Hərkəsə salam. Aranızda Geforce GT 430 videokartı olub Windows 10 işlədən var?Windows 10 çıxandan sırf 10 üçün olan heç bir gt 430 drayveri kompüterdə işləmir. Setup ilə install edəndə yarısında ekran qaralıb qalır, Windows 10 update ilə edəndə də ekranın ölçüləri dəyişib 800x600 olur.Qısası işləmir.Bir işləyən drayver windows 8 üçün olan 347.88 versiyalı drayverdir.Halbuki nvidianın saytında drayverin bu modeli dəstəklədiyi yazılıb.Bir problem də hər dəfə yeni drayver çxanda, windows 10da updatelər avtomatik yükləndiyi üçün öz-özünə install olunur və işləyən drayveri də sıradan çıxarır. Windowsla da Nvidia ilə də danışmışam heç biri kömək edə bilməyib.Qeyd edim ki demək olar hər yolu yoxlamışam. Silib təzədən yazmaq, safe modda instal etmək, proqramla bütün nvdia elementlərini silib yenidən yükləmək, hətta əməliyyat sistemini də yenidən yazmışam(format) bir xeyri olmayıb.İndi mən bilmək istəyirəm bu problem bir məndə olur yoxsa ümumi problemdir?