Jump to content
Forum Windows-az.com

Diqqət!!!


Ramin_MUSAYEV

Recommended Posts

Salam əziz istifadeciler. Hər gün əlavə edilən xəbərlərə yazılan şərhlərə fikir verirəm və çox heyifki əksəriyyəti bu rəylərdən ibarət olur: twk(tşk), teşekür, super, sagol, müellife teşekkürler ve s. kimi kiçik fikirler. Yani əsas xəbərə fikir bildirməkdənsə, məqsəd tez bir zamanda "Xal" qazanmaqdı. Belə xırda saxtakarlığın qarşısını almaq məqsədi ilə artıq belə rəylərə rast gəlindikdə dərhal rəyi silinəcək, xəbərdarlıq mesajı yazılacaq və təkrarlanarsa ciddi tedbir görüləcək.Çalışın müəlliflərin əməyinə hörmət olaraq dolğun və oxumağa dəyər fikirlər(rəylər) bildirin. Diqqətiniz üçün təşəkkür edirəm.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Salam Bir tərəfdən razıyam bir tərəfdən yox. Çünki baxılır həmin sözlər kim tərəfindən yazılır. Ola bilsin ki Xəbər müəllifi qısa olaraq onun yerləşdirdiyi xəbərə yazılan şərhlərə məs. çox sag olun. yazır. Onda belə götürsən bu şərhdə qısa alınır. Məncə bu işi sayt rəhbərliyi ilə danışıb bir qərara gəlmək olar. Əgər saytda nə isə dəyişiklik ediləndə sayt heyyətinin bütün üzvlərinin həmin dəyişikliyə cavabın öyrənmək lazımdır. Ona görədə sayt rəhbərliyidə öz fikrin yazsın. Lazım gələrsə həmin şərhlər silinə bilər...

Link to comment
Share on other sites

elnur.dadashli Bunun sayta heç bir ziyani yoxdur. Lakin xalın qeyri qanuni artirilmasi istifadeciler arasindaki haqsizligi dogurur. Ve belelikle kohne istifadecilerle yeni istifadeciler arasinda cox boyuk ferq yaranir. Ama eger balans haqli formada qorunarsa o zaman yenilerinde kohe istifadeciler kimi yükselmesi rahat olar. Her şey bir kenara, inanmiramki haqqı ile qazanana saxta yollar lazım gelsin. Bele deyilmi?

 

AQIL_ISMAYIL Men movzunu yazdiqda yuxarida qeyd eledim - "məqsəd tez bir zamanda "Xal" qazanmaqdı". Bu o demekdirki, insan var he basqa soz tapmir ve yaxud da ki hemin movzuya o sozden basqa bir soz yazmaq imkansiz olur, ve ya 100 reyinden yalniz 1isi ele qisa olar, bu halda basa dusmek olar. Yox day bütün reyleri ele qisa qisa yazib xal qazanmaq ise edaletli seçim deyil

Link to comment
Share on other sites

Guest DoN Vito Corleone
AZE_DANGER,nese mene catmadi "Tessekkurler" sozunu ne ile evez etmek olar ?misalcun desinlerki """Tessekkurler chox raziyam minnetdaram sizeki bele xeber paylasmizsiz choxsagolun Allah menim omrumden kessin size versin qurban olum ayagvin altinda tike tike olum siz bu xeberi bura qoymaqnan meni olumden qutardiniz choxsagolun qurban olaram size ayagvizin altinda olerem Allah menim omrumnen kesib siz versin uzr isteyirem qapvizda it olub uluyaram olerem suzuncun""" bele desinler qaqaw ???!!!!!!!!
Link to comment
Share on other sites

deyilenler heqiqtedir...pis qebul etmirem sexsen men,amma men sexsen artiq bu saytin kohne useri sayiliram,2 ile qederdir ki artiq bu saytdan istifade edirem.sadece olaraq evveller burda aktiv olmurdum,daha doqrusu forumda istirak etmek mene cetin gelirdi,ele ise rahatliqi anladim problem olmadi...indi bundan sonra artiq serh yazmaqada elim gelmiyecek... :wink: ,he birde bu serhi xalimi artirmaq ucun yazmadim haaaa. :smile:

Link to comment
Share on other sites

....mövzu düzgün açılıb və haqlı iraddır...

...bir az aydınlıq gətirim...

...təşəkkür nə zaman lazımdır...

...tutaq ki,xəbərin linki işləmir.və siz bunu xahiş etmisiniz.link yenilənib.və bunu edən admin sizə şərhdə bildirir ki,linki yenilədim.ona minnətdarlığınızı bildirə bilərsiniz.

...və ya forumda kimsə sizə kömək edib.sonunda ona təşəkkür etmək nəinki olar,vacibdir...

...qalan hallarda buna ehtiyac yoxdur...təsəvvür edin ki,bütün aktiv userlər hər gün bütün xəbərlərə təşəkkür yazsın.bunun nə əhəmiyyəti var...

...xəbərə şərh nə üçündür ?

