Jump to content
Forum Windows-az.com

Filmlər Haqqında Məlumat Görünüş Keyfiyyətləri By TANNER


TΛNNΞЯ

Recommended Posts

SALAM əziz dostlar söz verdiyim kimi filmlərin formatları haqqında olan mövzumu açıram bunuda qeyd etmək istəyirəmki məlumatların bir hissəsi netdən müxtəlif mənbəələrdən əldə edilib tərcüməsi tam olaraq mənə məxsusdur və bir neçə saatımı alıb ona görədə MÜƏLLİFDƏN İCAZƏSİZ məlumatı kopyalayıb müxtəlif yerlərdə paylaşmaq qəti qadağandır müəllifdən icazə alaraq və müəllifin adına istinad gətirərək paylaşmaq olar buyurun keçək əsas mövzuya.



Filmlər Haqqında Məlumat Görünüş Keyfiyyətləri


DVDRip, BRRip, BluRay, 1080p, 720p, 480p, HDTV, XviD və s. anlayışları sizlərə bu mövzuda açıqlayıram.


KAMERA (CAM)


Kamera, (CAM) formatı ümumiyyətlə rəqəmsal kameralarla edilən film çəkilişləridir. Kameranı sabit tutmaq üçün bəzən üç ayaqlı ştativlərdən istifadə olunur, lakin çox vaxt bu mümkün olmaz və bu səbəbdən kamera yellənir. Ayrıca kameranın olduğu yerdən asılı olaraq ekran tənzimlənə bilmir və müəyyən bir baxımdan görünüş qeyd olunur. Səs isə, kamera ilə inteqrasiya olunmuş mikrofon vasitəsi ilə qeyd edilir və xüsusilə komediya filmlərində, film əsnasında qəhqəhələr eşidilə bilər. Bu faktorlar nəticəsində görünüş və səs keyfiyyəti adətən aşağı olur.


TELESYNC (TS)


Telesync, (TS) formatı xarici səs qaynağı istifadəsi xaricində (ümumiyyətlə bu xarici səs, insan səslərindən uzaq olan bir yerdən, kreslonun xüsusi bir qisimindən alınır) kamera ilə eyni funksiyanı görür. Doğrudan bir səs mənbəyi, yaxşı keyfiyyətli bir səs mənbəyi olacaq deyə bir təməl yoxdur, xüsusilə bir çox arxa plan (fon səsləri) səs küyünün səsə qarışdığını düşünəcək olsaq ... Ümumiyyətlə telesync, boş bir kinoda (kinozalda) ya da professional bir kamera köməyi ilə proyeksiya otağından-ki beləcə daha yaxşı bir görünüş keyfiyyəti əldə edilir və qeyd olunur. Keyfiyyət, çəkilişdən çəkilişə olduqca fərq edə bilər.


SCREENER (SCR)


Bir filmin nümayiş məqsədli VHS kaseti, bazara çıxmadan əvvəl dükanlara və digər bəzi yerlərə göndərilir. Bir Screener, VHS kasedi formatında və ümumiyyətlə 4:3 (tam ekran) aspect nisbətinə malikdir. Bunun xaricində geniş ekran olanları da ola bilər. Ən böyük ziyan ekranın altından keçən və müəllif hüquqları ilə kopiya, pirat proqram təminatı xəbəri üçün telefon nömrəsinin yazdığı mesajdır. Ayrıca, əgər kasetin ardıcıl seriya nömrəsi ya da kasedin içinə doğru bir xətt varsa bunlar ümumiyyətlə qara bir xətt ilə olmaq üzrə, o bölgənin üstü çəkilərək blok edilməlidir. Bu adətən yalnız bir neçə saniyəliktir, lakin təəssüf ki, bəzi kopyalarda bu hadisə bütün film boyunca sürür və bəziləri olduqca böyükdür. Istifadə edilən vasitə və vəsaitlərə bağlı olaraq, screener keyfiyyəti əgər MASTER kopiyasından edilmişsə mükəmməl keyfiyyətdən, əgər keyfiyyətsiz vəsaitin istifadə edildiyi köhnə bir VHS qeyd edicisi ilə edilmişsə aşağı keyfiyyətə qədər dəyişə bilər.


R5 LINE (DVD Region Kodları)


Link to comment
Share on other sites

Proqramlar telegramda

əla idi.paylaşdığın üçün təşəkkürlər.belə 1 sualım var mən bu kinoları yəni yeni çıxan kinoları rus dilində blu-ray keyfiyyətində hardan yükləyib baxa bilərəm.adətən media getlə axtarış edirəm.amma istəyirəm ki, məsələn o film haqqında 1 az məlumat alım daha sonra yükləyim əgər xoşuma gələrsə yəni belə 1 şey.

Link to comment
Share on other sites

  • 2 hafta sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...