Tiktokdan pul çıxarışı zamanı 2 seçim mövcuddur. Bu seçimlərdən birincisi tiktokdan webmoney ilə pul çıxarışı, ikincisi isə tiktokdan paypal ilə pul çıxarışı seçimidir.
Paypalda Azərbaycanda yaşayırsınızsa, pul qəbul etmək funksiyası işləməyəcək. Buna görədə paypal hesabı açıb tiktoka əlavə edib vaxt itirməyə dəyməz. Paypal hesabı tiktoka əlavə etsəniz belə, göndərdiyiniz pul tiktoka yenidən geri qayıdacaq. Paypal hazırda tiktokda işləməsədə, digər saytlardan paypal ilə çıxarış edə bilərsiniz. Bunun üçün partnyor hesabı əldə etməlisiniz
Ikinci seçim webmoney wallet (vepmoney hesabı) tiktokda görə bilərsiniz. Tiktokdan webmoney ilə pul çıxarmaq üçün əvvəlcə google playda webmoney axtarıb, həmin proqramı telefonuza qurmalısınız (sadə vebmoney yazılan, pro yox)
Webmoney proqramı həm ayfon üçün həmdə kompüterdə mövcuddur. Webmoneydən birbaşa Azərbaycan kartına çıxarış işlədiyi üçün, paypaldan daha üstündür. Amma vebmoney profilinizdə çıxaırş funksiyasının işləməyi üçün əvvəlcə profilinizi təsdiq etməlisiniz. Bunun üçün selfi, şəxsiyyət vəsiqəsi kimi sənədlər tələb olunur. Əgər çətinliyiniz yaranarsa, bu linkdən partnyorumuza müraciət edə bilərsiniz
Webmoneydə adresi necə təsdiq etmək olar? necə attestat almaq olar?
Webmoneydə sənədlərinizi uğurla təsdiq etdikdən sonra, yaşadığınız ünvanı qeyd edirsiniz. Bu ünvana Rusiyadan məktubun içində xüsusi kod gəlməlidir. Həmin kodu öz vebmoney hesabınıza uyğun xanaya daxil edirsiz. Əgər məktub sizə gəlməyibsə, bu keçiddən əlaqə saxlaya bilərsiniz