Jump to content
Forum Windows-az.com

Yalnız kişilər üçün..!!!


Delphi7

Recommended Posts

Görüş əvvəli: Qəşəng geyinməniz lazım olduğunu bilin amma sərhədlər içində qalın; həddindən artıq bəzənməyin. Diqqəti cəlb etmək üçün deyil, hörmət göstərmək üçün geyinin. Ətir də həddindən artıq vurmayın. Çünki söhbəti uzatmağı bacara bilmək üçün qoxuya deyil, zəkaya ehtiyacınız olacaq.

 

 

Evindən almaq: Zamanında orada olun; gecikməyin və görüşmə əvvəlində rahatlama bəhanəsiylə əsla spirtli içkiləri əlinizə götürməyin. Əlinizdə bir hədiyyə olması, qəşəng bir davranışdır amma bu hədiyyə əsla çiçək olmamalıdır. İlk görüşməyə çiçəklə getmək, bir müddət əvvəl dəbdən düşmüşdür. Ayaqqabı, alt paltar və ya fotoşəkil çərçivəsi də alınmayacaqlar siyahısındadır.

 

Yol üstündə: Avtomobildən nəzakətlicə enin və qapısını açın. Səfər boyunca musiqinin səsini yüksəltməyin, danışmaq üçün uyğun mühit yaradın. Əgər səssizliyin çox uzun sürdüyünü düşünsəniz, musiqini batıq səsdə dinləyə bilərsiniz. Tək dayanmadan danışan DJlərin olduğu radio stansiyalarını və ümumiyyətlə lirika çalan kanalları çevirməyin. Çox ağlaşmadan ibarət olan mahnılara üz tutmayın.

 

 

Yemək: O oturana qədər oturmayın. Kürsüsünü tutub, oturmasına kömək edəcək adam siz deyil, restoranın xidmət işçisidir; bu detal əhəmiyyətlidir. Onun yerinə sifariş verməyin, buraxın yeməyinə və içkisinə özü qərar versin. Əsla, "Xanım-əfəndi üçün…" sözü ilə başlayan bir cümlə qurmayın. Xoş qarşıladığı müddətcə, dadını bilmək üçün bir boşqab yeməyi paylaşmanızda bir problem yoxdur. Hesab mövzusunda B planı deyə bir şey yoxdur; ilk yeməyi siz ödəyərsiniz.

 

 

Yemək sonrası: Canlı musiqi edən bir yer və ya baş partlatmayan musiqiləri olan bir gecə klubu uyğun olacaq. İçki seçimi mövzusunda təşəbbüsü ona buraxın. Gecə boyunca o nə qədər içirsə siz də o qədər üçün; nə az nə çox.

 

Gəzinti: Özünü rahat hiss etməsi üçün qoluna girin. Buraxın gedişin sürətini o nizamlasın. Onu idarə edirmiş hissi yaratmayın. Gerçək bir centlmen olun; özünüzü, gecənin finalını evdə edəcəkmiş kimi hazırlamayın. İndi yalnız anın dadını çıxarmanın zamanıdır.

 

 

Ertəsi gün: Evə buraxar buraxmaz cib telefonuna mesaj atmayın. Bir sonrakı gün uyğun bir saatda zəng edib, çox əyləndiyinizi söyləyin və zaman ayırdığı üçün xanıma təşəkkür edin

 

 

 

Əziz kişilər inanız ki, bütün bu deyilənlərə əməl etsəniz unudulmaz bir görüş yaşayacaqsınız..Və bunun qarşılığını mütləq alacaqsınız

Link to comment
Share on other sites

  • 1 sene sonra...
Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...