Jump to content
Forum Windows-az.com

PhysX nədir, nəyə kömək edər?


Tərlan

Recommended Posts

İndiki oyunyığanlar gerçəyə yaxın oyunlar təqdim edirlər. Lakin hələ də bir çox oyunçunun şikayət etdiyi ya da oyunları həqiqətən "oyunluqdan" çıxarda bilməyən bir problem var - Fizika modelləşdirmələri... Oyunlarda olan xarakterlərin eynilə bir insan kimi hərəkət etməsindən, çöldən gələn təsirlərə nə şəkildə reaksiya verəcəyinə qədər detala enən fiziki xüsusiyyətlər, artıq ən çox diqqət çəkən xüsuslar arasında iştirak edir.

Xüsusilə son bir neçə ildir çıxarılan yeni fizika mühərrikləri ilə insan bədəninin reaksiyalarını çox daha fərqli bir şəkildə oyunlara köçürən prodüserlər, qarşımıza daha əvvəl görmədiyimiz qədər həqiqi modelləşdirmələr və ətraf detalları ilə çıxırlar.Təbii fizika deyildiyi zaman ağla yalnız insansı modelləşdirmə deyil, bütün ətraf detalları gəlməlidir ki, iş çoxdan bu nöqtəyə də gəldi. Bəli, bəlkə bu texnologiya çıxarıldı amma yaxşı son istifadəçi fizika detalları bu qədər inkişaf etmiş bir istehsalı, yüzlərlə manat vermədən necə istifadə edə biləcək?

Əslində cavab çox sadədir: PshyX dəstəyinə sahib bir Nvidia ekran kartı ilə. Uzun müddətdir eşitdiyimiz PhsyX, təməldə gerçək zamanlı fizika reaksiyalarını bizə çatdıran bir sistemdi. İlk dəfə 2004-cü ildə Ageia tərəfindən hazırlanan proqram, 2008-ci ildə Nvidia firmasının satın alması nəticəsinda tam fərqli bir sistemə çevrildi. Sistem, PhysX PPU və CUDA əsaslı GeForce GPUlar tərəfindən rahatlıqla istifadə edildikdən sonra günümüzdəki halı almış vəziyyətdədi və hər gün gedərək inkişaf edir. Birazca daha detallara getsək, uzunca bir müddət kompüterlər üçün çıxarılan oyunlardakı fizika hesablamaları nizamlı olaraq CPU tərəfindən edilərdi çünki həm CPUlar GPUlara görə daha güclü idi, həm də GPUların belə bir dəstəyi yox idi. Məhz PhysX bu çətin anda qarşımıza çıxdı və CPU üzərindəki yükün GPUa nəql edilə bilməsinə imkan tanıdı. Bundan başqa PhysX, əslində olmayan fiziki sahələri virtual mühitdə yaradan və o an üçün lazımlı fiziki şərtləri də çıxaran bir proqramdır.


Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...