Jump to content
Forum Windows-az.com

CD,DVD,Blu-Ray yaddaş haqqında


AQIL_ISMAYIL

Recommended Posts

Salam Əziz dostlar. Sizlərə ümumilikdə Floppy, CD, DVD, Blu-ray daşınan yaddaşlar haqqında məlumat verəcəm. Ola bilsin ki bir çox istifadəçilərimiz adlarını qeyd elədiyim yaddaş növləri haqqında yetərincə məlumatları var...Ancaq bilməyən istifadəçilərimiz bu məqalə vasitəsi ilə daha ətraflı məlumat öyrənəcəklər...

İlk öncə onu deyim ki bildiyiniz kimi kompüterlərin ilk istehsal olunduğu illərdə həcmlər çox böyük idi və günümüzdə istifadə olunan yaddaşlar hələ mövcud deyildi. O zamanlar məlumatların yazılması və daşınması üçün “Punched card” (adını daha çox Rus dilində eşitdiyimiz – перфокарта) istifadə olunurdu.


Şəkildəndə gördüyünüz kimi üç ölçüdə “floppy” disklər istifadə olunmuşdur.
8″ – 100 Kb, 5.25″ – 1.2 Mb, 3.5″ – 1.44 MB həclərə malik idilər.
Floppy disk sürücüləri anakartlara sərt disk bağlatısına oxşar, 34 pin bir bağlayıcı ilə qoşulur.


Floppy disklərdən sonra və günümüzdə ən cox istifadə olunan informasiya daşıyıcıları optik disklərdir. Bu disklər 12 sm diametrə malikdir. Üç əsas optik disk növü var: CD (Compact Disc), DVD (Digital Versatile Disc/Rəqəmsal çoxyönlü disk), Blu-Ray (Mavi Lazer texnologiyalı disk).
Oxunma və yazıla bilmə qabiliyyətinə görə isə bir neçə növləri ayrıla bilər: CD-R, CD-RW, DVD, DVD+RW.
Optik disklərin oxunması və yazılması Optik disk sürücüləri vasitəsilə həyata keçirilir. Optik sürücülərin ən əsas hissəsi optik lazerlərdir. Kirlənməsi və korlanması halında disklər oxunmaya bilər. Bundan əlavə ilişmələr zamanı diskləri əllə çıxarmaq üçün sürücülərin ön hissəsində xırda deşik də mövcuddur.
Optik disklərdə məlumatlar mikroskopik dəliklər vatisətilə yazılır. Və bu məlumatlar diskin üst hissəsinə yaxın bir yerdə yerləşir. Disklərin alt tərəfi çızılmışdırsa və bu cızıqlar bir o qədər də dərin deyildə disklər hec bir xəta vermədən işləyər. Xəta verdiyi təqdirdə isə üzərindəki izlərin bir az silinməsi kifayətdir. Disklərin üst tərəfinin zədələnməməsinə diqqət yetirmək əhəmiyyətlidir. Yuxarıda qeyd etdiyimiz kimi, diskə yazılmış məlumatlat üst hissəyə yaxındır.
Məlumatlar disklərə 0 və 1-lər şəklində yazılır. Disk yazılarkən lazer başlıqlar disk üzərində xırda dəliklər açır və bəzi yerləri düz saxlayar. Dəlik açılmış hissələr 0, düz olan hissələr isə 1-ə uyğun gəlir. Diskin oxunması zamanı göndərilən lazer işıqları düz hissəsyə rast gələrsə bir başa əks olunar, ancaq dəliklərə rast gəlinərsə bir başa əks olunmaz və bu əks olunan şüalar disk oxuyucular üzərindəki ayna vasitəsilə ikilik kodlara çevrilər və məlumatlar oxunar. Disk üzərində açılmış bu dəliklər nə qədər xırda və sıx olarsa diskin həcmi də bir o qədər böyük olar.
Bütün optik disklərin işləmə prinsipi demək olar ki eynidir.

