Jump to content
Forum Windows-az.com

Qadınlar haqqında


Delphi7

Recommended Posts

Qadın kişinin yarımbənzəridir.

 

Dünya və onda nə varsa, qiymətlidir. Lakin dünyada ən qiymətli şey mömin qadındır.

 

Qadınların ən yaxşısı: nəcib, mömin, uşaqlarına mehriban, ərinin malına və sərvətinə ürək yandırandır.

 

 

Gündə beş dəfə namaz qılan, ramazan ayında oruc tutan, namuslu və ərinin sözündən çıxmayan qadına deyin ki, Behiştə istədiyi qapıdan girə bilər.

 

Bir çox qadınlar ailəmin yanına toplaşır, ərlərindən şikayət edirlər. Arvadları ilə xoşrəftar etməyən və arvadını düz yoldan yayındıran kişilər mənim ümmətimdən deyil.

 

Yezidin qızı Əsma dedi:

─ Həzrəti-Məhəmməd (s) üçün yemək gətirildi, həzrət bütün xörəkləri bir qadınların süfrəsinə qoyub buyurdu:

─ Yeyin!

Ac olmağımıza baxmayaraq dedik:

─ Yeməyə meylimiz yoxdur.

Peyğəmbər (s) buyurdu:

─ Ey qadınlar, aclığı yalana qatmayın.

 

Qadınlara yaxşılıq ─ insanı cəhənnəm odundan qoruyun pərdə kimidir.

 

Üç qızı və ya üç bacısı olan, ərsəyə çatana qədər onlarla mehriban olan şəxsin payını Allah Behiştdə verəcəkdir.

 

Qızı olub, onu diri-diri basdırmayan, ona əziyyət verməyən və yaxud oğlanlarını qızından üstün tutmayan şəxsi Allah Behiştə aparacaqdır.

 

Alicənab olmaq istəyirsinizmi? ─ Onda əri boşadığı zaman sizə pənah gətirən qızınızla xoş rəftar edin.

 

İffət (namus) qadının zinətidir.

 

Qadınlarla mehriban dolananlardan Allahın xoşu gəlir. Çünki onlar sizin ananızdır, qızınızdır, bacınızdır və ya xalanızdır.

 

Həcc ─ zəiflərin cihadıdır. Qadının cəhadı isə onun yaxşı ər saxlamasıdır.

 

 

Qadının hüququ müqəddəsdir. Ona görə də onların haqlı hüququnu özlərinə tapşırın.

 

Qadınlarınızın məscidə getməsinə və namaz qılmasına mane olmayın.

 

Qadının imkanı olduqda öz otağında namaz qılması eyvanda namaz qılmasından yaxşıdır. Eyvanda namaz qılması həyətdə namaz qılmasından yaxşıdır. Həyətdə namaz qılması isə məsciddə namaz qılmasından yaxşıdır.

 

*Yeni doğulan qızların öldürülməsinə işarədir ki, Həzrəti-Məhəmməd (s) onu qadağan etdi.

Link to comment
Share on other sites

  • 2 sene sonra...
Proqramlar telegramda

...məlumat üçün təşəkkür...

...burdakı mövzuya bəzi əlavələri edim...

...Qadınların ən yaxşısı FATİMEYİ ZƏHRA ANADIR...

... bir mömin məclisdə belə bir soz deyir...üç müsəlman qız böyüdüb ərə verən ata cənnəti qazanar...

...məclisdə naşı bir şəxs qayıdır ki...mən beş qız ərə vermişəm....onda mən yüz faiz cənnətə gedəcəyəm...

...mömin cavabında: sən beş gəlin köçürtmüsən deyir...

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...