Jump to content
Forum Windows-az.com

Vicdansiz pulllar


Delphi7

Recommended Posts

Bizim pula ehtiyacımız yoxdur. Pulun bizə ehtiyacı var. İstəyir ki, əlimiz ona toxunsun, istəyir üzərində saxta bank prezidentlərinin imzası yerinə bizim imzamız olsun. İstəyir bizim cibimizdə olub gerçəklərə bizdən baxsın.

İstəyir 20 % - imizi alan kağız qohumlarına baxsın. İstəyir qonşularımızın düşmənlərinə necə silah satdığını görsün. Pulun bizə ehtiyacı var. İstəyir iqtisadi böhran adı verilən vəziyyətdə bizim cibimizdə qalıb pul gizlədən varlı bankirlərə baxsın. O istəyir kasıbların cırılmış ciblərinə yapışıb qalmaq, yerə düşüb itirilməmək, hansısa bir problemi həll etmək. Pulun bizə ehtiyacı var. Pul istəyir ki, alınan kimi qapanmaq bilməyən borclara gedməsin. Pul istəyir ki, yalanla, yaltaqlıqla alınıb rüşvətxor ciblərə daxil ola bilməsin.O bizim yamağ atılmış cibimizdə qalıb dünyaya öz real gözləri ilə baxmaq istəyir. O bizim cibimizdə qalıb fahişələrə verilən çirkli zəhmət haqqları olmaqdansa, kasıba verilən əməyinin nəticəsi olmağını istəyir. O bunu istəyir. Pul bunu istəyir. Pulun bizə ehtiyacı var, çünki, bankda qalıb köhnəlmək, valyutadan düşmək istəmir. Pul üzərində həkk olunmuş tarımızı, sazımızı istəmir. O istəyir ki, üzərində bu xalqın müharibəsini həkk etsin, pul 20 % torpağımızı öz üzərində həkk etdirmək istəyir, o istəyir ki, üzərində keçmişimizi unudub, düşmənlərimizə yenidən qardaş demək istəyənlərin murdar sifətlərini əks etdirsin-xalqı yuxudan oyatsın. O istəyir üzərində mərd oğullarımızın sifət cizgilərindəki məhəbbəti əks etdirsin. Pulun bizə ehtiyacı var…

Bizim də bəzən,bəzən,bəzən pula ehtiyacımız olur.

Amma istədiyimiz

::..Vicdanlı..::

pulu tapa bilmirik.

1283061669_yeni_pullar.jpg
Link to comment
Share on other sites

  • 2 sene sonra...
Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...