CD:

İlk CD-lər CDDA (CD Digital Audio) adında Audio disklərdir. Bu CD-lər səs fayllarını saxlamaq üçün təyin olunmuşdu, yalnız fayl və qovluq quruluşuna sahib deyildirlər. CD üzərində digər verilənləri saxlamaq üçün xüsusi üsullar hazırlanmışdır. CD-ROM CD-lərin fayl və qovluq xüsusiyyəti əlavə olunmuş halıdır.
CD-lər CDFS fayl sistemini istifadə edir. Bu isə öz növbəsində kompüter olmayan digər qurğularda CD-lərin oxunmasını təmin edir.
İlk CD-ROM sürücülərin sürəti 150 KB/s idi. İllərlə CD sürəti artıqca bu sürətlər ilk sürətin qatları şəklində ifadə olunmağa başladı. Misal üçün 52x yazılışı 7800 KB/s (52×150) sürətində işləyən bir sürücünü ifadə edir.

CD-R:

(CD-Recordable) tipi CD üzərin. məlumat yazmağa imkan verir. 74-80 dəqiqəlik, 650-700 MB həcmə sahib növləri var. Yazma xüsusiyyəti olan sürücülərin lazer oxuma başlığından başqa daha güclü olan ikinci bir lazer başlığı da vardır. Yazma sürəti də 150 kb/s-nin qatları şəklində ifadə olunmasına baxmayaraq oxuma və yazma xüsusiyyətləri fərqlidir. Hər zaman Yazma sürəti ya oxuma sürətinə bərabərdir, ya da daha yavaşdır.

CD-RW:

CD-Rewritable – təkrar yazıla bilən diskləri ifadə edir. CD-R yalnız bir dəfə yazılıb daha sonra silinə bilməzkən, CD-RW disklər isə silinəbilər və yenidən məlumat yazıla bilər. CD-RW sürücülər yazma, yenidən yazma və oxuma kimi üç sürətə sahibdir. (misal: 8x4x32).

UDF:

(Universal Data Format) CDFS (ISO-9660) fayl sisteminin əvəzinə təkmilləşdirilmişdir və CD- RW disklərin sabit disklərin kimi istifadə olunmasını təmin edir. Fəqli sürücülərdə və fərqli əməliyyat sistemlərində oxuna bilən tək bir fayl forması yaradır. Windows Vista-ya qədər Windows-un heç bir əməliyyat sistemi UDF disklərə yaza bilmirdi, ancaq bu fayl sisteminə malik diskləri oxuya bilirdi. Əvvəlki Windows versiyalarında bunun üçün əlavə UDF diskləri yaza bilən proqramlardan istifadə olunmalı idi.

DVD (Digital Versatile Disk):


Blu-Ray disklər CD və DVD-dən fərqli olaraq qırmızı yox, mavi lazer işiğı istifadə edir. Elə adını da buradan götürmüşdür. CD və DVD-yə uyğun olan növləri vardır: BD-ROM (Sadəcə oxuna bilən), BD-R (yazıla bilən), BD-RE (Yenidən yazıla bilən). DVD-yə oxşar şəkildə iki qatlı və iki üzlü formaları da mövcuddur. (Single-Side Blu-Ray 25 GB həcmə malikdir).
Blu-Ray-də 1x sürəti 36 MB/s-dir. 8x sürətə qədər dəstəklənməkdədir.

6.jpg

5.jpg

2.jpg

Link to comment
Share on other sites

Proqramlar telegramda

Azər qardaşımın dediyi kimi Blu-ray Həm yazıcı həmdə oxucu formatları dəstəkləyir.

Adi CD və Dvd Disklərlə kimi, Blu-ray ROM/R/RW geniş format imkanları var...

Blu-ray Diskinin əsas format hissələri...

BD-ROM - HD filmlər, oyunlar, proqram təminatı və s. paylanması üçün yalnız oxunan format.

BD-R - HD video yazısına və PC məlumatların saxlanması üçün yazılan format.

 

Birtəbəqəli Blu-ray (BD) diskə 23,3 QiB (25 QB), ikitəbəqəli BD diskə 46,6 QiB (50 QB), həcmində məlumat yerləşdirilə bilər.

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...