Jump to content
Forum Windows-az.com

Çox formatın ziyanı


Resul10b

Recommended Posts

Ceyhun deymez borcumuzdur beli ovaxtlar coxu bisavad adamlar cox formatin ziyani var deyirdiler bu sehv fikirdi ona goreki format nedir sistemi silirsen yeniden yazirsanda bunun neyi pisdiki ? eksine yaxsidir ona goreki sistemde olan bir cox zererli yazilimlari silib temizleyirsen buda PC nin 5 il omru varsa uzadib edir 7 il bax bele
Link to comment
Share on other sites

Proqramlar telegramda

Resul10b... Dəyməz buyur Hami birdən birə öyrənmir ki yavaş yavaş :wink:

 

Mövzuya aid məndə biraz məlumat verim istifadəçilərə. Azər qardaşımız demişkən çox formatın heç bir ziyanı yoxdu. əksinə xeyri var. Texniki nöqteyi-nəzərdən kompüteri, daha dəqiq desək onun hard diskini formatlamaq zərərli deyil. Lap istəyirsiniz hər gün formatlayın. Bu zaman hansısa sektor zədələnməsi və hard disk başlığının korşalması baş vermir. İstehsalçılar hard diskləri kifayət qədər möhkəm və etibarlı materiallardan hazırlayırlar və təbii ki, onların uzun ömürlü olmasına diqqət yetirirlər. Amma burdan belə bir sual meydana çixir ki niyə kömpüteri tez-tez formatmaliyiq ki. Əgər kompüterə lisenziyalı əməliyyat sistemi və antivirus proqramı düzgün şəkildə yazılsa, və istifadəçi kompüterindən istifadə zamanı müəyyən profilaktik tədbirlər görsə onun tez-tez formata qaçmasına ehtiyac da olmaz.

 

Tez-tez format etmək məhsuldarlığı artırır?

Bu da başqa bir mifdir. Axı formatlamanın məhsuldarlıqla nə əlaqəsi var? Kompüterdən istifadə zamanı ləngimələr baş verirsə bunun başqa səbəbləri var. Bu zaman formatlama yox, başqa tədbirlər görülməlidir. İlk növbədə lazımsız proqramlar silinməli, defraqmentasiya aparılmalı və sistem registrinə əl gəzdirilməlidir.

 

Defraqmentasiya hard diskə ziyandır?

Doğrudur defraqmentasiya zamanı hard disk başlığı iri həcmli iş görür. Bu zaman isə başlığın korlanması ehtimalı çox azdır. Əvəzində isə defraqmentasiyadan sonra hard disk başlığının işi yüngülləşir və kompüterin məhsuldarlığında da xeyli irəliləyiş olur. Odur ki, defraqmentasiya zərərli yox, əksinə xeyirlidir.

 

Çoxlu endirmələr və proqram yükləmələri ziyandır?

Gəzən miflərdən biri də budur ki, bəs güya ki, internetdən çoxlu endirmələr etmək və kompüterə tez-tez yeni proqramlar yükləmək hard diskə ziyandır və güya onun ömrünü azaldır. Bu deyilənlər də əslində həqiqətə uyğun deyil. Çünki iş həcminə qalsa, hard disk daim hərəkət halındadır. Necə deyərlər onun işi budur. Hər detal kimi onun da bir ömrü var.

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...