Jump to content
Forum Windows-az.com

“Facebook”dan yeni qadağalar


Photograpy Nazim

Recommended Posts

“Facebook”dan yeni qadağalar


Hazırda 1,4 milyarda qədər istifadəçisi olan Facebook sosial şəbəkəsi saytda yerləşdirilməsi qadağan edilən materialların siyahısını genişləndirib.

Martın 16-da elan edilən "Şəbəkə normalarına” uyğun olaraq Facebook əsasən "nifrət bildirən, təhdid edən, narkotiklərdən istifadə, çılpaq bədən təsvirlərinin yerləşdirilməsi” ilə bağlı materialların pozulması haqqını özündə saxlayır.

Kompaniyanın qlobal siyasi idarəsinin rəhbəri Monika Bikertin sözlərinə görə, yeni qaydalar istifadəçilərə sosial şəbəkədə yerləşdirilmək üçün nəyə icazə verildiyinə, nəyə qadağan qoyulduğuna aydınlıq gətirəcək. Bununla yanaşı, administrasiyanın əvvəlki kimi istifadəçilərin məlumatlarına əsaslanacağını deyən Bikert BBC-yə müsahibəsində qeyd edib ki, terror təşkilatları üzvlərinin dedikləri sözlərin, həmçinin terrorçuların əməllərinə dəstək və təriflərin sosial şəbəkədə yerləşdirilməsi də qadağan olunacaq.

Sosial şəbəkə tərəfindən dərc edilən "Dövlət sorğusu üzrə qlobal hesabat” barədə məlumatda Facebook-a ünvanlanan dövlət informasiya sorğularının 2014-cü ilin ikinci yarısında 35 mini keçdiyi bildirilir. ABŞ və digər Qərb dövlətləri tərəfindən göndərilən sorğular azaldığı halda, Türkiyə və Hindistandan ünvanlanan sorğuların sayı artıb. Şəbəkə bu sorğuların 79 faizini cavablandırıb.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...