Kamran Cavadov Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 ...Fizuli ,yuxarıda düzəltdim... 14 idi...amma hamı 15 olmalıdır... ... 1 də sayın düz gəlməsi ilə də iş bitmir...gərək bəhr də düz ola... ...misal üçün \"Onun mənasını çox gec biləcəksən\" demədim?\" burda o qayda pozulub... ...bu beytin 1-ci misrasını oxu.\"Mənə sevgidən danışdın, sanki bilirsən bunu\"...sonra keç 2-ci misraya...görəcəksən ki, \"onun\" sözü bəhri pozur... ...Azər qardaş,istəsən şerindəki problemləri düzəltməkdə yardımçı ola bilərəm... Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 Stilny Bomj, maraqlı yazmısan... bu cür yazsan daha yaxşı görünərdi məncə: [A]ğlayarsan hər insanın Sözünə, [İ]nanmarsan heç vaxt özün özünə, [D]ərdin çox olsada həyatda sənin, [Ə] lini ver həyatımsan sən mənim... Kamran qardaşım, sözün düzü bəhrləri bilmirəm... sadəcə həvəskar yazanam... Diqqətinə və məsləhətlərinə görə dərin təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 ...buyur qardaş...halal xoşun... Alıntı Link to comment Share on other sites More sharing options...
Fuad Kərimli Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 MAksin_252 Azər seirler gözəldir çox xoşuma gəldi.. Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 Fuad Kərimli, diqqətinə görə çox sağ ol... bəyəndiyinə sevindim Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 ...Stilny Bomj , şerini oxudum... ...Maksim_252 qardaş düzəliş verib.... ... 1-2 şey qeyd edim... dilimizdə \"İnanmarsan\" sözü yoxdur...nə yazılışda,nə də deyilişdə... bu son zamanlar istifadə edilən eybəcərləşdirilmiş sözlərdəndir... ...bunu \"İnanmazsan\" kimi yazmaq lazımdır... ... \"əşi\" sözünü saxlamaq olar...modal sözdür...sənə də UĞURLAR... Alıntı Link to comment Share on other sites More sharing options...
Həsən İldırımov Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 Azər və Fizuli ikivizində yazdığı şeirlərin mənası dərindir çox şey başa düşmək olar bir ha təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
Onur Əliyev Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 Azər,Fizuli, şeirlər superdi çox xoşuma gəldi,ALLAH qələmivizə qüvvət versin..AMİN !! Alıntı Link to comment Share on other sites More sharing options...
MEZHH Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 Sevgi şirin bir röyadır, görmür onu hər istəyən, Qurban etməz öz canını onu qəlbdən hiss etməyən, Bilməlidir! Sevgi boşdur, mənasızdır, yoxdur deyən, Məcnun sevib Leylasını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər. Saf sevgiylə aşiq olmaq hər adama olmur qismət, Kimisi də heç sevməyir, vermir qəlbə bir əziyyət, Kimisi də məhəbbəti belə edib qəlbdə niyyət, Məcnun sevib Leylasını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər. Dodaqdan qəlbə axan bir röyadı məhəbbət, Sevənlərlə dolu olan bir dünyadı məhəbbət, Hər insana görünməyən bir xülyadı məhəbbət, Məcnun sevib Leylasını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər. Sevən qəlbə öz sevdiyi olmaz bircə an belə yad, Bəs varmıydı görən Məcnun, Kərəm, Fərhad? Necə qoydu bu dünyada onlar belə gözəl bir ad? Məcnun sevib Leylasını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər. Dünya boyda əziyyəti, dərd qəmivar bu dünyanın, Əslisi var, Leylisi var, Kərəmi var bu dünyanın, Sözlərimi sübut edən bir dəmi var bu dünyanın, Məcnun sevib Leylasını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər. Od içində yanıb, eşqdən dönməyən var, Öz yarına yad olanda bircə an da gülməyən var, Sevgi nədir deyib, onu qəlbdən bilməyən var, Məcnun sevib Leylasını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər. Bəs mən kiməm görən eşqlə dolubu karvanda? Telefonda məhəbbətinyarandığı bu zamanda, Qəlbdən mənə bir səs gəlir, bu ürəyim hər vuranda, Məcnun sevib Leylasını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər. Neçə sevgi görmüşəm mən insan ona rəğbət edir, Neçə sevgi görmüşəm mən insan içdən nifrətedir, Sevgi nədir anlamayan qəlblər görən hara gedir. Məcnun sevib Leylasını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər. Niyə sevgilərin sonuçox vaxt olur qəm, ayrılıq, Niyə qəlbi yıxır kökdən həm xəyanət, həm ayrılıq, Bəlkə bizə bu cavabı edir qəlbdə cəm ayrılıq, Məcnun sevib Leylasını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər. Sevgiləri yox eyləyən bir bəla var adı yalan, Məhəbbətdir aşiqlərdən bizə böyük miras qalan, Eşit ey, boş həvəsi böyük sevgi, eşqdir sanan, Məcnun sevib Leylasını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər. Gəl ay qəlbsiz batma sevgi günahına, Düşmə o saf qızın qəlbdən gələn, saf ahına, Məhəbbəti qarışdırma, bir əyləncə tamahına, Məcnun sevib Leylasını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər. Son sözümdü bundan sonra gəlməyəcəkdir gerisi, Bu qəlbimə girməyəcək and olsun ki bir qeyrisi, Bu sözlərin sahibi də Məcnun tək SEVƏN_BİRİSİ, İsmət sevər öz yarını ömür sona çatana qədər, Əsl aşiq sevər yarın ölüm onu tapana qədər Belkede evveller yazmishdim bura, yene yazdim Alıntı Link to comment Share on other sites More sharing options...
