Tural Ağayev

Administrator
  • Content Count

    327
  • Joined

  • Last visited

  • Days Won

    5

Posts posted by Tural Ağayev


  1. Mən Tural Ağayevdən saytı aldım və bir çox funksiyalar qoşdum ... DataLifeEngine ilə amma bir problem yarandı ... Deməli dle 10.2 üçün dle forum 2.6.1 forum lazımdır ... 

    DLE Forum 10ildir ki yenilənmir. ona görə də kodları köhnədi, demək olar php 5.5də işləmir çoxlu səhvlər verir. Ən yaxşısı dle -ilə başqa forumların inteqrasiyasından istifadə elə. misal üçün bizim saytda dle + ipboard


  2. Salam hörmətli istifadəçilərimiz. Bəzilərimiz isə haqlı olaraq reklamlardan can qurtarmaq üçün əlavə vasitələrdən istifadə edirik. Saytın əsas gəlirinin reklamlardan (kliklərdən) olduğunu nəzərə alsaq xahiş edirik bizim saytı istisna saytların siyahısına əlavə edəsiniz və saytdan əvvəl ki kimi rahat faydalanasınız.

     

    Saytımızı AdBlock proqramından çıxarmaq üçün aşağıdakı şəkillərdəki kimi Brauzerin sağ kənarındakı AdBlock proqramda bizim saytda söndürmək lazımdır.

     

     

    Без-имени-1.jpg

    Без-имени-2.jpg

    Без-имени-3.jpg


  3. CUSTOM-2.TPL

    CUSTOM-3.TPL

     

    bunlar xəbərin görünməsi ilə bağlı olan kodlardır.

     

    Aşağıdakı kodun açıqlaması belədir:

    {custom category="1" template="manseticerik" from="0" limit="12" cache="NO" order="DESC"}

     

    category="1" - 1ci bölməyə qoyulan xəbərləri çıxartsın.

    template="manseticerik" - manseticerik.tpl faylından oxusun

    from="0" - 0cı xəbərdən göstərməyə başlasın

    limit="12" - maksimum 12 xəbər çıxsın

    cache="NO" - keş (yes - no) - hazırda blok keşlənmir

    order="DESC" - sıralanma tarixə görə gedsin

     

    daha ətralı məlumat üçün skripti yükləyəndə istifadə qaydasına baxın. bunlar haqqında məlumat var.


  4. Əsən olsun, dostlar. Saytda bele bir problemlə üzləşmişəm ki, öz saytıma xəbər əlavə edəndə hansı bölməyə xəbər əlavə edirəmsə, o xəbər saytın əsas xəbər lentində görsənmir, amma xəbər əlavə etdiyim bölmə ilə yanaşı manşet bölməsin də əlavə edəndə görsənir. Bir az da dəqiq belə deyim ki, məsələn saytda  manşet, Qarabağ, idman, təhsil, mədəniyyət və digər bölmələr var. Deyək ki, Qarabağ və ya  təhsil bölməsinə xəbər əlavə edəndə həmin xəbər saytda əsas səhifədə görsənmir, yalnızca əlavə etdiyim bölmənin səhifəsində görsənir. Amma xəbəri Qarabağ bölməsinə əlavə edib Qarabağ bölməsi ilə  birgə manşet bölməsin də seçəndə o zaman əsas səhifədə xəbər lentində görsənir. İndi necə edə bilərəm ki, xəbər əlavə edəndə hansı bölməyə əlavə etsəm, elə birbaşa əsas səhifədə xəbər  lentində də görsənsin.

    Deməli saytın dle-dirsə əsas çıxan xəbərlərə {content} teqi cavabdehdir. Amm sizdə görünən odur ki {custom category="1,2,4,5" ..} teqindən istifadə olunub. rəqəmlər bölmələrin id nömrələridir. şablonu açmalısınız və dediyim custom teqi tapmalısınız və hansı bölmədən xəbərlər çıxsın deyənə ora həmin bölmənin id-lərini vergül ilə ayırmaqla yazmalısınız


  5. Bu tip sayt üçün sizə aylıq ödənişi 100-150avro olan 4tb-lıq 1və ya bir neçə server almalısınız.

     

    depositfiles, letitbit, turbobit kimi saytların qurulması - 1000-1500 manat arası edir.

