Jump to content
Forum Windows-az.com

Xəbər göndərən istifadəçilərin nəzərinə!!!


AQIL_ISMAYIL

Recommended Posts

Salam hörmətli sayt rəhbərliyi və istifadəçiləri. Bu mövzü saytımıza xəbər göndərən istifadəçilərə aiddir. Son zamanlar mən işlərim ilə əlaqədar saytda xəbərlərin gündəlik dərc olunmasına digər həmkarlarımdan xahiş eləmişdim. Sağ olsunlar ki sözümü yere salmadılar hər biri təşəkkür edirəm. Son 1-2 aydı demək olarki saytımızın xəbər bazası olduqca zəngindir. Bu bizim üçün də çox gözəl nəticədir. Xəbər göndərən hər bir istifadəçiyə təşəkkür edirəm. Ancaq göndərilən xəbərlərə baxıram adi istifadəçilər tərəfindən göndərilən xəbərlərin bir çoxu demək olar ki köhnə xəbərlərdi. Bunnanda əlavə olaraq xəbərlərin əksəriyyətində xəbər haqqında çox az məlumat yazılır. Bunnan başqa xəbərin digər boş hissələrini (məs: hansı Ə/S dəstəklədiyini / həcmi / Rəsmi sayt varsa qeyd eləmək lazımdır. Bir sözlə əziz dostlar heç kim inciməsin mənnən ən çoxda xəbər göndərən istifadəçilər adlarını qeyd eləmir bu gun 1-2 xəbəri düzəliş edib dərc elədim. Ancaq gələn dəfədən belə xəbərləri xəbərdarlıq etmədən siləcəm.


Qeyd:


Çalışın Yeni xəbərlərdən istifadə edin....
Xəbər haqqında məlumatı bacardığınız qədər qəşəng və geniş formada yazın...
Bu günnən etibarən saytda ancaq seçilmiş xəbərlər dərc ediləcək...


Xəbərə aid olmayan məlumatlar yazmayın əks təqdirdə həmin istifadəçinin xəbəri silinəcək!


Biz heç kimə məcbur etmirik ki bizə xəbər göndərsin....Uğurlar.....
Link to comment
Share on other sites

Proqramlar telegramda

Dediklərini nəzərə alarıq.

Sadəcə xahiş edirəm 1 gün ərzində hər-hansı bir səlahiyyətli şəxs 2-3 saatını xəbərlərin yoxlanılıb dərc olunmasına ayırsın. 3 gündü xəbər paylaşmışam heç bir xəbər yoxdu (buda xəbərin köhnəlməsinə gətirib çıxarır) .Desəniz ki, bazada xəbərlər çoxdu, bununlada sizlə razılaşmıram. Çox ola bilər amma məncə 100 dənə xəbəri yoxlamağa ən çoxu 1 saat vaxt lazımdır.

Birdəki niyə sayt rəhbərləri bu işlə məşğul olur ? Bunları başqa səlahiyyətli şəxslər edə bilməzmi ?

Link to comment
Share on other sites

Arno Victor Dorian

 

Dəyməz....böyük həcimli xəbərləri ən çoxda oyunları torrent fayl kimi saytin bir başa özünə yüklə.... hansısa sayta keçid lingi kimi yox....

 

qusi555...

 

Bilirsiz istəsək gün ərzində 40-50 xəbərdə dərc edərik. Ancaq helə olanda sayta daxil olan istifadəçi dərc olunan yeni xəbərlərin bir çoxunu görməyəcək.....Xəbərlər göndərilmə tarixinə görə aktiv edilir. Maksimumum 20 xəbər aktiv edilir hər gün saytda hal hazirda məncə pis deyil bu çünki heç bir proqram portalinda gündəlik o qədər xəbər dərc edilmir. Qaldiki xəbərlərin niyə sayt rəhbərlərinin dərc eləməsinə düzdü bu belə desək sayt rəhbərlərinin işi deyil ancaq saytimizin heyyətində bəzi çatışmazlıq olduğuna görə bu işi hələlik sayt rəhbərləri edir....

Link to comment
Share on other sites

Arno Victor Dorian

 

Məsləhət üçün təşəkkür hələlik özümüzdə öhdəsinnən gəlirik...

Mən dedim axi çoxda aktiv eləmək mümkündür....

Ancaq sayta daxil olan istifadəçi 1-ci saytın ana səhifəsində dərc olunan xəbərlərə baxır...ona görədə hər dərc edilən xəbər ən azi saytda 2-3 saat ana səhifədə yayımlamalıdı ki istifadəçidə görə bilsin həmin yeni xəbəri.....

Link to comment
Share on other sites

Siz düz deyirsiz.

Amma mənə helə gəlir ki, saytda gündə 50-60 paylaşımın paylaşılması heçdə pis deyil. Sadəcə əsas səhifəyə görə deyirsinizsə onda, buna qarşı bir tədbir görmək olar məncə. Yəni əsas səhifəyə seçilən faylları yerləşdirilməsi, hər əlavə olunan faylın əsas səhifədə yer almaması və ya bölmələrə görə ən maraqlı paylaşımların əsas səhidə dərc olunması və s.

Çünki şəxsən mən 3 -gündür paylaşım etmişəm və hələdə paylaşıldığını görmürəmsə avtomatik olaraq həvəsdən düşürəm və bir daha paylaşım etmək istəyim soyuyur.

Qısası məncə əsas səhifə daimi sayt rəhbəri tərəfindən maraqlı yeniliklərlə tərtib olunmalıdır.

 

Bu şəxsi düşüncəmdi, razılaşmaya bilərsiniz :winked:

Link to comment
Share on other sites

qusi555 xəbərlərin moderasiatdan keçməsini deyirsənsə onadan narahat olma.Əgər xəbərlərin tələblərə cavab verirsə bu problemsiz dərs olunacaq.

Birdə xaiş edirəm Sayt rəhbərləri və Baş Redaktorlar bazada xəbərləri aktivləşdirəndə birinci istifadəçilərinkin eləsinnər.Hər 5 xəbərdən heç olmasa 1 yada 2-si istifadəçilərin xəbərləri olsun.

Link to comment
Share on other sites

Əziz dostlar hər birinizin fikir və təkliflərini öyrəndik..Çox sağ olun çalışacıq ki aradan qaldıraq bu problemləri...Gün ərzində aktiv olunan xəbərlərin məs. 20 xəbər aktiv edilirsə onun 10 u sayt rəhbərlərinin xəbəri 10 u isə adi istifadəçilərin xəbərləri olacaq...Məncə belə olan halda hec bir narazılıqda olmaz.....Uğurlar hər birinizə....

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...