Hər birinizə salam, bir məsələ haqqında fikrimi yazıram. Əsasən Azərbaycan sözünü azəri sözü kimi işlədirlər. Bəziləri bunu elə başa duşur ki, azəri sözü Azərbaycan sözünün qısaldılmış formasıdır, amma əsl gerçəklik başqadır.Bir şeyi unutmayaq ki, azəri adını bizə irandan və keçmiş sovet imperiyası dönəmindən qəsdın sırıyiblar və milləttin gerçək adını unutdurmaq istəyiblər. Hələ Xətayi dönəmindən ta 1936-cı ilə kimi millətin adı TÜRK adlanlb. 1937-ci ildən isə sovet imperiyası türk adını Azərbaycan adı ilə əvəzləyib. Azəri adını farslar bizə qəsdən deyib ki , guya kokumuz fars kökənlidir, halbuki, millətin adı AZərbaycan sözündəki AZ adından gəlir - AZ / AS-UZ-QUZ-ĞUZ-OĞUZ / Türk kökənli adımızdır və Araz çayı, Azıx, Qız qalası və sairə kimi adlarda da helə də qalmaqdadır. Dədə Qorqud dastanlarında Aruz, Uruz adları da bu qəbildəndir. Dediyimiz kimi, AZ millətin adı, ər /er-ar/ igid, mərd anlamın verir. BAY / indikii bəy sözü /-uca şanlı anlamindadir və bayraq səzündəki bay da buradan yaranıb. CAN sözü isə əski türkcəmizdə kaan-xaqan adıdır ki, sonralar da xan formasında dəyişib. Bələliklə AZƏRBAYCAN sğzü- igid, uca azlarin xaqanlığı, dövləti deməkdir. Bu barədə tanınmış tarixçimiz Firidun Ağasıoğlunun / Firidun Cəlilov / elmi yazılarında daha genış bilgi var.
O üzdən hər kəsdən, xüsusən də saytın idarəedicilərindən xahiş edirm ki, azəri sözün işlətməsin. Çox zaman yazırlar ki, yazını azəri hərfləri ilə yazın. Azəri deyil də , ən azından AZərbaycan hərfləri deyilməlidir.