     

    share , boxca kimi saytların skriptləri pulsuz internetdə var.


  6. Vaxtınız xeyir.Əvvəla Tural Ağayevin yazılarına münasibət bildirəcəyəm.

    -Cənab Ağayev!

    1)Bizdən qrammatik səhv aşkar etməkdənsə , ən azı qrammatika sözünün yazılmasını öyrənin.Qramatika deyil-Qrammatika yazılmalıdır!

    2)Ona nəzərə deyil, Ona nəzərəN yazılmalıdır.

    3)O səhv Qrammatik deyil, Orfoqrafikdir!

    4)Bizdə deyil, Biz də yazılmalıdır.Ədat aid olduğu sözdən ayrı yazılır.

    5) İsmarıclarınızda demək olar ki, düz yazılan söz yoxdur.Həqiqətən qrammatikadan olan bilikləriniz çox yüksəkdir.

    6)Mən bilik nümayişinə gəlməmişəm.Biliyim 10 nəfərin 5-dən az da olsa yüksəkdir.

    7)Səhvləri öncə özümüzdə axtaraq!Erotik teqlər sayta havadan diffuziya etməyib!Bu və ya digər halda məsuliyyəti siz daşıyırsınız!Qrammatik səhvlər tapmaq əvəzinə bunlarla məşğul olun.Hər halda söhbət erotik teqlərin yazılmasındakı qrammatik (?!) səhvlərdən getmir!

    5)Digər səhvlərinizi demirəm, çünki savadın yüksək olması müzakirə etalonu deyil!

    6)Söhbət tam olaraq virusdan getmir.İp gizlətməklə bağlı bütün proqramlar demək olar ki işləmir.

    Accountant sizə hörmətim var! Lakin müəyyən qüsurları qeyd etməliyəm.Sizin yazınıza axşam saatlarında ayrı münasibət bildirəcəyəm, hazırda əlimdə görüləsi əhəmiyyətli işlər var. Lütfən mövzunu bağlamayın.

    Elvin Məlikov, Karbon və Tanner sizlə razıyam qeyd etdiyiniz qüsurlar mənə aiddir.Hövsələsiz davrandım.Əməyinizi ,əlbəttə, yüksək qiymətləndirirəm sıradan istifadəçi kimi.

    Lakin Accountantın fikirlərinə axşam saatlarında münasibət bildirəcəyəm.

     

    Qrammatik, Leksik, Orfoqrafik səhvlərə yol verməyin. Yuxarıdakı yazıda Azərbaycan şirftlərindən istifadə etməmisiniz. Baxmayaraq ki sizə və saytdakılara dəfələrlə xəbərdarlıq olunub. Əgər sizin telefonunuzda Azərbaycan şriftləri yoxdursa bu bizim problem deyil. Qaydalara riayət etməyən istifadəçilər cəzalandırılır.

    Havadan diffuziya etməyib, mən yazmışam və saytda hara nə yazılacağını kiminləsə müzakirə etmək fikrimiz yoxdur.

    İp gizlətmək proqramlarının bizimlə əlaqəsi yoxdur. Bu proqramların açarları 30-50dollar arası dəyişir. Biz ckrack veriyalarını təqdim edirik. Bizdə sizdə qeyri leqal yollardan istifadə edirik. Məsuliyyət hissi hamıda var.


  7. Saytda nəyin harda yazılması göstərişlərini mən verirəm. Əgər açar söz olaraq başqa şey yazılıbsa demmək belə lazım imiş, sadəcə axtarış hissəsində qalmışdı (buna görə üzürlü saytın) onuda yığışdırdıq. O ki qaldı torrent yükləyəndə skachay saytına keçir, fikir versəniz artıq 1 aydan çoxdur ki bununda qarşısını almışıq.

     

    Həmçinin saytın adminləri sizin üçün əziyyət çəkir, minnətdarlıq qarşılığı belə olmamlıdır.