Tural Ağayev

Administrator
  • Content Count

    327
  • Joined

  • Last visited

  • Days Won

    5

Posts posted by Tural Ağayev


  1. Hörmətli saytımızın administratorları, redaktorları, jurnalistləri və xəbər yerləşdirməkdə həvəsi olan şəxslər.

     

    Bu aydan başlayaraq hər ayın sonu aktiv olan üzvlərimizə xidmət haqqı olaraq VMZ göndəriləcək. VMZ-in (pul) həcmi istifadəçinin aktivliyindən və büdcədən asılı olacaq.

     

    Əsas şərtlər.

    - Xəbərləri saytda düzgün yerləşdirmək və redaktə etmək.

    - Forumda istifadəçilərə yardımçı olmaq.

     

    Hər ayın sonunda məlumat burada yazılacaq.


  2. Saytın menyusuna zəruri olan yeni bölmələr əlavə edildi (düzəliş edildi). Kiminsə təklifi və ya əlavəsi varsa. buyursun.

     

    Mətn bölməsinə:

    PDF tətbiqləri

     

    Sistem proqramları bölməsinə:

    Sazlama və optimallaşdırma

    Statistika və monitorinq

    Bərpa və ehtiyyatlama

    WPI və proqramlar toplusu

     

    Multimediya bölməsinə:

    Audio tətbiqləri və redaktorları

    Video tətbiqləri və redaktorları

     

     

    Mətn bölməsinə:

    Mətn redaktorları

     


  3. Salam saytın istifadəçiləri. Artıq yükləmələr öz saytımızdan olduğu zamandan proqramların köhnə versiyalarını, işləməyən linklərini, təkrarlarını silirik. Bu o demək deyil ki köhnə versiyaları olmayacaq. Əksinə olacaq yalnızca bir xəbərin içində. yəni bir proqram universal olacaq, hər dəfə yeni versiyası çıxdıqda köhnəsini redaktə edib yenidən paylaşılacaq. köhnə versiya likləridə həmçinin qalacaq (Öz saytımızdan olan).

     

    Artıq 1500dən artıq köhnə xəbərlərə əl gəzdirilib. Qarşıda hardasa 1000-2000 xəbərədə əl gəzdirdikdən sonra sayt hardasa istədiyimizə yaxın vəziyyətə gələcək.

     

    Məqsədimiz nədir?

    1. Eyni proqramdan çoxlu xəbər kimi yerləşdirilib sonra redaktə etməkdə çətin idi, bundan sonra hər proqrama aid bir xəbər olacaq və problem olduqda həmin proqramı rahat tapıb redaktə ediləcək.

    2. Axtarış rahatlaşacaq, istifadəçi proqramların arasında çaşbaş qalmayacaq, axtardığı proqramı rahat tapa biləcək və istədiyi versiyanı həmin xəbərdən seçib yükləcək.

    3. Beləcə şikayətlərdə az olacaq və administratorlar çoxlu şikayətlərin arasında qalmayacaq.

    4. Xəbərlər stabil qaldığından, bölmə seçimi, haqqında məlumat, şəkilləri, açar sözləri qaydasında olacaq.

    5. Xəbərlərin linkləri sabit qalacaq və axtarış sistemlərində məşhurlaşacaq və saytımız birinci sıralarda çıxacaq, yəni bir proqramın adını yazıb axtardıqda bizim sayt ilk sıralarda çıxacaq.

    6. Yükləmələr öz saytımızdan olacaq, hazırda saytın bazası 50gb-a yaxınlaşmaqdadır, tezliklə daha böyük serverə keçəcəyik və 1-2-3GB-lıq faylları belə saytımızdan yükləmək olacaq.

     

     

    Saytımız 8 ildən artıqdır ki fəaliyyət göstərir və bu müddət ərzində yalnızca istifadəçiləri öz dilimizdə xidmət göstərmək lazımı resurslara tez çatdırmaq kimi vəzifələr daşımışıq. 

    Çoxlu istifadəçilərimiz saytda özlərini təkminləşdirrərək administrator səviyyələrinə yüksəlmişdir, əlbətdə saytın adminlərinin saytımızın bu səviyyəyə çatmasında böyük əməyi var, onlarada təşəkkürümü bildirirəm.

