Photograpy Nazim Konu tarihi: 26 Şubat 2015 Paylaş Konu tarihi: 26 Şubat 2015 Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı qətliamı", "Xocalı soyqırımı" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" terminindən istifadə etməyə üstünlük verir. Xatırladaq ki Xocalı Faciəsindən tam 23 il keçir . ALLAH Şəhidlərimizi rəhmət eləsin və Qəbirləri nurla dolsun ! Alıntı Link to comment Share on other sites More sharing options...
MrGamerExpert Mesaj tarihi: 26 Şubat 2015 Paylaş Mesaj tarihi: 26 Şubat 2015 Mövzu üçün Təşəkkürlər! Qan yaddaşımızı unutmayaq Alıntı Link to comment Share on other sites More sharing options...
Photograpy Nazim Mesaj tarihi: 26 Şubat 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 26 Şubat 2015 Halal xoşun . Haklısan . Bu bizim keçmişimizdir. Əgər biz keçmişimizi unutsaq şərəfimizi , qeyrətimizi unutmuş olarıq .. Alıntı Link to comment Share on other sites More sharing options...
HackerHacker Mesaj tarihi: 26 Şubat 2015 Paylaş Mesaj tarihi: 26 Şubat 2015 Allah bütün şəhidlərimizə rəhmət eləsin! Alıntı Link to comment Share on other sites More sharing options...
Photograpy Nazim Mesaj tarihi: 26 Şubat 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 26 Şubat 2015 Amin Qardaşım Amin .. Qəbirləri nurla dolsun ! Alıntı Link to comment Share on other sites More sharing options...
İlgar Mammadov Mesaj tarihi: 26 Şubat 2015 Paylaş Mesaj tarihi: 26 Şubat 2015 Allah Rəhmət Eləsin şəhidlərimizə.. Alıntı Link to comment Share on other sites More sharing options...
Karb10 Mesaj tarihi: 26 Şubat 2015 Paylaş Mesaj tarihi: 26 Şubat 2015 HackerHacker Normal şriftlərlə yaz. Alıntı Link to comment Share on other sites More sharing options...
HackerHacker Mesaj tarihi: 26 Şubat 2015 Paylaş Mesaj tarihi: 26 Şubat 2015 Karb10,bağışlayın bundan sonra adi şriftlərlə yazaram. Alıntı Link to comment Share on other sites More sharing options...
Elit-killer Mesaj tarihi: 27 Şubat 2015 Paylaş Mesaj tarihi: 27 Şubat 2015 Allah rəhmət eləsin.Amin. Alıntı Link to comment Share on other sites More sharing options...
Photograpy Nazim Mesaj tarihi: 27 Şubat 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 27 Şubat 2015 Amin .. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.