Delphi7 Konu tarihi: 15 Eylül 2010 Paylaş Konu tarihi: 15 Eylül 2010 Dua-bu sözün mənası sığınmaq,xahiş etmək və yalvarmaq mənasını verir. Daha düzgün tərif versək dua,hər şeyə gücü çatan və zənginliyi sonsuz olan birinə yalvarma mənasını verir. Dua yalnız inanclı insanların həyatında iştirak edən bir anlayış kimi görünsə də əslində inanclı-inancsız hər kəsin həyatında var. Hər hansı bir inanc sistemi ilə əlaqəsi olmayan kəslər belə çətin vəziyyətə düşdükdə, hər hansı bir problemi həll etməyə qadir olmadıqda özündən daha böyük bir gücə sığınmaq istəyir.O gücdən kömək gözləyir. O adam bəlkə bu gücü Allah,Tanrı,və yaxud Budda olaraq xarakterizə etmir, amma yenə də bir üstün gücdən, qarşılaşdığı çətinlikdən özünü qurtarmasını arzu edir. Niyə insanlar xüsusilə çətin vəziyyətlə qarşılaşdıqda hər hansı bir gücə sığınmaq istəyirlər? Və bu necə bir istəkdir ki, inanclı-inancsız hər kəsdə var? İnsan dünyaya gələrkən çox gücsüz olur və bir çox şeyə ehtiyac duyur. Ana insanın ilk sığınacağıdır. Ana yeni doğulmuş insan üçün həm qoruyucu həm də bəsləyicidir. Zaman keçdikcə insan böyüyür.Böyüdükcə ananın rolu azalır və bir müddət sonra da ana həyatımızdan çıxıb gedir.Bu müddət ərzində insan xeyli böyüyüb formalaşır, amma problemlər, ehtiyaclar da bir o qədər çoxalmış olur. Kiçik yaşlarda yalnız sevgiyə və ana südünə ehtiyac duyan insanın ehtiyacı xeyli artır. Fəlakətlər, xəstəliklər, qəzalar insanın ətrafını sarıyır. Və insan bu ehtiyaclar və çətinliklər qarşısında tək başına mübarizə aparmaq məcburiyyətində qalır. Üstəlik də daima sığındığı anası və atası yanında deyil. Və bu çətinliklər və ehtiyaclar qarşısında çıxılmaz qalan insan, sığına biləcəyi və kömək istəyə biləcəyi bir güc axtarır. Və nəhayət dua etməyə başlayır. Beləliklə insan ehtiyaclarını qarşılaya bilmədikdə duaya müraciət etməyə başlayır. İnsanın ehtiyacları isə müxtəlif cür olur. İnsan ehtiyaclarını təsnif edənlərdən biri də Abram Masloudur. Masloua görə insanın tələbatları beş yere bölünür: 1. Fizioloji tələbatlar 2. Təhlükəsizliyə olan tələbatlar 3. Sevgiyə olan tələbatlar 4. Hörmət-Möhtərəmliyə olan tələbatlar 5. Özünü Aktuallaşdırma tələbatı İnsan hər hansı bir şəkildə bu ehtiyaclardan və bunların xaricində var olan ehtiyaclarından hər hansı birininin ödənilməsində aciz qaldıqda bu ehtiyacları ödəyə biləcək,sonsuz xəzinələri olan və gücü hər şeyə çatan uca bir gücə sığınmaq istəyir. İnsan bu gücü inancına bağlı olaraq fərqli adlarla adlandırır.Adlar dəyişsə də lakin əsas məqsəd və məna dəyişməz olaraq qalır. Alıntı Link to comment Share on other sites More sharing options...
_Ilashka_ Mesaj tarihi: 13 Kasım 2010 Paylaş Mesaj tarihi: 13 Kasım 2010 dimek olar gozumu dua ile aci dua ile yumuram Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Vusal Mesaj tarihi: 13 Kasım 2010 Paylaş Mesaj tarihi: 13 Kasım 2010 Insan yalniz Allaha siginmalidi... Alıntı Link to comment Share on other sites More sharing options...
Guest terlanyek Mesaj tarihi: 14 Kasım 2010 Paylaş Mesaj tarihi: 14 Kasım 2010 Gərçək dünyada: İslam dinini qəbul edən, ona görə peşman olacaqki. Bütün ömrümü, niyə Allaha və onun elçilərinə niyə həsr etmədim. Xristianlılar ona görə peşman olacaqki. Mən niyə İslam dinini qəbul edib, bütün ömrümü, Allaha və onun elçilərinə həsr etmədim... Allahı hər dəqiqə, hər an unutmamalıyıq! Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Vusal Mesaj tarihi: 14 Kasım 2010 Paylaş Mesaj tarihi: 14 Kasım 2010 masAllah Terlancik... Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 ...məlumat üçün təşəkkür... ...Qədr gecəsi dua etmək üçün ən münasib vaxtdır...həmin gün ALLAH bütün insanların dualarını eşidir... Alıntı Link to comment Share on other sites More sharing options...
MEZHH Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 Gözəl məlumat üçün Təşəkkürlər. Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 ~Təşəkkürlər~ Alıntı Link to comment Share on other sites More sharing options...
kenan chelsea Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 Təşəkkürlər yaziya gore Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 mehdi1998 ilə razıyam Alıntı Link to comment Share on other sites More sharing options...
X-Missiya Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 Maraqli gozel melumatlar ucun tesekkurler Alıntı Link to comment Share on other sites More sharing options...
♣♣KaRoL♣♣ Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 Dünyanın sonunda (Hz) İsa peyğəmbər bütün xristianları İSLAMA dəvət edəcək. Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 ♣♣KaRoL♣♣,maraqlıdır... bu məlemat sizdə haradandır? Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.