...proqramı yükləyib istifadə edəndən sonra bu proqram haqqında fikir bildirmək üçün...

...bu da necə olmalıdır ?

...adi halda proqram haqqında elə xəbərin özündə məlumat yazılır.bunları təkrar etməyə də ehtiyac yoxdur...ehtiyac nəyədir?...

...fərqli fikir varsa,ancaq o halda....tutaq ki,bu proqramın hansısa çatışmazlığı var.tənqidi fikir yaza bilərsiniz...və ya bu versiyada olan hər hansı yeni funksiyanın digər versiyada olmadığını qeyd edə bilərsiniz.bu da o halda ki,xəbər yiyəsi xəbərdə bu haqda məlumat yazmayıbsa...

...və ya proqramın quraşdırılmasında problem var.yaza bilərsiniz...aktivatorda problem var...yaza bilərsiniz....digər user də bu şərhi oxuyub sizə kömək edə bilər.aktivator və s.ilə təmin edə bilər...

...amma siz boş-boşuna təşəkkür yazanda,problemini yazan userin şərhi ana səhifədə düşür alta və itib gedir....userin də problemi həll olunmamış qalır...

...xal o userə lazımdr ki,xalı azdır...hansısa əlavələr üçün lazımdır...amma 2000-3000 xalı olan bunu niyə edirsə,bu bir az aydın deyil...

...xahiş olunur bunları nəzərə alasınız...

Link to comment
Share on other sites

yox eee deyilen irad hardasa doqrudur Teymur,amma mende deyirem tutaq ki,menim xalim oldu100.000,bu neyi deyisecek ki,tesekkur yazilir qoy yazilsin da.men sexsen paylasilan proqramlara filan cox serh yazmamisam,2-3 bele///amma yenede deyirem deyilen irad Aze-Danger terefinden doqru hesab edilmelidir,amma daha istirakcinida hududlarini daraltmaq yaxsi deyil...Kamran qardas doqru dedi bu adama lezzet eledi(şərh yazan əvvəlcə fikirləşsin ki,yazdığı söz və ya cümlə kimə lazımdır...bunu oxuyan userlər bu şərhdən nə öyrənəcəklər...)

 

amma yene deyirem userlerin hududlarin cox daraltmayin...!!!artiq mence her kes nese yuxaridaki cumleden istifade eder...

Link to comment
Share on other sites

Guest DoN Vito Corleone

Bəzi istifadəçilərə görə dönüb olub bu sayt BANK şərtlərinə ... bu nə deməkdir "" Hər gün əlavə edilən xəbərlərə yazılan şərhlərə fikir verirəm və çox heyifki əksəriyyəti bu rəylərdən ibarət olur: twk(tşk), teşekür, super, sagol, müellife teşekkürler ve s. kimi kiçik fikirler. Yani əsas xəbərə fikir bildirməkdənsə, məqsəd tez bir zamanda "Xal" qazanmaqdı"" 1 - cisi bu söz "çox heyifki əksəriyyəti bu rəylərdən ibarət olur: twk(tşk), teşekür, super, sagol, müellife teşekkürler ve s. kimi kiçik fikirler" Kicik fikir deyəndə Danger sən ne böyüklüyündə fikir-lər arzulayırsankı ??? 2 cisi bu söz "məqsəd tez bir zamanda Xal qazanmaqdı " Bu elə bir saytdıki burda xalın chox olması nəyi bildirecey ?özlərini qızlara görsədməy məqsədi ilə desək Allaha şükür bu saytda elə bir şeylərdə yoxdur umumiyyətlə bu saytın missiyası ondan ibaretdirki forumda-ki istifadəcilərə kömək etmək ve paylaşılan xəbərlərdən istifadə edib öz təşəkkürlərimizi bildirmək burda daha artiq bir başqa qanuna və yaxudda Danger sən demişkən SAXTAKARLIĞ sözündən söz gedə bilməz...lap elə deyəkki saxtakarlıq edirlər yaxşı mən səninlə razı başa sal məni SAXTAKARLIQ edib nə edirlər ???telefonlarına kontur yükləyirlər ?? ciblərinə pul oğurluyub qoyurlar ??? hakimiyyəti öz əllərinə almaq istəyirlər ??? yoxsa prizidentin yerini tutmaq istəyirlər he ??? bunun qarşısını almaq istəyirsən belə mövzu başlığında-da yazmısanki DİQQET !!! elə bil nə olub ERMƏNİSTAN AZERBAYCAN-a hücum edib DİQQET !!!

Link to comment
Share on other sites

SALAM dünən Ramin qardaş mənə bu mövzunu açmaq üçün fikrin bildirdi məndə icazə verdim ama mövzunu Ramin qardaş düzgün açmayıb mövzunu bağlayıram özüm yenidən açacam və taçm başqa mətnlə bunun xal qazanmağa heç bir dəxli yoxdu burda hamı istəyirki hansısa bir təbəqəyə çatsın uğurlar !

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...