Tural Ağayev

Administrator
  • Content Count

    327
  • Joined

  • Last visited

  • Days Won

    5

Posts posted by Tural Ağayev


  1. Faylı Winrar proqramı ilə sıxdıqda istədiyin ölçü verə bilər və istədiyin qədər hissəyə bölə bilərsən.

    Misal üçün proqram 7GB-dırsa, Onu arxivləşdirəndə 2 dənə 3.5gb-lıq arxivə çevirə bilərsən.

     

    Sonra açandada arxivləri bir yerə atıb 1ci açıb, avtomatik o birilərdə açılacaq.

     

    Amma .exe şəklində faylı olduğu kimi bölmək eşitməmişəm.

     

    UltraIso-dada faylı hissələr bölmək olur, baxmaq lazımdır.


  2. Kamranla razyıyam. Adam hərdən ağıldan o yana keçmək istəyir)) Amma göstərilən sadəcə videodur, proqram özü isə boş şeydir. Ümumiyyətlə telefonun özündə belə bir funksiya olmyandan sonra ora nə yazırsan yaz. hətta jar formatında gülüncdür.

     

    paypal-da qeyiyyatdan keçirsən kredit kartının göstəricilərini daxil edirsən. ödənişləri sonra paypal kodun vasitəsi ilə ödəyirsən (birbaşa kartından pul çıxılır amma təhlükəsiz şəkildə)

     

    o ki qaldı azərbaycana bizim ölkəyə pul göndəilməsi sistemi dəstəkləmir. yoxsa hamı qoşardı


  3. Qaqam proqram saytı necə olmalıdır ki bəs? Bizdə sırf proqram saytı deyil. Həm proqramdı həm də dəstək xidməti var.

     

    O ki qaldı userlərin proqram ahzırlamasına. Arada olanda onlarda qoyulur, həmdə proqram hazırlamaq asand iş deyil, o ki azərbaycanda kiminsə hazırladığı proqrama dəyər verilmədiyini düşündükdə

     

    Sırf proqram saytlarıda var. misal üün byte.az dostum üçün hazırlamışam, oda proqramlarını qoyub. Kimsə əziyyətlə hazırladığı proqramı sənə pulsuz verməyəcək.

    Əgər proqramı crackı ilə birgə yükləyirsənsə bu decoderlərin və biz paylaşanların səyi ilə olur.


  4. kamran, yaxşı sözlərdir, bu gün boxca-da reklam vermək üçün danışdım 100manata 200 000 baxış deyir, 200 000 baxış onlarda yarım günə olur. belə çıxır ki yarım günlük baxış üçün o qədər pul ödəməlisən.

     

    Onsuzda reklamın az olduğu bu internet məkanında, qiyməti belə baha etməyin mənasız olduğunu düşünürəm. Qiymət baha olsub 1-2 nəfər reklam verməkdənsə (çox vaxt heç o da olmur) biraz ucuz olsa xeyli adam reklamını edək. Bu baxımdan biz hələ nə rus nədə türklərə çatmamışıq


  5. Kamran Məqsəd xal toplamaq yada paylaşmaqdan getmir.

     

    Lap edə bilərik ki istifadəçi hansısa qrupa keçmək üçün sorğuya görə xalsızda etmək olar.

     

    Əsas məqsəd, bəzən əktiv istifadəçilər statusdan kənar qalır, onlar üçün nəzərdə tutulub ki özləri yüksək status almaq üçün adminə müraciət göndərsinlər.

     

    2.sidə eyni dərəcəli statuslar amma adları baqa olmaq şərti ilə olacaq ki maraqlı olsun istifadəçilərə.

     

    3. yalnızca admin qəbul edəcək sorğuları, çünki hamı qəbul etsə, aləm qarışar bir-birnə


  6. Sayt Statusları: (sayt yönlü) Forum Statusları: (forum yönlü)

     

    1. Sayt Vitse-Admin 1. Forum Vitse-Admin

    2. Sayt Redaktoru 2. Forum Redaktoru

    3. Sayt Aspirantı 3. Forum Aspirantı

     

     

    Mərkəzi Statuslar: (general-həm sayt həm forum yönlü)

     

    1. Administrator

    2. Baş Redaktor

    3. Jurnalist

     

     

    Universal Statuslar: (Aktiv iştirakçılar üçün nəzərdə tutulmuş statuslar)

     

    1. Windows TEAM

    2. V.İ.P İstifadəçi

    3. Gold İstifadəçi

    4. Aktiv İstifadəçi

    5. Soft Proqramçı

    6. Web Proqramçı

    7. Dizayner

     

     

    1. İsitfadəçi (adi user)

     

    Salam Əziz istifadəçilərimiz. Mənim ağlıma belə bir şey gəldi, daha doğrusu statuslar.

