Jump to content
Forum Windows-az.com

Xüsusi olaraq kişilər üçün


Delphi7

Recommended Posts

Təbii ki,eqoistdir.Öz bürcünün adından xoflanıb həmişə kişi kimi görünməyə çalışan biridir.Əslində isə doğrudan da belədir.Bəzən depressiyaya düşür,öz üstünlüklərini göstərmək,başqalarını cəlb etmək üçün çalışır.Kompliment deməyi sevir.Həm də dediyi sözdən alınan reaksiyaya diqqətlə fikir verir.Əgər komplimenti işə keçdisə davam edir.

Əbədi əzəli məhəbbət vəd edir.Qətiyyən inanmaq olmaz.Yataqda özünəməxsus,diqqətçəkən deyil.Vəhşi,ehtiraslı cinsi həyat əvəzinə kitab oxuya,televizora (ən pisi-komputerə) baxa bilər.Göz yaşı,romantik vədlərlə onu cəlb edə bilərsiniz.Eksprimentləri sevmir.

 

 

ƏQRƏB

Başdan-ayağa cinsi həyat.Amma beyni yoxdur,ağılsızdır.Səbrlidir.Sənin qadın əzabları haqqında danışdığın bütün nağıllara qulaq asıb ürəyi yandığını göstərəcək,hətta səninlə birlikdə ağlaya da bilər.Bu ancaq inam qazanmaq,gecəni keçirmək üçün taktikadır.Səhər hətta telefon nömrəni də unudacaq.Sualları sevmir.

 

 

QOÇ

Böyüklük iddiası onu addımbaaddım izləyir.Qadınlara ağıllı bir varlıq kimi qəbul etmir.Qadının yeri mətbəxdir və ancaq 8 martda səs hüququna malikdir.Əgər nədənsə narazılığını bildirsən heç nə izah etmədən çıxıb gedəcək.Çünki sən özünün mətbəx ağıllarınla onun həyatda olan dahi məqsədlərini anlamazsan.Yataqda səndən başqa hər şey haqda-məsələn özünün necə cazibədar bir kişi olması barədə düşünə bilər.Ancaq komplimentlərlə özünə bağlaya bilərsən.Amma bunlar da təkrar olduqda izahsız çıxıb gedəcək.

 

 

ŞİR

Unikal insandır.Burda böyüklük iddiası artıq bütün hədləri ötüb keçib.Əgər sən onunla fəxr etmirsənsə,onun dahi ideyalarına qulaq asmırsansa mənən səni tapdalayıb keçər,əzər.Özünü Yer kürəsində olan bütün qadın çəmiyyətinin xoşbəxtliyinin nədə olduğunu bilən yeganə kişi zənn edir.Təkcə o bilir ki qadınlara nə lazımdır.Axı təkcə o Tutanxamon,Herakl,Sezar və başqa bütün kişi simalarını özündə birləşdirir.O fəth edir və hökm edir.Cinsi həyatda söz demək belə çətindir.Başa düşməlisən ki,səninlə olmaqla sənə şərəf verib.Bundan sonra ona mahnı olmasa da ,heç olmazsa seir həsr etməlisən.

 

 

ƏKİZLƏR

Çətin adamdır.Taleyində həmişə iki adam olur.Ya onun ikinci yarısı olan sən,ya da onun ikinci naturası.Sonuncuda sənə çətin olacaq.Belə insan xoşagəlməz sürprizlərlə doludur.Seksdə eqoist deyil.İstəyər ki zövq alasan,bu alınmadısa depressiyaya düşür.Təsərrüfatçıdır.Qabları yumağı bacarır.Münasibətlərdə mənəvi yaxınlığı əsas tutur.Özünü ciddi göstərsə də tez ələ almaq olur.

 

 

BUĞA

Xoşbəxtlik naminə riskə gedə bilər.Həmişə özünü qurban kimi təsəvvur edir-kompleks yaranıb.çünki həmişə sevdiyinin xətrinə nəyisə qurban verməli olur.Kənar münasıbətləri sevmir.Sevginin klinik nöqtəsidir-sevgisi tək və ömrünün sonuna qədər olacaq.Heç vaxt səni getməyə qoymayacaq-nə qədər ki nəfəs alır,yaşayır.Avanturistdir,amma ağıllıdır.

