Jump to content
Forum Windows-az.com

Bürclər Çatda


Delphi7

Recommended Posts

QOÇ

 

Sevimli qoç bürcləri ümumiyyətlə messengerdən çıxmırlar. Qoç bürcündən olan qız messengerdən super ər tapacağı xəyalı ilə yaşayır. Bütün yoldaşlıq saytlarında qoç bürclərini görmək mümkündür. Dostluqları möhkəmdir. Virtual dünyada xoşbəxt ailə arzuları ilə yaşayırlar. Qoç bürcü qadının messenger mesajında ''Məşğulam '' yazısını tez-tez gördüyümüz kimi, qoç bürcü kişisinin nə dinləyirəm bölməsində “Polad-Mənimlə evlənərsənmi?” mahnısına tez-tez rast gələrik.

 

BUĞA

 

Buga bürcü msndən çox da ləzzət almaz, bunun əvəzinə internetdə nəfəs almadan pul qazanmağın yollarını axtarır.

 

ƏKİZLƏR

 

Əkizlər bürcü isə Zodiakın ən netpərəst bürcüdür. Varsa yoxsa forumlarda rep arxasında qaçan həmçinin sevilən sevimli bir bürcdür. Dəyişəndir, söhbət otaqlarında bir gün psixoloq, sonraki gün astrolog, şişirdib urolog belə ola bilər.

 

XƏRÇƏNG

 

Eee artıq yorulduq bu bürcün romantik krizislərindən. MSN aləminin ən gözü sulu, zodiakın ən pessimist bürcüdür. Qotika üslublu şəkillərlə avatarını bəzəyir, blogunda həyata həmişə üsyan edir, həmişə hamıya dərdini danışır. Bir gün bu virtual xəstəlikdən xilas olacağına inanar.

 

ŞİR

 

Tü-tü-tü maşallah. Virtual aləmin, real aləmin ən favori bürcüdür. Şir bürcünü googleda özünü axtararkən, messenger mesajında özünü tərifləyərkən, messenger-inə öz özünü əlavə edib özünü izlərkən tapa bilməniz çox təbiidir. 24 saat messengeri açıq gəzən, hər an biri bunu tərifləyəcək deyə gözləyən bir bürcdür.

 

QIZ

 

Tipik vasvası Qız virus proqramıyla hər gün, hər saniyə kompüterinin içini-çölünü təmizləyər. Kompyüterini tez-tez tozsoranla içini təmizləyər. Mesajlarını təmizləyər, siyahısını təmizləyər, əlində toz-udan çubuqla çatlaşar. Mesajlarında ümumiyyətlə tez-tez dərhal hər vaxt ''Təmizlik aparıram, gələcəəəəm' şəklində qəribə şeylər yazar.

 

TƏRƏZİ

 

Ən əsəbləşdirən bürcdür. Forumlarda intellektual söhbətlərə dalıb, həyatın həqiqətinin virtual olmağından bəhs edib, maraqlı bir fəlsəfəyə qapılar. Bunlar ümumiyyətlə şe”r saytlarında, şəkil saytlarında şərh yazmaqla gün keçirəndirlər. Faciəvi dərəcədə qabiliyyətlilərdir.

 

ƏQRƏB

 

Aman-aman evlərdən iraq. Bunların işi gücü sayt dağıdım, msn sındırım, parol oğurlayım. Xeyirli bir şey edim, msndən qız tapım evlənim deməz. Xakerdirlər. Onu, bunu, qabağına çıxanı sındırarlar. Sevilməzlər. Şəxsiyyətlərini gizləyərlər.

 

OXATAN

 

Oxatan bürcü qısqanclığı ilə, gizlətdiyi zəifliyi ilə, tərk edilən bir bürcdür. Söhbət otaqlarından çıxmazlar. Oxatan bürcünün nickləri ''su_pərisi”, “gözəl_qız 20'' olur, virtual aləmin Don Kixotu olaraq bilinərlər.

 

OĞLAQ

 

Bir oğlağı virtual aləmdə tanımaq çox asandır. Messengeri daim açılıb bağlanar. Həmişə virtual aləmdə tapdığı qarşı cinslə görüşməyə gedir. Dağ-təpə, bayır-çayır dinləməz, gedər görüşər.

 

DOLÇA

 

Dolça bürcünü virtual aləmdə tanımaq çox çətindir. Sirrli bir havası vardır. Bu bürcün əsla nə dinlədiyini öyrənə bilməzsiniz. Açmaz. Mesajı qısa və konkretdir.

 

BALIQ

 

Balıq bürcünün ən diqqətə çarpan xüsusiyyəti virtual aləmdəki oynadığı oyunlardır. Çünkü onu chatlaşanda nadir hallarda görərsiniz. Özünü virtual oyunlara adaptasiya edər. Avtomatik mesajnda ''Oyun oynayıram.. yazın.. cavab verərəm'' yazır. Amma cavab verdiyinə hələ rast gələn olmayıb. Nadir bürclərdəndir.

Link to comment
Share on other sites

  • 2 sene sonra...
Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...