Search the Community
Showing results for tags 'Modem Router'.
-
Salam əziz dostlar, bu gün sizlərə Modem ilə Router arasındakı fərq və ya əlaqəni anlatacam: Router'a Modem, Modem'ə Router deyirik əslində. Modem ilə Router arasındakı fərq nədir? Internet Service Provider firmalar Internet bağlantısı satarkən kampaniyalarının yanında "modem" deyə routerlar'da verməyə başladılar. Yəni günümüzün modemləri, router içərisinə modem qoyulmuş Router / Modem məhsullarıdır. Router, bir çox kompyuteri eyni şəbəkəyə bağlayan bir qutudur. Əvvəllər üzərində yalnız kabel girişi olan bu məhsullar sonradan kabelsiz məhsulların çoxalması ilə birlikdə kabelsiz əlaqə dəstəyi də verməyə başladılar. Bu "simsiz router" ların üzərlərində ümumiyyətlə bir yada iki antena olur və bu sayədə əhatə sahələri genişlənir və siqnal gücləri artır. Bu kabelsiz əlaqədən indiki vaxtda dizüstü kompyuterlər, mobil telefonlar, tablet, konsollar, televiziyalar kimi bir çox məhsul faydalanır. Router, Lokal Şəbəkəyə yetişməyə nail olmasına qarşı Internet bağlantısı təmin etməz. Daha doğrusu vəzifə etibarilə bunu təmin etmək məcburiyyətində deyil. (dediyi budur ki router'la qoşulan cihazların ana şəbəkəyə daxil olmasına icazə vermir, yəni sizə verdiyi IP ünvanı ana şəbəkəyə girməyə icazəli deyil) Router'ın İnternet təmin etməsi üçün bir modem'ə bağlı olması lazımdır. Buna görə bir çox router'ın üzərində modem'lə əlaqə təmin edən xüsusi bir ethernet yuvası mövcuddur. Router, şəbəkəyə bağlı olan hər kompyuterə bir IP nömrəsi versədə, bu nömrə yerli şəbəkə üçün etibarlıdır. O şəbəkəyə bağlı bütün kompyuterlər Internetə modem üzərindəki IP nömrəsindən çıxarlar. Modem, sizi Internetə qoşulmağa imkan verir. İrəlidə texnologiya nə gətirər bilmərik, ona görə məqalənin aktual qalması baxımından modemi telefon xətti və ya kabel və s. interfeyslərlə məhdudlaşdırmaq istəmirik. Amma xülasəylə Internet Servis təminatçınız sizə verdiyi xidmətə uyğun fiziki interfeys üzərindən Internetə qoşulmağınızı bu qutucuq təmin edir. Modemlərin birdən çox kompyuteri eyni şəbəkə içərisində kabelli və ya kabelsiz olaraq bir-birinə bağlamaq kimi bir məcburiyyəti yoxdur. Xülasəylə məhsulların bağlanma sırası tam olaraq belədir. 1- PC və ya kabelsiz cihazınız 2- Router 3- Modem 4- ISS (Internet Service Provider) 5- Internet Bu məqaləni çoxdan bir xarici mənbəədən alıb tərcümə etmişdim. Xarici mənbəədən tərcümə TANNER. Məqaləni digər saytlarda dərc edərkən xahiş edirəm müəllifin adına istinad gətirəsiz.