Salam. Video izləyərkən ekran titrəyir. Yəni video görüntü titrəyir durmadan. Bəzən olmur amma çox vaxt belə olur. Əvvəllər bu problem yox idi. Windows 10 üçün Media Feature Pack yükləyəndən sonra oldu səhv etmirəmsə. "Windows 10-da ekran videosu çəkmə proqramı xətası" mövzusundan sonra yükləmişdim Media Feature Pack-ı. O mövzuya qoz qoyan olmadı, yəqin bu mövzuya da qoz qoyan olmayacaq.
5 ildir bu saytdayam. Keçmişdə aktiv idi və insanlar kömək edib, problemləri həll edirdilər. Bu mövzuya da kömək edilə bilinməyəcəksə, xahiş edirəm mənim hesabımı bağlayın, çünki reklamların mazqi elədiyi bu sayt artıq yararsızdır mənim üçün.