Delphi7 Konu tarihi: 15 Eylül 2010 Paylaş Konu tarihi: 15 Eylül 2010 1- Ucuz avtomobil istifadə et, amma ala biləcəyin ən gözəl evi al. 2- Hər vaxt və hər mühitdə danışa biləcəyin üç lətifə öyrən. 3- Sevinclərini əsla təxirə salma. 4- Yoldaşını çox yaxşı seç. Çünki bu seçim xoşbəxtliyinin və ya bədbəxtliyinin 90%-i təşkil edər. 5- Hər gün 30 dəqiqə gəziş. 6- Hər yeməkdən sonra Şükr et. 7- Bir dostuna sirrini açıqlamazdan əvvəl iki dəfə düşün. 8- Yaxşılıq dolu bir sözü və yaxşılığın təsirini əsla kiçik hesab etmə 9- İtirəcək şeyləri olmayan insanlardan qorx. 10- Gözünün qarşısında həmişə gözəl şeylər saxla. 11- Uşaqların, "adət-ənənə" sözünü eşitdiklərində səni xatırlayacaq şəkildə yaşa. 12- Dininə aid kitabı tam mənasıyla oxumaq üçün özünə bir il vaxt ayır. 13- Özünü və başqalarını bağışlamasını bil. 14- Biri səni qucaqladığında ilk ayrılan sən olma. 15- Evliliyini gözəlləşdirmək üçün hər gün bir şey et. 16- Hər gün 6 stəkan su içməyi unutma. 17- Səni sevən insanları qoru. 18- Çətin də olsa ailənlə istirahət etmək üçün hər şeyi et. Bu anlar, həyatının ən qiymətli anlarından biri olacaq. 19- Özünə edilməsini istəmədiyin heç bir şeyi başqalarına etmə. 20- Müvəffəqiyyətə, daxili rahatlığa qovuşduğun, sağlam olduğun və sevildiyin zamanı qiymətləndir. 21- Yaxşı və müvəffəqiyyətli bir evliliyin iki şeyə bağlı olduğunu unutma : a) Doğru insanı tapmaq Doğru insan olmaq. 22- Valideynlərini, həyat yoldaşını və uşaqlarını danlamaq-tənqid etmək istədiyin zaman dilini dişlə Son söz ! Həyatınızdakı pis hadisələri düşünərək vaxt itirməyin; Yoxsa gözəllikləri görməkdə gecikə bilərsiniz... Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 ...təşəkkür edirəm...tərifəlayiq misallardır... Alıntı Link to comment Share on other sites More sharing options...
kenan chelsea Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 tesekkurler melemat ucun Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 ~Təşəkkürlər~ Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.