Salam. əvvəllər də indiki kompyuterimə GTA IV EFLC yükləmişdim. Həmişə low-da oynuyurdum, tutula-tutula işləyirdi silmişdim.
İndi yenidən həvəsə düşüb GTA IV yüklədim. Oyuna girdim, içərisində EFLC də var.
Deməli qəribə orasındadır ki, oyunu orta ayarlarda oynayanda tutulur, yüksək ayarlarda isə rahat oynayıram. Bu mənim üçün bir problem deyil, əksinə daha yaxşıdır. Amma sizcə də bu qəribə deyilmi? Görəsən nədən asılıdır bu?
Bir də ki, həvəslənib GTA V də yükləmək istəyirəm.
Sistemim CPU i5 - 2.50 Ghz, RAM 6, VGA Nvidia GT 630m 1GB. Sizcə yükləyim mi? normal oynaya biləcəmsə yükləyim.