 

 

XƏRÇƏNG

Paradoks.Həyatda təsərrüfatçıdır və ilk baxışda ailə adamı kimi görünür.Amma ailədə seks onu qane etmirsə kənarda kimisə tapacaq.Həmişə iki qadına olan münasibət,sevgi ona əzab verir.Yataqda özünü unudur,partnyorunu düşünür.Gözəl hədiyyələr verməyi sevir-çiçəklər,ətirlər və s.

 

OXATAN

Həm mənən,həm də cismən gümrah,möhkəmdir.Özü də həmişə.Ailəsini,evini təmin etməyə çalışır.Buna görə istənilən gəlirli bizneslə məşgul ola bilər. Xəsis deyil.Şüarı budur:yaxşı hər şey mənimçün və ailəm üçün.Biznes həyatında birinci yerdədir.Uşaqları sevir,çox uşaq istəyir.Öyünməli nəsə olsun deyə.Əgər sən ona bir dəstə uşaq dünyaya gətirsən qızıla tutacaq,şubalar alacaq,kurortlara aparacaq və ən əsası kənarda münasibət axtarmayacaq.Ailəsinin qarşısında hər zaman məsuliyyət hiss edir.Seksin sevincini qocalığında anlamağa başlayır,bu da gec olur.

 

DOLÇA

Təbii ki eqoistdir.İntelligentdir, intellektual biridir.Yaxşı təhsil aldıqda istənilən inyellektual biri ilə yarışıb rəqabət apara bilər.Diqqət mərkəzində olmağı sevir.Tez-tez aşiq olur.Amma tez də marağı itir.Çünki sevgililəri onun ağlına çata bilmir,onun beyni ilə rəqabətdə geridə qalır.Seksdə yaradıcıdır.Həm mənəvi,həm də cismanı azadlığı sevir.Nə qədər ki,sağlamlığı yol verir kənar münasibətləri olacaq.

 

TƏRƏZİ

Ağıllı uşaqdır.Diqqətli,hörmətcil.Öz personasına xüsusi diqqət tələb etmir.Ciddidir və bununla da qəlbləri fəth edir.Yataqda cox səmimidir.Hisslərin çoxluğundan çox vaxt seks yox,nəsə başqa bir şey alınır,məsələn göz yaşı ilə qucaqlaşma.Seksi sevmir.Yaxşı yemək,isti yataq,rahat mənzil olsa onsuz da keçinə bilər.Qocalanda dözülməz olur.Əsl uşağa çevrilir,həmişə nazıyla oynamaq lazım gəlir.

 

OĞLAQ

Xeyirxah,özünə inamlı bir kişidir.100 faiz əmindir ki qadınların yeganə dayaq nöqtəsidir.Onsuz heç nə etmək olmaz-hətta tualetə getmək də.Birdən nəsə olar,xilas etmək lazım gələr.Qadına çox vaxt ata kimi münasibət göstərir.Nadir hallarda kənar münasibətləri olur.Bu zaman özünü danlayır,əzab çəkir.Seksdə standartdır.Sürprizlər gözləmə.Əbədi və qaya kimi sarsılmazdır.

 

 

BALIQ

Fiziki cəhətdən də balığı təmsil edir.Ələkeçməz və sürüşkəndir.Əgər kənarda kimisə varsa heç vaxt bilməyəcəksən.Diqqətlə,səliqə ilə hər şeyi gizlədəcək.İstənilən kəşfiyyatçının həsəd aparacağı konspiratordur.Amma ailədə səmimi və günahsız biri kimi görünəcək.Seksdə yeniliklər axtarır,eksperimentlər sevir.Onunla ailə qurmaq,uşaq dünyaya gətirmək olar.Yenə də saxlaya bilməyəcəksiniz.Gedəcək və gizlədəcək.Gizlədəcək və gedəcək.x

Link to comment
Share on other sites

  • 2 sene sonra...
Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...