Jump to content
Forum Windows-az.com

Dünyanın 7 yeni və digər 8 möcüzəsi


Delphi7

Recommended Posts

Dünyanın 7 yeni möcüzəsi

 

I Möcüzə "Chichen Itza piramidası"

 

 

 

Eramızdan 800 il əvvələ aid bu abidə Yukatan yarımadasında yerləşir. Bu abidə Mayya mədəniyyətinin ən son və şübhəsiz ən sonuncusudur.

 

 

II Möcüzə "Braziliyada İsa Məsihin heykəli"

 

 

 

38 metr hündürlüklü bu heykəl Braziliyada Rio de Janeyro şəhərinə təpədən baxan Corcovado təpəsinin üzərində yerləşdirilmişdir. Heykəl beş il müddətində hazırlanmış və 1931-ci ildə açılış edilmişdir.

 

 

III Möcüzə "Böyük Çin Səddi"

 

 

 

Bu Sədd vaxtilə Çini Moğol hücumlarından qorumaq üçün inşa edilmişdi. Bu abidə insan əli ilə tikilmiş ən böyük və kosmosdan görünən yeganə tikilidir. Səddin inşası zamanı minlərlə insan həyatını itirmişdir.

 

 

IV Möcüzə "İnklərin müqəddəs Maçu-Pikçu qalası"

 

 

 

İnk imperatoru Pachacutec 15-ci əsrdə Machu Picchu ("Köhnə dağ") adlı dağda buludlar arasında şəhər yaramışdır. Bu şəhər And dağlarından Amazon meşələrindən Urubamba nehrinə qədər uzanır. İspanlar İnk imperatorluğunu ələ keçirdikdən 300 il müddətində şəhər itirilmiş, bir də 1911-ci ildə Hiram Bingham tərəfindən aşkar olunmuşdur.

 

 

V Möcüzə "Petra, İordaniya"

 

 

 

Yəqin ki çoxlarınız bu abidəni İndiana Jones filmindən xatırlayırsınız. Ərəb çölünün bir ucunda yerləşən bu abidə Kral IV. Aretas’ın (b.e.ə. 9, b.e. 40) imperatorluğu Nabataean’ın möhtəşəm paytaxtı idi. Bugün Petra’nın Məzar Sarayı, 42 metrlik Helen stilli Əl-Dəir Monastırının tapınak divarıyla Orta Şərq mədəniyyətinin göz qamaşdıran nümunəsidir.

 

 

VI Möcüzə "Roma kolizeyi"

 

 

 

Roma şəhərinin mərkəzində inşa edilmiş bu möhtəşəm amfiteatr, qəhraman legionerlərin və Roma imperatorluğunun şərəfinə inşa edilmişdir. Dizayn cəhətdən çox mükəmməl abidədir. İndi də müasir stadionlarlar tikilərkən buranın memarlığından istifadə olunur.

 

 

VII Möcüzə "Tac Mahal (Aqra, Hindistan)"

 

 

 

Beşinci müsəlman Moğol imperatoru Cahan şahın əmrilə vəfat etmiş xanımının şərəfinə inşa edilmişdir. Tac Mahal Hindistanın müsəlman mədəniyyətinin ən mükəmməl nümunəsi kimi qəbul edilməkdədir.

 

 

 

Dünyanın digər 8 möcüzəsi

 

I Möcüzə "Misir ehramları və Sfinks"

 

 

 

Dünyanın 7 möcüzəsindən biri daşdan düzəldilmiş bu nəhəng tikililər - Misir fironlarının sərdabələri təqribən 5 min il əvvəl Qədim Misirdə yaradılmışdır. Bu zaman fironların hakimiyyəti hədsiz hüdudsuz idi, onları allahlara bərabər tuturdular. Möhtəşəm sərdabələr fironların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi.

Ehramlardan ən böyüyü firon Xeopsun hökmü ilə ucaldılmışdır. Onun hündürlüyü 146.6 metr olub, təqribən eramızdan əvvəl 28-ci əsrdə tikilmişdir.

Misirin qızmar günəşi altında minlərlə qul daş alətlərlə (dəmir və tunc o dövrdə məlum deyildi) nəhəng qayaları sındırırdı. Sonra onlar bu qaya parçalarını kəndirlərlə dartıb tikinti yerinə aparırdılar. Ehramlar ucaldıqca onları daha yuxarı qaldırmaq lazım gəlirdi. Adları tarixdə qalmış ehram inşaatçıları aclıqdan və dözülməz zəhmətdən məhv olurdular.

Firon Xefrenin ehramı ondan 2 metr alçaqdır. Bu fironu dağ boyda sərdabə qane etməmiş və o, sərdabənin yanına bütöv qayadan yonulmuş daş "keşikçi" qoymağı əmr etmişdir. "Keşikçi" insanbaşlı və aslanbədənlidir. O, Sfinks adlanır.

