeydiyyatdan keçirdi və həmçinin istifadəçilər dəfələrlə qeydiyyatdan keçirdilər.

     

    Bütün bu bir dəfə saytda qeydiyyatdan keçən və sonra daxil olmayan istifadəçilərin hamısı bazadan silinmişdir. Hardasa 13000 istifadəçi elədi.

     

    Diqqət: Bu yalnız 2009-2010-2011 illərdə qeydiyyatdan keçən istifadəçilərə şamil olunub. Növbəti illərdə yerindən belə filtirləmə işləri aparıla bilər. Bizimlə qaldığınız üçün təşəkkürlər.


  9. kompüterindəndir.

    1. ya brauzerdəndir (nəsə nizamlamalarda etmisən)

    2. yada kompüterindən başa şeydəndir. 1ci varinat daha uyğundur. sayt tam yüklənmir ona görə belə açılır.

     

    saytda kodların düzgün göstərilməsi üçün kodlar yüklənməlidir. səndə isə tam yüklənmir


  10. 1. Səs drayverində problem var.

    2. SamDrivers və ya Driver Pack Solution drayver paket proqramlarından birini internetdən yükləyib yada hardansa tapıb onun vasitəsi ilə lazımı drayveri avtomatik qurmaq.

     

    yada Realtek High Definition - drayveri lazımdır çox güman onu da yazıb yoxlamaq olar.