Seymur Məmmədov Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 Kamran Cavadov, Qaqam Şeir kimi yazmamışame sadecə elə belə yazmışdım )) Alıntı Link to comment Share on other sites More sharing options...
hesen9999 Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 Ikivizede tesekkurler seirler cox maragliydi Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 ...Stilny Bomj ,mən də elə-belə qeyd etdim ki,xəbəriniz olsun... ...seven_birisi , yaxşıdır...\"Bəs varmıydı görən Məcnun, Kərəm, Fərhad?\" burda heca çatmır...UĞURLAR... ...ümumiyyətlə forumda kimdənsə səhv tutmaq xasiyyətim yoxdur...hərə öz bildiyi qədər paylaşır...çox nadir hallarda ciddi səhv olanda nəsə deyirəm.... ...amma bu sırf Azərbaycan dili olduğuna görə bunları qeyd edirəm...yəni ana dilimizdir... ...ümumiyyətlə bir şeyi deyim...bu həmişə məni narahat edir...forumda dillə bağlı user-lərdə ciddi problemlər var...görürsən kompyuter sahəsində bilik və bacarıqlıdır...amma Azərbaycan dilində normal cümlə qura bilmir...adicə qramatikanı bilmir...orfoqrafiya qaydaları kobud pozulur...adi mexaniki səhv hamıda olur... ....amma bir mətndə nə qədər səhv olar...bu artıq problemdir...userin təhsilində olan problemdir...Azərbaycan dilini yaxşı bilməməkdir... Alıntı Link to comment Share on other sites More sharing options...
Seymur Məmmədov Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 Kamran Cavadov, Allah Razı olsun.. Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 Onur, çox sağ ol... bəyəndiyinə sevindim... Dostlar, bu şeir yeni deyil amma yenə də paylaşmaq istədim... bilirəm, bəzi çatışmazlıqlar var... üzrlü sayın... buyurun: Mənim göz yaşımı görməyəcəksən. Boğdun məni, atdın qəm dəryasında, Tərk etdin sevəni öz dünyasında, Ağlamalı olsam sənin yasında, Mənim göz yaşımı görməyəcəksən. Səni sevmiş idim həyatım qədər, Sən demə ömrümü vermişəm hədər, Gəl sinəmə dağ çək istəyin qədər, Mənim göz yaşımı görməyəcəksən. Gülə-gülə gəlsən mənim yanıma, Acı sözlərinlə qıysan canıma, İstəyirsən, gəl çıx mənim sonuma, Mənim göz yaşımı görməyəcəksən. Qəlbində olanı heç vaxt bilmədim, Qəlbim qan ağladı, mən bildirmədim, Desən ki, "Mən səndən sevgi görmədim", Mənim göz yaşımı görməyəcəksən. Məni əzməkdirsə ürəkdə niyyət, Desən ki, "Gedirəm, budur vəziyyət" Versən Fizuliyə xeyli əziyyət, Mənim göz yaşımı görməyəcəksən. Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 21 Haziran 2013 Paylaş Mesaj tarihi: 21 Haziran 2013 ...Fizuli , bu başqa məsələ... ...düzdür,burda heç kim professional şair deyil...amma minimum qramatik qaydalar və şerin yazılma qanunları gözlənilməlidir...şərt deyil bir kitab yazasan....bir bənd yaz,normal yaz...bir də şeirdə söz mənadan çox olmamalıdır.onda heç kimə maraqlı olmayacaq və bu şeir yox,söz yığını olaacaq... ...burda hər şey normaldır...UĞURLAR... Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 22 Haziran 2013 Paylaş Mesaj tarihi: 22 Haziran 2013 Kamran, çox sağ ol... yazından belə başa düşdüm ki, bəyənmisən... bu şeiri şeir yazmağa yeni başlayan vaxtlarımda yazmışam... Bu şeirdə 1 yüngül səhv var... birinci bənd bir başqa sürətlə oxunur, digər bəndlər bir başqa sürətlə... İnşallah "Halal elə" adında bir qəzəl də yazacam bu yaxınlarda... ilk dəfə burda paylaşacam İnşallah... Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 22 Haziran 2013 Paylaş Mesaj tarihi: 22 Haziran 2013 ...\"Boğdun məni, atdın qəm dəryasında\" əvəzinə \"Boğub atdın məni qəm dəryasında\" kimi yazmaq olar... ...yeni qəzəlini gözləyirəm...qəzəl sevənəm... Alıntı Link to comment Share on other sites More sharing options...
Elnur_MUSAYEV Mesaj tarihi: 22 Haziran 2013 Paylaş Mesaj tarihi: 22 Haziran 2013 Cox gozel beyendim Alıntı Link to comment Share on other sites More sharing options...
X-Missiya Mesaj tarihi: 22 Haziran 2013 Paylaş Mesaj tarihi: 22 Haziran 2013 Eladır təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
hesen9999 Mesaj tarihi: 22 Haziran 2013 Paylaş Mesaj tarihi: 22 Haziran 2013 Marağlı şeiriydi.. Qəlbdən yazılmışdı Təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
Həsən İldırımov Mesaj tarihi: 22 Haziran 2013 Paylaş Mesaj tarihi: 22 Haziran 2013 Fizuli bu superdi bəndlər uyğun gəlir Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 22 Haziran 2013 mövzunu açan Paylaş Mesaj tarihi: 22 Haziran 2013 Hər kəsə təşəkkürlər Kamran , təşəkkürlər qardaş istəyirəm öz qələmimdən çıxsın artıq düzəlişlər edirəm yəni uyğunlaşdırıram əvvəl ürəyimdə olanları qələmə tökdüm indidə uyğunlaşdırmaları Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.