Təbii ki, belə hallar insanda çox suallar doğurur, yəni o zamanlarda tunc alətlər, buldozerlər və ona bənzər qurğular olmadığı halda bəs misirlilər bu piramidaları necə tikiblər??? Bəzi arxeoloq və araşdırmacıların sözlərinə görə misirlilər qeyri adi güclərdən istifadə ediblər. Bəzi fərziyyələrə görə guya misirlilərin sehirli iksir düzəldib və bu iksirləri içib beləcə iksir onlara insanda ola bilməyəcəyi dərəcədə güc verib və beləcə onlar bu piramidaları tikiblər. Bəzi fərziyyələrə görə isə sehrlərdən istifadə edib bir daşı yerindən oynada biliblər və beləcə o piramidaları tikiblər. Bəzi fərziyyələrə görə isə guya misirlilər göydən qeyri adi qüvvələrlə bir başa təmasda olublar və bu göydə yaşayan qeyri adi qüvvələr misirlilərə piramidanı tikməkdə kömək ediblər. Arxeoloqların araşdırmalarına görə misirdə tikililərin əsas böyük və yanbayan duran 3 piramida məhz göydəki Sirius ulduzunun duruşu istiqamətində tikilib. Arxeoloqlar bu piramidaların içərisinə girəndə isə piramidanın içində bir otağa daxil olublar və bu otaqda isə bir göyə baxmaq üçün deşik varmış. Beləcə arxeoloqlar bu deşikdən göyə baxanda sadəcə Sirius ulduzunu görüblər. Təsəvvür edin ki, bir otağa girmisiniz və başınızın üstündə tavanda bir deşik var və o deşikdən də göyə baxmaq olur amma o deşikdən olduğunuz yerdən baxanda sadəcə göydə Sirius ulduzunu görürsünüz. Misirlilər bu deşiyi sadəcə Sirius ulduzuna baxmaq üçün düzəldiblər.

 

 

II Möcüzə: "Semiramidanın asma bağları"

 

 

 

Dünyanın ikinci "möcüzəsi" - Semiramidanın asma bağları – Qədim şərqin böyük və zəngin şəhəri olan Babildə yerləşmişdir. Əfsanəyə görə bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Navuxodonosorun əmri ilə salınmışdı. Bu padşah öz sarayını yerdən altı mərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydan tikilmişdi. Bu meydan 6 cərgə pilləvari terras (səki) qalxırdı. Kərpicdən tikilən sıra tağlar üzərində qurulmuş bu terraslardan hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdır. Pilləvari bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi. Yüzlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdı.

 

 

III Möcüzə: Artemidanın Efes şəhərindəki məbədi"

 

 

 

Qədim yunan ilahəsi Artemidanın Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü "möcüzəsi" sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdu. Məbəd özünün gözəl naxışları və qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı, ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək, məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasız barbarlıq rəmzi olmuşdur.

 

 

IV Möcüzə: "Olimpiyadakı məbəddə Zevsin heykəli"

 

 

 

Yunanıstanın cənubunda, Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim yunanların baş allahı Zevsin heykəli vardı. Böyük heykəltəraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq, eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl dördüncü "möcüzə" idi. Qızıldan, fil sümüyündən və qarağacdan düzəldilib qiymətli daş-qaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxtda oturmuş vəziyyətdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng (bu, zəhmli allahın sülhsevər olmasına işarə idi) vardı. Zevsin başı, qolları, sinəsi fil sümüyündən yonulmuşdu. Saqqalı qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi vermişdi. Zevsin saqqalı haşiyələnmiş sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı.

 

 

V Möcüzə: "Halikarnasda Mavsolun məqbərəsi"

 

 

 

Beşinci "möcüzə" Asiyada Kariya padşahlığının paytaxtı Halikarnasda (Türkiyənin indiki Bodrum şəhəri) olmuşdur. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisiyanın eramızdan əvvəl 4-cü əsrin ortalarında tikdirdiyi əzəmətli məqbərə idi. Məqbərənin birinci yarısı ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarısı yaraşıqlı mərmər sütunlardan, üçüncü yarısı isə ehram şəkilli mərmər damdan ibarət idi. İkinci Mavsol ve Artemisiyanın mərmər heykəlləri olan dördatlı araba Halikarnas məqbərəsini tamamlayırdı (Mavsolun və Artemisiyanın heykəlləri məqbərənin digər bəzək şeyləri Londondakı Britaniya muzeyində saxlanılır). Mavsolun adından "mavzoley" sözü yaranmışdı.

 

 

VI Möcüzə : "Rodos nəhəngi"

 

 

 

Eramızdan əvvəl 3-cü əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıq sevər rodosluları məğlub edə bilmədi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymaq qərarı aldılar. Heykəltəraş Xarosun yaratdığı və "Rodos nəhəngi" adlanan bu heykəl altıncı "möcüzə" idi. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstünə qaldırılmışdı. Başında günəş şüalarının rəmzi olan tac vardır. Bu, günəş allahı Heliosun təsviri idi. Ada sakinləri onu öz himayəçisi sayırdılar.

 

 

VII Möcüzə: "İsgəndəriyyədəki mayak"

 

 

 

Eramızdan əvvəl təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat qədim yunanıstanın ən böyük mayakını tikmişdi. Dünyanın yeddinci "möcüzəsi" sayılan bu qüllənin hündürlüyü 120 metrədir. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı.

 

 

VIII Möcüzə: "Cumeyd Palması"

 

 

 

Dünyanın səkkizinci möcüzəsi sayılan "Cumeyd Palması" Birləşmiş Ərəb Əmirliyi Respublikasının Dubay şəhərindəki dəniz kənarında yerləşir. Bu süni salınmış ada palma ağacı şəklindədir. Buna görə də bu adanı "Cumeyd Palması" adlandırıblar və dünyaın səkkizinci möcüzəsi hesab olunur.

 

 

 

Dünyanın digər möcüzələri

 

I Möcüzə: "Burc əl-Ərəb mehmanxanası"

 

 

 

Ən hündür otel "Bürc əl-Ərəb" otelidir. Onun hündürlüyü 1999-cu il ölçüsünə əsasən 320.94 m-dir. Otel yelkən forması şəklində tikilmişdir. 202 nömrəsi var. Sahəsi 111480 kvadratmetrdir.

 

 

II Möcüzə: "Türkiyədəki Pamukkale məkanı"

Link to comment
Share on other sites

  • 2 sene sonra...
Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...