Tural Ağayev

Administrator
  • Content Count

    327
  • Joined

  • Last visited

  • Days Won

    5

Posts posted by Tural Ağayev


  1. Salam xoş gördük əziz və dəyərli istifadəçilərimiz. Yəqin bilirsiniz ki böyük saytları saxlamaq əziyyət və çətinliklər bahasına başa gəlir. Saytımız yaranandan 5 il ərzində indiyə kimi yalnız istifadəçilərimizə yardımçı olmaq və onların internet texnologiyalarında yaşadıqları çətinliklərdə köməkçi olmağı əsas prioritet olaraq nəzərimizdə tutmuşuq. Ümid edirik ki bu müddət ərzində sizlərə az da olsa köməyimiz dəyə bilibSaytımızın daha da inkişaf etməsi, daim yenilənməsi, yeniliklərin olmasına yardımçı olmaq üçün "Sayta yardım layihəsi" yaratdıq.

     

    Məbləğindən asılı olmayaraq edəcəyiniz hər bir yardım üçün təşəkkürümüzü bildiririk. Edəcəyiniz yardımdan sonra bu mövzuda bizə bildirməniz xahiş olunur..

     

    Bizim hesblarımız:

     

    1. Webmoney ilə birbaşa öz hesabınızdan aşağıdakı hesablara köçürmə edə bilərsiniz.

    R417834413414

    Z406345120598

     

    2. Əgər Master CARD və ya Visa Electron kartla yardım etmək istəyirsinizsə o zaman aşağıdakı kimi etmək lazımdır.

     

    a) http://obmenov.com/ - saytına daxil oluruq. Qeyd edim ki burada minimal köçürmə 5dollar (5USD) təşkil edir.

    Şəkildəki kimi MasterCard Visa USD seçirik (əgər sizin kartınızın valyutası AZNlə olsada fərq etməz)

    Və hansı valyutaya pul köçürəcəyiksə həmin valyutanı seçirik. Burada Webmoney WMZ və ya Webmoney WMR seçə bilərsiniz. Seçdikdən sonra Обменять düyməsini vururuq.

     

     

    Bunları yazdıqdan sonra məlumatın dəqiqliyini yoxlmaq üçün " Проверка " düyməsini vurub yoxlaya bilərsiniz.

    Daha sonra qaydaları qəbul edib ДАЛЕЕ» vurun.

     

    c) Bundan sonra yeni pəncərə açılacaq və o pəncərədə siz kartınızın göstəricilərini qeyd etməlisiniz.

    Номер карты: Kartınızın üzərindəki 16 rəqəmli kod

    MM/QQ: Kartınızın üzərindəki bitmə tarixini qeyd edin (misal üçün 11/13)

    CVV: Kartın arxasındakı 3 rəqəmli kod

     


  2. adi halda Məlumat kimi yazdıqda faylın formatından asılı olaraq yaddaş kimi yazacaq və kompüterdə videodursa video proqramı ilə vs kimi açmaq olacaq.

     

    Yox əgər sırf mp3, video birbaşa oxutmaq üçün lazımdırsa onun üçün məlumat kimi yazılmır. Neroda onların hərəsinin öz bölməsi var.

     

    Neronun son versiyalarından yaz və Start Smart


  3. Xəbərlər öz bölmələrinə düşür lakin əsas səhifədəki slayda düşmür. Yəqin düz başa düşdüm.

     

    main.tpl faylını açın. Slayder olan yerin kodunda göstərilib ki ancaq informasiya (tutaq ki onun İD=1) bölməsinin xəbərləri görsənsiz.

     

    Siz onu dəyişib istədiyiniz bölmədən çıxmasını edə bilərsiniz. misal üçün: category=\"1,2,5,7\"


  4. Webmoney hesabında (dollar və ya rubl) pulu olanlar amma yararlana bilməyənlər üçün 5% xidmət haqqı ilə alıram.

    Ödəniş mərkəzi bankın məzənnəsinə uyğun olaraq AZN ilə veriləcək. Maraqlananlar əlaqə salxasınlar.

    Minimum qəbul olunan məbləğ 25$-dır.

