Delphi7 Konu tarihi: 15 Eylül 2010 Paylaş Konu tarihi: 15 Eylül 2010 Riyazi əməllər, riyazi ifadeler – çoxları bunu ancaq hesablama işi ilə məşqul olanlara aid olduğunu vurğulayır. Əslində nə qədər yanlışdı belə ifadə. Bəzilərimiz riyazi əməllərdən tarix, fəlsəfə, ədəbiyyata üz tutub qaçsaqda, o bizim həyatımıza “daxil olub artiq” anlayışından gərək məhrum olmayaq. Yaşadığımız hər saniyə belə riyazi ifadə deyilmi. Çoxları bu ifadələri diger elim sahələrində mənalərını axtarsada, men riyazi emellere ve riyazi ifadelere romantik terzde baxş keçirmeyi qərara verdim. Eştdiklərimi cəmləsəm riyazi əməlləri bu cür ifadə edərdim: - Evlənmək toplama - Ölmək çıxma - Aşiq olmaq vurma - Vərəsəlik bölməyə bənzəyir. Primitiv tərəfdən yanaşdıq. Yadaki dostluğun riyazi teoremini verek. Sənin üçün sevinclə vuran, üstünlüyü bölən, keçmişi çıxan, gələcəyi toplayan, qəlbinin dərinliyindəki ehtiyacı hesablayıb və hər zaman bütün parçalardan daha böyük olan, işi qurtarandan sonra qalıq kimi bir tərəfə atmayan ən yaxın insana DOST deyilir. Yadaki riyazi mənada heçə bərabər, hətda say bele olmayan sıfırın ne qeder bizim heyadaki en ilahi quvvəylə sevgiylə oxşarlığını gözdən keçirək. Bir gün bir filim izləyirdim mən. Kiçik bir dialoq eşitdim birdən. Sən demə hər rəqəm bir həyat imiş Rəqəmlər sözləri əvəzlərimiş. Məsələn sıfıra deyilən sözlər, Hər kəsə heyranlıq gətirə bilər. Sıfır bir rəqəm olsada belə Sevgi hissinə bənzəyir oda. Riyazi mənada heçə bərabər, Saymağa işlənən bir rəqəm deyil. Bir rəqəm yanına gəldiyi zaman Böyük məna kəsb edir, onda o zaman Eləki sıfırlar çoxaldığı an, Rəqəmin dəyəri böyüyür o an. Sevgi hissidə girəndə qəlbə, İnsanda mənəvi bir hiss yaranır Heç bir ölçüyə sığmayan sevgi Böyük bir gücü eşqi yaradır. Sevginin gücü artdıqca onu İfadə etmək mümkün olmayır. Necəki sıfırlar çoxaldğı vaxt, Hesab salmaq mümkün olmayır. Bir oxşar cəhətidə ifadə edimki sıfır istəsə bütün rəqəmləri bölər. Ancaq onu bölə bilmirlər. Necəki sevgi nin gücü hər cür qüvvəni udur və sevgini heç bir qüvvə məhv edə bilmir. Buda menim riyazi aləmə səyyahətim. ............ Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 24 Kasım 2012 Paylaş Mesaj tarihi: 24 Kasım 2012 ... maraqlı gəldi mənə...paylaşdığın üçün təşəkkür... Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.