    Gələcəkdə saytın reytinqi və istifadəçi potensiyalı artdıqca saytda real kompnaiyaların keçirilməsi nəzərdə tutulur.

     

    İstifadəçilər saytda aktiv olmaları ilə yanaşı öz təkliflərinidə verə bilərlər.

    - Misal üçün sayta hansı bölmə və alt bölmələr çatışmır?, tutaq ki siz hansısa kontent üzrə proqram axtarırsınız amma həmin proqramlara aid bölmə tapa bilmirsiniz.

    - Saytla bağlı hansısa real təklif verə bilərsiniz (əyləncə tipli şeylərə üstünlük az verilir)

    - Yaxund hansısa başqa mövzuda vs. 

     

     


  4. Dünən saytın bazasının ut8 sisteminə keçirilməsi ilə bağlı sayt bir müddət işləmədi. Hazırda hər şey qaydasındadır.

     

    Qeyd edim ki əvvəl saytın bazası cp1251 kodlaşmasında idi və saytımıza rus dilində xəbərlər qoya bilmirdik, (rus şriftləri düzgün olmayan kodlaşma üzündən düzgün açmırdı). Hazırda isə rus dilində xəbər yerləşdirmək başlıq yazmaq vs rahat həyata keçirmək olar.

    Həmçinin forum başqa kodlaşmada syat başqa kodlaşmada idi, və Azərbaycan şriftlərindən istifadə etdikdə login-də səhv göstərirdi. İndi bu məsələ aradan qaldırılıb.

     

    Səhvlər:

    - Saytın köhnə xəbərlərində, köhnə teqlərdə və bəzi userlərin adlarında problemlər qala bilər. Bunun üçün zəhmət olmasa mənimlə və ya digər adminlərlə əlaqə saxlayın çünki logini yalnız idarə panelindən dəyişmək mümkündür. Ümid edirəm daha problemlər yaşanmayacaq.


  5. Hörmətli adminlər və saytımızın digər üzvləri. Bəzi məsələlərə qaydınlıq gətirmək istədim. Belə ki saytımızda fayl yükləmə limitini 100MB qoymuşuq.

    - 100MB olan bütün oyun proqram vs yükləmələri yalnızca saytımıza yükləyib linkini yerləşdirməniz xahiş (tələB) olunur. 100MB-dan böyük olan faylları torrent (boxca,share) yükləmək olar. Hələ ki.

    - Eyni proqramın yeni versiyası çıxdıqda, yeni xəbər kimi əlavə etmək yox saytdakı köhnəsini tapıb redaktə edib (köhnə linkini saxlamaqla) yeni formada yerləşdirmək lazımdır.

     

     

    Yuxarıda sadalananlara əməl etmək vacibdir, beləki hazırda bir proqramdan saytda çoxlu var və çoxsuda işləmir. Həm sayı azaldıb universal bir xəbər imi etmək həmdə işləməyən linklərdən qurtulmaq məqsəd qoyulub.

     

    Misal üçün kim anlamadısa _rsload.net saytına baxa bilər. Yəni biz o variantı özümüzdə tətbiq etmək istəyik. 


  6. SALAM sayt heyyəti saytımız və Forumumuz artıq yeniləndi bu forum IPB yəni ipboard sistemi üzərində hazırlanıb Tural qardaş saytın yenidən son versiyaya update edilməsində böyük əziyyət çəkib və üstəlik forumda heç bir mövzular itməsin deyə köhnə forumu yeni İPB sisteminə konvert ettirmişik bunların hamısını təmənnasız olaraq Tural qardaş öz cibindən xərc çəkib edib . Sizlərdən xahişimiz bizim sizə təmənnasız göstərdiyimiz xidmətin qarşılığında azda olsa hörmət bəsləməyinizdir. Qaydalarımız və heyyətimizdə də dəyişiklik olunacaq axşama yeni qaydalar və yeni heyyətin adları açıqlanacaq.

     

    Diqqətinizə görə minnətdarıq...windows-az.com Administrasiya heyyəti

    :rolleyes:  hamımıza işlərimizdə uğurlar. 


  7. Xoş gördük əziz istifadəçilər və saytın redaktor heyyəti. Bu gündən saytda yeni qərar qəbul olunub. Belə ki artıq 50MB həcmində olan yükləmələr saytımızın öz bazasına yüklənəcək və maksimum yükləmə ilə rahat yüklənmə təmin edəcək.