     

    Əlaqə məlumatları və maraqlananlar üçün:

     

    e-mail: [email protected]

    skype: admincik55

    phone: +994 55 621 45 66


  5. Saytımızda qeydiyyatdan keçən zaman və istifadəçilər öz profillərini yeniləyən zaman ad günlərini qeyd edə biləcəklər. Və uyğun olaraq ana səhifədə ad günü olanlar görünəcək. Zəhmət olmasa istifadəçilər ad günlərini profillərində qeyd etsinlər.

     

    Hər hansı çətinlik və ya sual yaranarsa bildirin. Bu modulu heç harda tapmadım, özüm yazmışam. Satışa qoyacam.Kim istəsə ala bilər.


  6. Xos gorduk. Komputerde usb-ye geden qabelleri ola bilsin sehv taxmisdim. Sonra Xarici HDD usb ile taxdim, isigi yandi amma firlanmadi. Ondan sonra hansi komputerde yoxlayiram eyni seydi. Isigi yanir amma hec bir reaksiya yoxdur. Komputerdede Tv-dede yoxladim hec ne bas vermir.

     

    Indi kimin bu haqda fikri varsa zehmet olmasa bolusdun/

    Birde hdd temir ede bilen usta taniyan varsa desin. Komeye ehtiyac var(((


  7. Bu funksiya \"simvol\" qiymətini $array1 massivinin qiymətləri arasında olarsa true (doğru), əks halda false (aylnış) qiymət qaytaracaq.

     

    in_array ("simvol", $array1)

     

    Aşağıdakı misala baxaq.

     

     

    <?php

     

    $aylar=array('dekabr','yanvar', 'fevral','mart' ,'aprel','iyun', 'avqust');

     

    if (in_array(strtolower('DeKabR'),$aylar))

    echo 'bele ay movcuddur'; else echo 'bele ay movcud DEYIL';  

     

    ?>

     

     

    Doğru olduğundan ekrana \"bele ay movcuddur\" kimi çıxacaq.

     

    strtolowyer('DeKabR') => dekabr

    strtoapper('DeKabR')=> DEKABR

     

    is_numeric($abs) - bu funksiya $abs - ədəd olarsa true əks halda false qaytaracaq.


  8. Bu dərsimizdə linklərin yaradmaq üçün istifadə olunan _get massivindən söhbət açacağıq. Belə ki biz linklərə dəyişənləri verməklər ekranda onların alacağı qiymətləri göstərəcəyik. Aşağıdakı misala baxaq.

     

    <a href="/ilk.php?ad=kenan&yash=22">link0</a><br/>

    <a href="/ilk.php?yash=22">link0</a><br/>

    <a href="/ilk.php?yash=23">link1</a><br/>

    <a href="/ilk.php?yash=24">link2</a><br/>

    <a href="/ilk.php?yash=25">link3</a><br/>

    <a href="/ilk.php?yash=26">link4</a><br/>

    <a href="/ilk.php?yash=28">link5</a><br/>

    <a href="/ilk.php?yash=29">link6</a><br/>

     

    <?php

     

    $telebe['24']=array('ad'=>'Ramil','s

    oyad'=>'Ahmedov'); //

    $telebe['29']=array('ad'=>'Ali','soy

    ad'=>'Mammadov'); //

     

    $age=$_GET['yash'];

     

    echo 'AD: '.$telebe[$age]['ad'].' SOYAD:'.$telebe[$age]['soyad'];

     

    ?>

     

    Bu yaxarıdakı misalda 7 link vermişik. Linki araşdıraq.

     

    <a href="/ilk.php?yash=22">link0</a> linkində:

     

    /ilk.php - Ünvanlandığı faylın adı

    ? - dəyişənə keçid

    yash=22 - yash dəyişəninin 22ci qiyməti. Həmçinin bir neçə dəyişəni əlavə etmək istəsək misal üçün aşağıdakı kimi yazamalıyıq.

    <a href="/ilk.php?ad=kenan&dil=az&yash=22">link</a>

     

    Kodun özünü araşdıraq:

     

    Bizdə yalnız 24 və 29 massivlər var və həmin linklərə klik etdikdə onların qiymətlərini ekrandan çıxardacağıq.

     

    $age=$_GET['yash'];

     

    Burada yash=24 alığı qiyməti _GET vasitəsili linkdən götürüb age dəyişəninə ötürürük.

