Microsoft, yeni əməliyyat sisteminin nə zaman istehlakçıya təqdim ediləcəyini rəsmən açıqladı.
Microsoftun maraqla gözlənilən yeni əməliyyat sistemi Windows 10, 29 İyul 2015 tarixində rəsmi olaraq bazarda olacaq. Şəxsən Microsoft tərəfindən edilən şərh, daha əvvəl bu mövzuda mətbuata sızan xəbərləri də təsdiqləmiş oldu. AMD CEOi Lisa Su tərəfindən bir yığıncaqda deyilənlər də çıxış tarixini İyul sonu olaraq ifadə etmişdi.
Bu vaxt hələ Windows 10-un qiymətinə dair rəsmi bir şərh gəlmədi. Ancaq ötən günlərdə məşhur alış-veriş saytı Newegg üzərində meydana çıxan bir sifariş səhifəsində yeni əməliyyat sisteminin qiyməti ortaya çıxdı. Bu qiymət təsdiqlənmiş deyil, Microsoftdan da mövzuyla əlaqədar bir şərh edilmədi.
Newegg tərəfindən verilən qiymətlərə görə Windows 10 - Home Edition versiyası 109 dollar qiymətlə satışa çıxacaq. Windows 10 - Professional Edition isə 149 dollar qiymət etiketinə sahib olacaq. Bu qiymətlər hələ də Newegg üzərindəki Windows 8.1 qiymətinə yalnız 9 dollar daha bahalı görünür. Əlaqədar Newegg səhifəsinə buradan çatmaq mümkün.