    Hələlik yalnız 50mb-ta qədər faylları sayta yükləməyə icazə var.

     

    Əsas bir qeydimiz var. Bu xəbər yerləşdirənlər üçündür.

    Misal üçün saytda opera proqramı haqqında xəbərlər var. mis:

    Opera 12.1

    Opera 13.8 Full

    Opera 20.5 Repcak

    Opera 28.2

    vs.

     

    Artıq saytdan yükləmə sisteminə keçəndə Opera proqramından hər dəfə yeni xəbər əlavə etmək lazım deyil. Bütün köhnə xəbərləri birləşdirib (hansının məlumatı, açıqlaması daha yaxşıdırsa daha çoxdursa onu istifadə etmək, əlavə yenilikləri qeyd etmək) bir

    Opera 28.2 adı ilə saxlamaq. Köhnə linklərini xəbərdə köhnə linklərlə vermək olar. Amma əsas təzə link olacaq.

    Belədə həmdə bir proqramdan çoxlu olmayacaq, hər dəfə təzə şəkil yüklənməyəcək, əlavə xəbərlər yer tutmayacaq və ən əsası istifadəçi eyni proqramın versiyaları arasında çaşbaş qalmayacaq.

    Redaktə zamanı yada yeni versiyası çıxdıqda həmin xəbəri açın tarixini və məlumatlarını yeniləyib yenidən paylaşmaq lazım gələcək.

     

    Qeyd. Forumun köçürülmə prosesi artıq başlayıb. Bu ay ərzində yeni forumla tanış olacağınızı söz verirəm))


  8. Salam dəyərli dostlar. Sizlərə yeni layihəmizi təqdim etmək (müzakirə etmək) istəyirəm.

     

    Saytımız: http://iselanlari.az adlanır.

    Adından da göründüyü kimi sayt iş elanlarının yerləşdirilməsi üçün nəzərdə tutulub.

    Ümid edirəm ki istifadəçilərin ürəyincə olar.

    Vaxtın azlığı ilə əlaqədar olaraq saytı ərsəyə gətirilməsində çətinliklər yaranır.

    Hazırda yalnız elan yerləşdirmək olur. Lakin yaxın vaxtlarda CV-ləri də saytımızda görə biləcəyik.

     

    windows-az.com

    buludhost.com

    layihələrindən sonra

    iselanlari.az

    daha sonra isə bir çox proqramçı və dizayner üçün maraqlı olan

    proqram.pro saytını istifadəçilərə təqdim edəcəyik.

     

    İşelanları.az - Saytında işləmək, sayta nəzarət, elanlara düzəliş etmək, yerləşdirmək (sayta qoyulmuşları aktiv etmək), saytın reytinqinin artmasına yardımçı olmaq, başqa saytlara mübadilə vs həvəsi olanlar müraciət edə bilər. Yalnız Bizim saytda reytinqi olan istifadəçilərə şamil edilir. (mən yalnızca saytın dizayn işlərinə və reytinqinə baxacam - qalan işlər adminlikdi)

     

    PS. Bilirəm deyirsiniz ki saytın dizaynı köhnədi, forum köhnədi.

    1. Forumu dle forum 2.6.1 -də qurmuşuq. 2011-ci ildəndə həmin forum yenilənmir. Başqa foruma keçmək üçün məlumatların köçürülməsi üçün konverter yazılmalıdı. Buda çoxlu əziyyət və vaxt tələb edir.

    2. Saytın özü dle 9.7-də yığılıb. Əgər yenilənəcəksə sistemidə yeniləmək lazımdı (effektli olması üçün) Bu zaman isə saytda çoxlu modullar (torrent vs) qurulub. Yeni versiyalarda işləməyə bilər. Ona görə. Hələ bir müddət gözləyirəm ki yaxşı seçim (variant) düşəndə fəaliyyətə başlayacağıq.

    Hər birinizə saytda dəstəyinizə görə təşəkkürümü bildirirəm.


  9. Salam dostlar. Mənə estrada müğənillərindən və digər müşənnilərdən şən mahnılar albomları laızmdı. internetdə olanlar köhnədir çoxu. özümdə var 2012-2013cü illərə aiddir biraz köhnədir. təzə mahnılar kimdə var paylaşısın bizlərlə. Çox sağ olun