    Daha sonra isə çapa veririk. Bu qədər sadə.

     

     

    Altdakı misal isə biraz qəlizdir. Burada ilin ayları və hansı ayda nə qədər gəlir əladə olunduğu və digər aylarda gəlir nə zaman bərabər olduğu ekrana çıxardılır.

    <a href="/ilk.php?ay=1">Yanvar</a><br />

    <a href="/ilk.php?ay=2">Fevral</a><br />

    <a href="/ilk.php?ay=3">Mart</a><br />

    <a href="/ilk.php?ay=4">Aprel</a><br />

    <a href="/ilk.php?ay=5">May</a><br />

    <a href="/ilk.php?ay=6">Iyun</a><br />

    <a href="/ilk.php?ay=7">Iyul</a><br />

    <a href="/ilk.php?ay=8">Avqust</a><br />

    <a href="/ilk.php?ay=9">Sentyabr</a><br />

    <a href="/ilk.php?ay=10">Oktyabr</a><br />

    <a href="/ilk.php?ay=11">Noyabr</a><br />

    <a href="/ilk.php?ay=12">Dekabr</a><br />

     

    <?php

     

    $tarix['1']=array('ay'=>'Yanvar','ge

    lir'=>'300');

    $tarix['2']=array('ay'=>'Fevral','ge

    lir'=>'800');

    $tarix['3']=array('ay'=>'Mart','geli

    r'=>'1800');

    $tarix['4']=array('ay'=>'Aprel','gel

    ir'=>'800');

    $tarix['5']=array('ay'=>'May','gelir

    '=>'1800');

    $tarix['6']=array('ay'=>'Iyun','geli

    r'=>'700');

    $tarix['7']=array('ay'=>'Iyul','geli

    r'=>'800');

    $tarix['8']=array('ay'=>'Avqust','ge

    lir'=>'80');

    $tarix['9']=array('ay'=>'Sentyabr','

    gelir'=>'120');

    $tarix['10']=array('ay'=>'Oktyabr','

    gelir'=>'8');

    $tarix['11']=array('ay'=>'Noyabr','g

    elir'=>'500');

    $tarix['12']=array('ay'=>'Dekabr','g

    elir'=>'2300');

     

     

     

     

    $say=$_GET['ay'];

     

    $netice=$tarix[$say];

     

     

    if ( !empty($netice) ) echo $tarix[$say]['ay'].'-da gelir '.$tarix[$say]['gelir'].' AZN teskil edib.<br/><br/>';

     

    $k=0;

     

    for ($i=1; $i<=12; $i++)

      {

        if ($tarix[$say]['gelir']==$tarix[$i]['

    gelir'] && $say!=$i)

        {

             $k++;    

             echo $tarix[$i]['ay'] . $tarix[$i]['gelir'].'<br/>';

        }

     

      }

      echo $k;

     

     

    ?>


  9. PHP-də array əsasən bir dəyişəndən istifadə edərək, bir neçə məlumatın daşınmasında istifadə olunur. Kodlara baxaq:

     

    <?php

     

    $telebe=array(

    'ad'=>'Kenan',

    'yash'=>'22',

    'qrup'=>'456-a');

     

    echo $telebe['ad'];  // Kenan

     

    ?>

     

    və ya

     

    <?php

     

    $telebe[1]=array(

    'ad'=>'Kenan',

    'yash'=>'22',

    'qrup'=>'456-a');

     

    $telebe[2]=array(

    'ad'=>'Tofiq'

    ,'yash'=>'21',

    'qrup'=>'215-a');

     

    echo $telebe[2]['ad'];  // Tofiq

     

    echo $telebe[2]['ad']. $telebe[1]['qrup'];  // Tofiq 456-a

    ?>

     

     

    Burada [1] , [2] dəyişənlərin indeksləridir. Həmin indeksə görə massivə daxil olan istənilən veriləni çıxartmaq olar.