    İlk öncə qeyd edim ki sayda aktiv olanlara sayt yönlü, forumda aktiv olanlara isə forum yönlü statuslar veriləcək. (lap yuxarıda ki kimi)

     

    Həm saytda həm forumda aktiv olanlara isə mərkəzi statuslar veriləcək. (general statuslar)

     

    Adi istifadəçilər üçün isə maraqlı olması üçün 10-15 eyni səviyyəli statuslar veriləcək. Bu statuslar adi istifadəçidən bəzi üstün cəhətləri olacaq.

     

    --------------------------------------------------------------------------------

    ----------------

     

    İstifadəçi istədiyi qrupa keçə biləcək. bunun üçün.

    1. Həmin qrupa keçmək üçün lazımı xalı toplamalı olacaq. xallar qrupların dərəcələrinə görə fərqlənəcək.

    2. yığdığı xalla (xallarım bölməsindən adminə sorğu göndərəcək və admin həmin qrupa laiq olub-olmadğını yoxladıqdan sonra ya aktiv yada rədd cavabı verəcək.

     

    - Burda məqsəd aktiv istifadəçilər çox olduğundan bəzən onlar statusdan kənar qalır, yəni hamıya nəzarət etmək olmur. Onlar özləri adminə (mən də varam) - məndə bu yerə iddialıyam sorğu göndərəcəklər. Uyğun bilindiyi halda yuxarıdan göstərilən statuslardan birinə keçiriləcək.

     

    misal üçün universal statuslardan birinə keçmək üçün 100-200 xal lazım gəlindiyi halda

    daha yaxşı statusa iddialı olan istifadəçi

    Forum aspirantı olmaq istəyirsə artıq 1000-2000 xalından keçəsi olacaq.

     

    indi burda belə bir nüansda var. Hamı başlayacaq yazıb doldurmağa ki xalı çoxalsın. Qeyd edim ki özüm demək olar ki çox vaxt saytda oluram və statistikada var. Girib həmin istifadəçinin keçmiş yazılarına baxılacaq. Əgər mənasız yazılarla keçmişi doludursa həmin istifadəçiyə razılıq verilməyəcək.

     

     

    Sonda bu siyahıya kimin əlavə və dəyişiklik və ya təklifləri varsa yazsın müzakirə edək)


  7. Hörmətli xəbər yerləşdirən müəlliflər. Son vaxtlar yeni müəlliflər yeni xəbərlər yerləşdirsələrdə çoxlu problemlər olur.

     

    1. Xəbərin qısa və tam mətnində xəbərin şəkili və haqqında məlumat yazılmalıdır.

     

    Diqqət: Şəkillər yalnızca bizim serverə yüklənməlidir, keyfiyyətli və logosuz olmalıdır.

     

    Diqqət: Son vaxtlar xəbər haqqında məlumatlar çox mənasız və yararsız şəkildə yazılır, tərcümə olunur vəya heç tərcümə olunmuş.

     

    Diqqət: Torrent linklər ancaq şəkil yüklənilən yerdən sayta yüklənməli və tam xəbər olan hissəyə kodu qoyulmalıdır.

     

    Bu vacib 3 şərti yerinə yetirməyən istifadəçilər xəbərlərinin aktiv olunacağını gözləməsinlər)


  8. Hörmətli istifadəçilər saytda qeydiyyat artıq ödənişlidir. Yeni qeydiyyatdan keçmək istəyənlər SMS vasitəsi ilə ödəniş etməli olacaqlar.

     

    Qeydiyyatı olmayan istifadəçilər isə proqramları yükləyə bilməyəcəklər(((

    Artıq qeydiyyatdan keçmiş istifadəçiləri reklamlar narahat etməyəcək)))

     

    Digər imkanlar haqqında növbəti günlərdə məlumat veriləcək.




  9. Modulun dəyəri:
    - Satışı (dəstək yaradılacaq): 35 AZN
    - Satışı və quraşdırılması (dəstək yaradılacaq): 45 AZN
    - Təkcə quraşdırılması: 25 AZN
    - 2ci dəfə eyni müştəri üçün quraşdılması: 15 AZN
    - Saytın dizaynına tam uyğunlaşdırılması: Əlavə 10 AZN

    Qeyd: Qeyd edim ki modulun özünün original dəyəri 65dollardır və 1ildən çoxdur ki satışdan çıxardılıb. İnternetdə olan versiyalarda isə çoxlu açıqlar, problemlər və anlaşmamazlıqlar var.

    Əlaqə üçün:
    055 463 25 56
    055 621 45 66 (Tural Ağayev)
    e-mail: [email protected]
    skype: admincik55

    2.jpg

    4.jpg

    5.jpg

    7.jpg

    8.jpg

    10.jpg

    12.jpg