Jump to content
Forum Windows-az.com

Azərbaycanın ilk antivirus proqramı


Recommended Posts

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) internet istifadəçiləri üçün "Malware Report" viruslarından mühafizə sisteminin hazırlanmasını başa çatdırır. Bu barədə Trend-ə CERT-dən bildirilib.

 

Hazırda məhsulun istifadəçilər üçün 2015-ci ilin əvvəlində əlçatan olacaq baza versiyası hazırlanır. "Malware Report"-u cert.gov.az internet resursundan ödənişsiz yükləmək mümkün olacaq.

 

"Malware Report" zərərli və şübhəli faylları bilavasitə CERT (Malware Lab) laboratoriyasına göndərməyə imkan verəcək. Həmin laboratoriyada onlar analiz olunacaq. Bundan sonra istifadəçiyə müvafiq cavab təqdim ediləcək.

 

Proqram həllinin üstünlüklərindən biri istifadəçilərə təhdidlər və zəifliklər barədə məlumat verməyin, eləcə də onlara xarici təhdidlərə qarşı fəaliyyətə dair lazımi informasiyanın təqdim edilməsinin mümkünlüyüdür.

 

Gələcəkdə CERT-in göstərilən proqram təminatının tam antivirus PT-nin bütün funksiyalarına malik olacağı istisna edilmir.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Ümid edirəm bu dəfə başqa antivirusun tərcümə edilmişi olmaz.. bir neçə il bundan əvvəl Bitdefenderi tərcümə edib bizim adımızla istifadəyə vermişdilər.. 3 Versiya ilə yayımlanmışdı və böyük bir səhv etmişdilər.. Proqramın hər 3 versiyasının da yükləmə linki eyni idi.. basic, pro və internet security istənilən birini yükləyəndə elə basic versiya yüklənirdi..

İnşallah bu dəfə elə bir problem çıxartmazlar..

Paylaşım üçün təşəkkürlər...

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...