     

     

     

     

    PHP-də dəyişənlərin düzgün yazılış qaydaları:

    PHP-də dəyişənlər latın hərifləri ilə başlayır. 2ci simvoldan başlayaraq rəqəmlər istifadə oluna bilər. misal olaraq:

     

    Düzgün yazılış qaydaları: Yalnış formalar:

    $metn $45metn

    $metn15 $abs-d


  10. 5ci dərsimizdə hamını salamlayıram. Bu dəfə sizlərə çox istifadə olunan dövrü operatorları izah edəcəm. Dövr nə üçündür. Bəzən hansısa bir misalı yoxlayanda şərtə uyğun olaraq dəfələrlə təkrarlanmasını və uyğun qiymət aldıqda bizə göstərməsi üçün istifadə olunur. Aşağıda sadə misallara baxaq.

     

    <?php

     

    for ($i=1; $i<=5; $i++)

      {

        if ($i==4) echo $i. 'tapdiq<br/>';

        else echo $i. 'tapilmadi<br/>';    

      }

     

    ?>

     

    Bu şərtimizdə belədir.

    $i=1 - bərabərdir, $i<=5 kiçik bərabərdir və hərdəfə $i++ (yəni +1) dəfə artır.

    əgər if ($i==4) bərabər olduqda ödənilsin, (tapdıq) sözü çıxsın. əgər ödənilməsə tapılmadı çıxsın.

     

    Nəticə:

    1 tapilmadi

    2 tapilmadi

    3 tapilmadi

    4 tapdiq

    5 tapilmadi

     

    --------------------------------------------------------------------

     

    while dövrü operatoru da eyni ilə for kimidir. Aşağıdakı misalda string dəyişənində \"a\" hərfinin neçənci yerdə dayandığını tapmaq üçün dövrdən istifadə edirik. 0-dan başlayıb uyğun qiyməti tapana kimi hər dəfə bir vahid artaraq dövr təkrarlanır.

     

    <?php

     

    $i=0;

     

        $string='qwerrtuyua';

        $str='';

        

    while ($str != 'a') {

            

        $str=substr($string,$i,1);

        $i++;  

    }

     

    echo 'a herfi '.$i.'-ci dir<br/>';

     

    ?>

     

    Nəticə: a herfi 10-ci dir

     

    --------------------------------------------------------------------

     

    Əgər verilənlər tam məlum olmasa o zaman aşğıdakı kimi də yaza bilərik:

     

    <?php

     

    $i=0;

     

        $string='qwerrtuyua';

        $str='';

        

    do  

    {

            

        $str=substr($string,$i,1);

        $i++;  

    }

     

    while ($str != 'a');

     

    echo 'a herfi '.$i.'-ci dir<br/>';

     

    ?>


  11. 1. SUBstr - Simvolları qaytarır.

     

    <?php

     

    $text='Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. <br/>';

     

    echo substr($text,28,4); //  bu funksiya $text sətrində 28ci simvoldan başlayaraq 4 simvol qaytarır

     

    ?>

    Bu zaman ekrana mətindəki text sözü çıxacaq.

     

    --------------------------------------------------------------------------------

     

     

    2. STRlen - Sətrdəki simvolların sayını qaytarır.

     

    <?php

     

    $str='baku';

    echo strlen($str);  // sətrin simvollarının saytını qaytarır (yəni 4 rəqəmini qaytaracaq).

     

    ?>

    Bu zaman ekranda 4 rəqəmini görəcəyik.

     

    --------------------------------------------------------------------------------

     

     

    3. STRpos - Mətndə verilənlərin yerləşdiyi mövqeni tapmaq üçündür.

     

    <?php

     

    $text='Lorem Ipsum is simply dummy text baku of the printing and typesetting industry.<br/><br/>';

    $str='baku';

     

    $length=strlen($str);  // bu funksiya sətrin simvollarının sayını tapır.

     

    $index=strpos($text,$str); // bu funksiya verilmiç $text sətrində $str sətrinin yerləşdiyi mövqeni tapır.

    $endindex=$index+$length;

     

    echo $str.' setri metnde ' . $index .' movqeyinden bashlayir '. $endindex .' movqeyinde bitir';

     

    ?>

     

    Bu misalde strlen-dəndə istifadə edirik.

    Burada ekrana çıxacaq: baku setri metnde 33 movqeyinden bashlayir 37 movqeyinde bitir

     

     

    Başqa bir misal:

     

    <?php

     

    $string='werrtuyua';

     

    echo strpos($string,'a');

    ?>

     

    Burada ekrana 8 çıxacaq. Çünki PHP-də saymağa başlayanda 1-dən yox 0-dan həyata keçirilir.

