Jump to content
Forum Windows-az.com

Yeni Şeirim Buyurun


TΛNNΞЯ

Recommended Posts

Salamlar bu şeirimi 4 il bundan öncə tərk etdiyim sevgilim üçün yazmışam ama oda məktubunda mənə görə etdiyini yazmışdı çıxıb gedib şəhərdən məndə belə bir şeir yazmışam oxuyub dəyər verərsiz.

 

Sevgilim, gör neçə bahar keçibdir,

sən məni unudub çıxıb getmisən.

Gözlərim həsrətlə yollar dalmış,

qəlbimə bir bıçaq vurub getmisən.

 

Getmisən, o gündən həyat sönübdür,

bütün xəyalları puç eylədin sən,

Dünən yuxuda gördüm eşqim dönübdür,

Ayıldım yox idin çox üzüldüm mən.

 

Çalışıb qəlbimə daş bağlayacam,

birdaha kimsəni sevməyəcəm mən.

Lazım gəlsə sənin üçün yas saxlayacam,

Öldüyünü zənn edib ağlayacam mən.

 

Bilmirəm hardasan ölü ya diri,

səndən ricam budur, qayıt gəl geri.

Hər gün seyr edirəm mavi xəzəri,

Yadından çıxartma heç vaxt Azəri !

Link to comment
Share on other sites

Proqramlar telegramda

Azər, yaxşı olar... :fellow:

 

buyurun bu da mənim qələmimdən:

 

...::::Demədim?::::...

"Get, səni mən saxlamıram, dönəcəksən", demədim?

"Gözümdə zirvədə ikən, enəcəksən", demədim?

 

"Həyatımda var olanda öz izini qoymusan,

Tərk etməklə o izini siləcəksən" demədim?

 

"Gedirsənsə, baxma geri, hörmətli olacaqsan,

Geri baxsan utancından öləcəksən" demədim?

 

"Mənə "qısqancsan" deyirsən, bil ki bu sevgidəndir,

Başqasından sevgini kəm görəcəksən" demədim?

 

"Gülürsən mənim halıma, nə olar ki, bir də gül,

Zaman gələr öz halına güləcəksən" demədim?

 

"Mənə sevgidən danışdın, sanki bilirsən bunu,

Onun mənasını çox gec biləcəksən" demədim?

 

"Fizuli, məhəbbət üçün çox alışıb yanırsan,

Vaxt gələcək, sən də bir gün sönəcəksən" demədim?

Link to comment
Share on other sites

...Azər , şerin mənaca qəşəngdir...yaşanmış hissləri ifadə etdiyi bilinir...səhvlər çoxdur...

...yəqin əl gəzdirərərsən...lap yaxşı olar...UĞURLAR...

...Maksim_252 , yaxşıdır...xoşum gəldi...1 yerdə səhv olduğu üçün birbaşa göstərə bilərəm.... \"Əsl sevgidən danışdın, sanki bilirsən bunu\" burda heca vəzni pzulub.qısası heca sındırılıb...sənə də UĞURLAR...

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...