     

    --------------------------------------------------------------------------------

     

     

    4. str_replace - Sətrdəki simvolları əvəz etmək üçündür.

     

    <?php

     

    $string='werrtuyua';

     

    $string=str_replace('rr','ss',$string);

      

    echo $string;

      

    ?>

     

    Bu zaman ekrana wesstuyua kimi çıxacaq.


  12. 4.cü dərsdə Switch Case-dən istifadə qaydası və onun if-ə laternativ yazılış qaydasını göstərəcəm.

     

    <?php

     

    $yash=25;

     

    switch ($yash)

    {

      case 10: echo 'yash 10-a beraberdir'; break;

      case 18: echo 'yash 18-a beraberdir'; break;

      case 20: echo 'yash 20-a beraberdir'; break;

      case 25: { echo 'yash '.$yash.'-e beraberdir'; } break;

      case 30: echo 'yash 30-a beraberdir'; break;

          

    }

    ?>

     

     

    İndi isə bir misalı həm İF operatorundan həm də Switch Case-dən istifadə edərək yazaq.

     

    <?php

     

    $i=1;

     

    if ($i == 0) echo "i beraberdi 0 ";

    else if ($i == 1) echo "i beraberdi 1 ";

    else if ($i == 2)  echo "i beraberdi 2 ";

     

    switch ($i) {

        case 0: echo "i beraberdi 0 "; break;

        case 1: echo "i beraberdi 1 "; break;

        case 2: echo "i beraberdi 2 "; break;

    }

     

    ?>


  13. 3-cü dərsimiz if (əgər) şərt operatoru haqqındadır.

     

    <?php

     

    $yash=25;

     

    if ($yash>18)

    echo 'yash 18den boyukdur';

     

    else if ($yash<18)

    echo 'yash 18 den kicik beraberdir';

     

    ?>

     

    Bizdə verilən var (25) şə rət qoyuruq if (əgər)

    $yash>18
    böyükdürsə o zaman şərt ödənilir və çapa yash 18den boyukdur kimi çıxır.

     

    Əgər şərtimiz ödənilməsə o zaman 2ci şərtimiz yoxlanılır. Və doğrudursa çapa çıxır. Bizim bu misalda artıq birinci şərt ödənildiyindən və ikinci şərt ödənilmədiyindən yalnızca birinci şərt çapa verilir.


  14. 2.ci Dərsdə sizləri TİP-lərlə tanış edəcəm.

     

    1. Sətr tipi -  ('mekteb ') (Sərt tiplərində verilənlər dırnaq içərisində yazılır)

    2. Rəqəm tipi - (1,2,3,5,7,8) (Rəqəm tipli verilənlər dırnaq içərisində yazılmayada bilər)

    3. Məntiqi tip (true,false) (true-doğru,false-yalnış)

     

    = (mənimsədmə operatoru) (sağdakını soldakıya mənimsədir)

    == (müqayisə bildirir)

    >= (böyük bərabərdir)

    <= (kiçik bərabərdir)

    != (bərabər deyil-fərqlidir)

    && (and -və şərti) (bütün şərtlər ödənilməlidir)

    || (or-və ya, 2 şərtdən ən azı biri ödənilərsə şərt ödənilmiş sayılır)

     

    3!=2       -> true (doğrudur)

    3!=3       -> false (yalnışdır)


  15. Salam xoş gördük, ilk dərsimdə sizləri salamlayıram. Çalışacam mütəmadi sizlərə php-nin dərinliklərini öyrədəm. Dərsləri başdan izləsəniz sonradan hamısı asand gələcək. Beləliklə ilk dərsimizdən başlayaq.

     

    PHP nədir? PHP əsasən veb proqramlaşdırma dili olub, ilk öncə Rasmus Lerdof tərəfindən icad edilmişdi. Əslində PHP C++ və Perl kimi dillərin asanlaşdırılmış və web üçün uyğunlaşdırılmış bir variantı kimi meydana gəlmişdir. Ancaq ,sonradan bu dil çox inkişaf etmiş və hal hazırda bir çox veb serverlər tərəfindən dəstəklənməkdədir. PHP sözü ilk dəfə Lerdof tərəfindən Personal Home Page (Şəxsi ev səhifəsi) sözlərinin baş hərfləri ilə adlandırılmışdır. Sonradan O Hypertext Preprocessing adını almışdır. PHP nin üstünlükləri:

     

    1) PHP kod HTML kodun içərisində belə işlənə bildiyindən, PHP də yazılan veb səhifələr tez yüklənir

    2) PHP Açıq Kod Sistemınə malik bir proqramlaşdırma dilidir

    3) PHP çox asan dil olduğundan, yeni başlayanlar üçün də sərfəli bir dildir

    4) PHP Windows,Linux,Macintosh və s. kimi əməliyyat sistemlərində işlənir

    5) Əgər sizin php scriptiniz düzgün yazılıbsa ,onda proqramın kodu istifadəçilər tərəfindən görsənməyəcək.

    6) PHP demək olar ki, yalnız web proqramistin fantaziyası ilə məhdudlaşır. Webə aid nə istəsəniz, php nin köməyi ilə edə bilərsiniz

     

     

    İlk öncə bizə lazım olanlar.

     

    1. Mətn redaktoru (Adobe Dreamwaver) və ya (phpDesigner) - Mən PHP Designer proqramından istifadə edəcəm

    2. Vitual server (Denver) və ya (Open Server) - Mən OpenServer istifadə edəcəm.

     

     

    PHP-nin yazılış qaydası aşağıdakılardır:

     

    XML forması:

    <?php

    ...

    ?>

     

    SGML forması:

    <?

    ...

    ?>

     

    ASP forması:

    <%

    ...

    %>

     

    - Biz XML formasından istifadə edəcəyik

     

    ----------------------------------Beləliklə Başlayaq------------------------------------

     

    1. Mətn redaktorunu açırıq. Və ora aşağıdakı kodu yazırıq.

     

    <?php

     

    $ad='Tural';

    $soyad='Agayev';

     

    $info=$ad.' '.$soyad;

     

    echo $info;

     

    ?>

     

    ----------------------------

    $ad - dəyişəninə Tural sözünü əlavə edirik, soyadada həmçinin, = kimi yazdıqda soldakı dəyişən sağda nə varsa onun qiymətini alır.

    $info - dada həmçinin, solda yerləşir və sağdakı verilənlərin qiymətini alır, php-də verilənlər ardıcıllıqla oxunduğundan əvvəlcə biz $ad $soyad dəyişənlərinə qiymət verdik sonra isə onların qiymətini $info dəyişəninə verdik. Yadınızda saxlayın ki verilənlər dırnaq (") içində yazıır və sətirlərin sonunda (;) nöqtəli-vergül qoyulur.

    echo - çapa vermək üçündür. Biz bunu çox istifadə edəcəyik.

    echo $info; - yəni info dəyişənini çapa veririk.

    $info=$ad.' '.$soyad; - burda dəyişənləri birləşdirəndə aralarında dırnaq yazılmalıdır və dəyişəndən sonra və ya öncə nəsə yazılacaqsa o zmaan həmin dəyişəndən uyğun olaraq əvvəl və ya sonra nöqtə qoyulur.

     

     

    ----------------------------------Başqa bir misala baxaq------------------------------------

     

    <?php

     

    $ad='Tural';

    $soyad='Agayev';

    $yash='23';

     

    $info=$ad.' '.$soyad;

     

    $info=$yash;

     

    echo $ad.' '.$soyad. ' - yashi '.$info;

     

    ?>

    Burada info dəyişəninə əvvəlcə ad soyadı sonra isə yaşı əlvə etdik. PHP-də verilənləri yuxarıdan aşağı oxuduğundan info dəyişəninə əvvəlcə ad və soyadı əlavə etdik, sonra isə yaşı. Sonda yaşı əlvə etdiyimizdən artıq çapa verdikdə o bizə yalnızca yaşı qaytaracaq.

    Ekrana çıxacaq mətin belə olacaq: Tural Agayev - yashi 23

     

    Yox əgər isətək ki əvvəlki məlumatların saxlanması şərti ilə əlavə olunsun o zaman dəyişəndən sonra bir . qoymaq lazımdır. Aşağıdakı kimi.

     

    $info.=$yash;